Məhkəmə qərarları › İş №2(007)-1870/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1870/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1870/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı X7 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27 iyun 2009-cu ildə bağlanmış nikahları 16 iyul 2010-cu il tarixli Nizami Rayon Məhkəməsinin 2(007)-1523/2010 saylı qətnaməsi ilə ləğv olunmuş və 12 iyul 2009-cu il təvəllüdlü X9 onunla qalmışdır. Məhkəmə qətnaməsi çıxandan bu günə kimi o, cavabdehdən aliment almamışdır.Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə birgə nikahdan doğulmuş X1 üçün hər ay gəlirlərinin 25% həcmində aliment və uşağın müalicəsi üçün 200 tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X7 05.04.2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək öhdəsində azyaşlı uşağının olması və ölkədə olan pandemiya ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 01.02.2015-ci ildə Sumqayıt “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş X2 rayonu, Aşağı Güzdək qəsəbəsi, M.Məsimov küçəsi, ev 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 09 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ 617228 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən 12 iyul 2009-cu ildə Bakı şəhərində anadan olmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyul 2010-cu il tarixli 2(007)-1523/2010 saylı qətnaməsi ilə Cavabdeh ilə Mirzəyeva (Hüseynova) Sənəm Həmid qızı arasında 27 iyun 2009-cu il tarixdə Bakı şəhəri Nizami qeydiyyat şöbəsində bağlanmış 506 №-li akt qeydli nikah ləğv edilmiş, birgə nikahdan anadan olmuş 12 iyul 2009-cu il təvəllüdlü X5 anasının yanında saxlanması qət edilmişdir. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2010-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh ilə X7 arasında 14 sentyabr 2010-cu il tarixdə pozulmuş, bu barədə akt qeydləri kitabında 241 № ilə qeyd edilmişdir. “xxxx” MMC tərəfindən 17 avqust 2020-ci il tarixdə verilmiş arayışa əsasən X3 Hospitalın fizioterapiya şöbəsində həkim Rəhimə Atəş tərəfindən 24.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixindək 20 günlük fizioterapiya müalicəsi almışdır. Xidmət çek siyahılarının surətlərinə əsasən Mirzəyev Elgünün fizioterapiya xərcləri üçün 120, 180, 180, 360, 360 manat məbləğlərində ödəniş edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin hər ay gəlirlərinin 25% miqdarında tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki,uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Təqdim olunan sənədlərdən görünür ki,birgə nikahdan doğulmuş uşaq müalicə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 11 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 06 oktyabr 2020-ci il tarixdən başlayaraq qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment və 100 (yüz) manat məbləğində müalicə pulu iddiaçı X4 xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh birgə nikahdan doğulmuş 12 iyul 2009-cu təvəllüdlü X1 üçün 06 oktyabr 2020ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment və əlavə 100 (yüz) manat məbləğində müliacə pulu iddiаçı X4 xeyrinə tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar