Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1885/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmi iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X4 doğulmuşlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-513/2017 saylı iş üzrə qəbul etdiyi 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-813/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutulması qət olunmuşdur.Hər il uşaqların gündəlik tələbatlarında,həmçinin dövlət tərəfindən müəyyən edilmişyaşayış minimumunun məbləğində artım olur.Cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların tələbatını ödəmir.Gündəlik məişət xərclərininhəkim xərclərinin ödənilməsi üçün iddiaçının maddi imkanı kifayət etmir.Bu səbəbdən də alimentin sabit pul məbləğində tutulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-813/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydasının dəyişdirilməsi, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-813/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-813/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin yeni qaydada tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-813/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin yeni qaydada tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1885/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1885/2022
08.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver