Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2067/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi Tanrıverdiyev Məhəmməd Paşa oğlunun, Cavabdeh "Cavabdeh2" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx” MMC-yə, "Cavabdeh2" ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı "ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx” MMC-yə, "Cavabdeh2" ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı "ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Cavabdeh2" ASC ilə "xxxx” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, "Cavabdeh2" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı verilmiş Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rəfayil Əliyev) 30 sentyabr 2015-ci il tarixli, 2(007)-234/2015 saylı qətnaməsinə əsasən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, X12 “Cavabdeh2’’ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 noyabr 2013-cü il tarixli, RBN- 5638/BK saylı baş kredit müqaviləsi üzrə əsas borc qismində 31.764 (otuz bir min yeddi yüz altmış dörd) manat 84 (səksən dörd) qəpik, faiz borcu qismində 9.073 (doqquz min yetmiş üç) manat 66 (altmış altı) qəpik, cərimə qismində 1.000 (bir min) manat, cəmi 41.838 (qırx bir min səkkiz yüz otuz səkkiz) manat 50 (əlli) qəpik məbləğincə pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinə yönəldilməsi, İddiaçı məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsirdə yerləşən 16 saylı evin 23 saylı mənzilinin ilkin satış qiymətinin 57.000 (əlli yeddi min) nanat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin açıq hərracdan satılması və həmin evin hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X14 "Cavabdeh2” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili tutma yönəldildikdən və satıldıqdan sonra 1 (bir) ay müddətində cavabdehlər İddiaçı, X4 və X3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılması, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 26 (iyirmi altı) manat məbləğində pul vəsaitinin X12, İddiaçı, X1 və X2 “Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuş, “Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə rədd edilmişdir. Nizami rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-234 saylı, 30.09.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra şöbəsinin müvafiq sifariş məktubu əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixdə ilkin və 07.01.2021-ci il tarixdə təkrar hərracda açıq hərracdan satışa çıxarılmış, əmlak ipoteka saxlayan tələbkar “Cavabdeh2" ASC tərəfindən "xxxx" MMC-nin 30.012017-ci il tarixli hərracın yekunları barədə protokol və 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, həmin protokol və alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində "Cavabdeh2" ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı Çıxarış verilmiş, bu barədə 21.09.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2000 nömrəli reyestr kitabının 184766 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Belə ki, qaldırılmış müvafiq iddia əsasında "xxxx" MMC tərəfindən 12.12.2016-cı il tarixdə və 16.01.2017-ci il tarixdə keçirilmiş hərraclar və həmin hərracların nəticəsi kimi “Cavabdeh2" ASC ilə "xxxx” MMC arasında bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli hərracın yekunlarına dair protokol mübahisələndirilmiş və həmin mülki iş üzrə yekun məhkəmə aktı olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-572/2019 saylı, 30.01.2019-cu il tarixli Qətnaməsinə əsasən (Sədrlik edən Namiq Cəfərov) İddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərrac və onun nəticələrinin hərracın yekunları barədə 30 01.2017-ci il tarixli protokolun ve hərracın yekunları üzrə bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin Qətnamə qanuni qüvvəyə minmiş, onun əsasında icra vərəqəsi verilmiş və həmin icra vərəqəsi "xxxx" MMC tərəfindən icra olunmuş, 30.01.2017-ci il tarixli protokol və hərracın yekunları üzrə bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi həmin icra sənədi əsasında etibarsız hesab edilərək ləğv edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-234 saylı, 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün Cavabdeh4 52- 10 nömrəli, 12.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat olmaqla ilkin hərraca çıxarılmış lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. İlkin hərracda alıcı olmadığı üçün “xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X10 müvafiq elan verilmişdir. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15% aşağı qiymətinə 48450 (qırx səkkiz min dörd yüz əlli) manata 07.01.2021-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx” MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı 12.01.2021-ci il tarixində X10 müvafiq elan verilmişdir. Elan tarixindən ipoteka saxlayan (tələbkar) “Cavabdeh2" ASC ilə hərracın təşkilatçısı “xxxx" MMC arasında həmin ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə № 26/02 saylı protokol 06 aprel 2021-ci il tarixdə bağlanmışdır. Hərrac təşkilatçısı “xxxx" MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satışı üzrə keçirilmiş hərraclar baş tutmamış və "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinin tələblərinə əsssən ipoteka saxlayan banka təklif edilmişdir. Hərrac təşkilatçısı “xxxx” MMC- nin ipoteka predmetinin əldə edilməsinə dair 12.01.2021-ci il tarixli Təklifində qeyd edilir ki, İpoteka Haqqında” Qanun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan yəni 36337 50 (otuz altı min üç yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif edilir. “İpoteka Haqqında" Qanunun 43.7, 43.8-ci maddəslərinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Həmçinin, “xxxx” MMC-yə 15.03.2021 -ci il tarixli Sorğu məktubu ilə müraciət edilmiş və həmin müraciətdə “ipoteka saxlayan "Cavabdeh2" ASC tərəfindən hərrac protokolu bağlanıb-bağlanmaması, həmçinin sonrakı icra hərəkətləri barədə ona rəsmi qaydada məlumat verilməsi” xahiş edilmişdir. “xxxx” MMC-nin 832 saylı, 16.03.2021-ci il tarixli Sorğuya cavab məktubunda bildirilmişdir ki, “xxxx" ASC-nə əmlakı balansa götürmələri üçün təklif verilmiş, tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqının ödənməsinə görə hesab faktura təqdim edilmişdir. Bugünə qədər tələbkar banka tərəfimizdən protokol təqdim edilməmişdir”. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, birinci hərrac 18.12.2020-ci il tarixdə keçirilmişdir. Lakin alıcı olmadığından hərrac baş tutmamışdır. İkinci hərrac 07.01.2020-ci il tarixdə olmuş, lakin, o hərrac da baş tutmamışdır. Və əmlak satılmamışdır. Əmlakın əldə edilməsi ilə bağlı “xxxx” MMC-nin 01/98 saylı, 12.01.2021-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə ipoteka predmetinin əldə olunmasına dair “Təklif”-lə müarciət olunmuşdur. O da öz növbəsində əmlakın əldə olunacağı barədə məlumat vermişdir. 15.03.2020-ci il tarixdə hərrac mərkəzinə sorğu verilmiş, əmlakın hərraca çıxarılması, satılması barədə rəsmi məlumat əldə etmək istəmişdir. 16.03.2021-ci il tarixdə sorğuya cavab verilərək bildirilmişdir ki, «Cavabdeh2 ASC-nə əmlakı balansa götürmələri üçün təklif verilmiş, tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqının ödənilməsinə görə hesab faktura təqdim edilmişdir. Bugünə qədər tələbkar banka protokol tərəfimizdən təqdim edilməmişdir.» Hərrac baş tutmadığı üçün ipoteka predmeti banka təklif edildiyi andan 30 təqvim günü müddətində bank tərəfindən əldə edilməli idi, lakin bank bu müddəti ötürmüşdür. İradə ifadəsini bildirmək əmlakı əldə etmək demək deyil. Hərrac təşkilatına “xxxx Bank” tərəfindən ödəmənin nə zaman edilməsi ilə bağlı sorğu verilmiş, sorğuya gələn cavab məktubuna əsasən bank ödənişi 06 aprel 2021-ci il tarixində etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh2" ASC-nin nümayəndəsi X11 izahatında bildirdi ki, iddianı qəbul etmir, iddia tələbinin artırılmasına etiraz edir. Hərrac keçirildi, lakin alıcı olmadığına görə hərrac təşkilatı həmin mənzili 02.02.2021-ci il tarixli məktubla banka təklif etdi. Tərəflər arasında müqavilə iradə ifadəsi ilə bağlanır, 02.02.2021-ci il tarixli məktubla hərrac təşkilatına cavab məktubu göndərilərək təklif edilən mənzilin bank tərəfindən əldə ediləcəyi ilə bağlı iradə ifadəsini açıq şəkildə bildirdi və həmin məktub 03.02.2021-ci il tarixdə hərrac təşkilatı tərəfindən qəbul edilib. Banka hesab faktura gecikdirilərək 11.02.2021-ci il tarixdə təqdim olunub. Bu səbəbdən məhkəmədən iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehlər "xxxx” MMC-yə, Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 23 saylı mənzili ********** qeydiyyat nömrəsi ilə 21.09.2017-ci il tarixdə Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Nizami rayon İcra şöbəsinin icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-234 saylı, 30.09.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra şöbəsinin müvafiq sifariş məktubu əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixdə ilkin və 07.01.2021-ci il tarixdə təkrar hərracda açıq hərracdan satışa çıxarılmış, əmlak ipoteka saxlayan tələbkar “Cavabdeh2" ASC tərəfindən "xxxx" MMC-nin 30.01.2017-ci il tarixli hərracın yekunları barədə protokol və 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, həmin protokol və alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində "Cavabdeh2" ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı Çıxarış verilmiş, bu barədə 21.09.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2000 nömrəli reyestr kitabının 184766 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)6552/2017 saylı 10.11.2017-ci il tarixli qətnaməsi ilə ddiaçı İddiaçı cavabdehlər "xxxx” MMC-yə, "Cavabdeh2" ASC-yə, Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı "açıq hərrac nəticələri haqqında protokolun ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx” MMC-nin İddiaçı oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinə dair 30 yanvar 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri barədə tərtib olunmuş Y-723 saylı hərrac protokolu etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-572/2019 saylı 30.01.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)6552/2017 saylı 10.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16 yerləşən 23 saylı mənzilə dair "xxxx” MMC tərəfindən keçirilmiş hərrac və onun nəticələri –hərracın yekunları baədə 30.01.2017-ci il tarixli protokol və hərracın yekunları üzrə bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviəsi etibarsız hesab olunması qət edilmişdir. İş materiallarında olan "xxxx” MMC-nin 12.01.2021-ci il tarixli 01/98 nömrəli ipoteka predmetinin əldə olunmasına dair “Təklif”-indən görünür ki, Cavabdeh4 52-10 saylı 12.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 12.01.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 36 337,50 (otuz altı min üç yüz otuz yeddi man 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8 -ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıçı və ya ipoteka predmetini əldə edən yaşayış ,qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. İş materiallarında olan "Cavabdeh2" ASC-nin 02.02.2021-ci il tarixli məktubundan görünür ki, ixtisaslaşdırılmış hərrac təşkilatı “xxxx” MMC-dən ipoteka saxlayan Cavabdeh2 ASC-yə “Təklif’ məktubu göndərərək İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili əldə etməyi təklif etmişdir. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili olan ilkin və təkrar hərracları baş tutmadığı üçün “Təklif’ məktubuna əsasən hərracdakı ilkin satış qiymətindən -15%-25% aşağı qiymətə yəni 36337,50 manata əldə etməyi təklif etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin tələblərinə əsasən ipoteka saxlayan Cavabdeh2 ASC rəsmi şəkildə “xxxx” MMC-dən müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili hərracdakı ilkin satış qiymətindən -15%- 25% aşağı qiymətə yəni 36337,50 manata əldə etmək niyyətində olduğunu bildirir və əmlakın qanunvericilikdə nəzərdə tutulan müddətdə Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 03.05.2021-ci il tarixli 1964-10 nömrəli məktubundan görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)~234/2015 saylı, 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil 12.11.2020-ci il tarixdə hərraca çıxarılmış, 06.04.2020-ci il tarixli 26/02 nömrəli hərraca yekunları barədə protokola əsasən "xxxx" ASC-nin nümayəndəsi X7 tərəfindən alınmışdır. İş materiallarında olan "xxxx” MMC-nin 25.11.2020-ci il tarixli 01/2062 nömrəli Açıq Hərracın keçirilməsinə dair 01 nömrəli bidirişdən görünür ki, Nizami rayon Məhkəməsinin 2(007)-234/2015 saylı 30.09.2015-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 18.12.2020-ci iş tarixli 11.00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 57000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx” MMC-nin 23.12.2020-ci il tarixli nömrəli Açıq Hərracın keçirilməsinə dair 02 nömrəli bidirişdən görünür ki, Nizami rayon Məhkəməsinin 2(007)- 234/2015 saylı 30.09.2015-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 07.01.2021-ci iş tarixli 11.00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 57000-15%=48450 manat müəyyən edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 26/02 nömrəli hərracın yekunları barədə Protokoldan görünür ki, ipoteka predmetinin ilkin hərrac qiyməti 57000 manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 48450 manat olmuşdur. "xxxx” MMC tərəfindən tərtib edilmiş protokol əsasında, Cavabdeh4 sifarişi ilə ipoteka predmetinin mülkiyyətçisi İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili ipoteka predmetinin tam dəyəri 36337.50 manat təşkil edir. Tələbkar İpoteka predmetinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətə yəni 36337,50 manata əldə etmək hüququnu bildirmişdir. İş materiallarında olan məhkəmə sorğusuna "xxxx” MMC-nin 30.04.2021-ci il tarixli 01/1402 nömrəli cavabında tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqı ilə bağlı hesab faktura götürülmüş, tərəflərindən 06.04.2021-ci il tarixdə ödəniş həyata keçirilərək protokol əldə edilməsi qeyd olunmuşdur. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-234 saylı, 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün Cavabdeh4 52-10 nömrəli, 12.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. İlkin hərracda alıcı olmadığı üçün “xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X10 müvafiq elan verilmişdir. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15% aşağı qiymətinə 48450 (qırx səkkiz min dörd yüz əlli) manata 07.01.2021-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx” MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı 12.01.2021-ci il tarixində X10 müvafiq elan verilmişdir. Hərrac təşkilatçısı “xxxx" MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satışı üzrə keçirilmiş hərraclar baş tutmamış və "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinin tələblərinə əsasən ipoteka saxlayan banka təklif edilmişdir. 12.01.2021-ci il tarixindən 06 aprel 2021-ci il tarixədək ipoteka saxlayan (tələbkar) “Cavabdeh2" ASC ilə hərracın təşkilatçısı “xxxx" MMC arasında həmin ipoteka predmetlərinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. Hərrac təşkilatçısı “xxxx” MMC-nin ipoteka predmetinin əldə edilməsinə dair 12.01.2021-ci il tarixli Təklifində qeyd edilir ki, İpoteka Haqqında” Qanun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan yəni 36337 50 (otuz altı min üç yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif edilir. “İpoteka Haqqında" Qanunun 43.7, 43.8-ci maddəslərinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Həmçinin, “xxxx” MMC-yə 15.03.2021 -ci il tarixli Sorğu məktubu ilə müraciət edilmiş və həmin müraciətdə “ipoteka saxlayan "Cavabdeh2" ASC tərəfindən hərrac protokolu bağlanıb-bağlanmaması, həmçinin sonrakı icra hərəkətləri barədə rəsmi qaydada məlumat verilməsi” xahiş edilmişdir. “xxxx” MMC-nin 832 saylı, 16.03.2021-ci il tarixli Sorğuya cavab məktubunda bildirilmişdir ki, "tələbkar "xxxx Bank" ASC-nə əmlakı balansa götürmələri üçün təklif verilmiş, tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqının ödənməsinə görə hesab faktura təqdim edilmişdir. Bugünə qədər tələbkar banka protokol tərəfimizdən təqdim edilməmişdir." Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.7-ci maddələrinə əsasən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ile, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar herracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac bas tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.10.2014-cü il tarixli qərarında gösterilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini təlab edə bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1.1-48.1.5-ci maddələrinə əsasən, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xilam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki. cavabdeh təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən, iddiaçı mülki məhkəmə icraatı qaydasında ipotekaya xilam verilməsini və ipoteka predmetinin yüklülükdən azad edilməsini tələb etməkdə haqlıdır, Odur ki, iddia təmin edilməli, ipotekaya xitam verilməklə, həmin mənzil ipoteka ilə yüklülükdən azad edilməli və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarından göründüyü kimi “xxxx” MMC-nin ipoteka predmetinin əldə edilməsinə dair “Təklif”i Cavabdeh2 ASC-yə 12.01.2021-ci il tarixdə ünvanlanmışdır. Bankın nümayəndəsinin təqdim etdiyi cavab məktubundan görünür ki, ipoteka saxlayan 02.02.2021-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili hərracdakı ilkin satış qiymətindən -15%- 25% aşağı qiymətə yəni 36337,50 manata əldə etmək niyyətindədir. Məhkəmə iclasında nümayəndə hesab-fakturanın Hərrac Mərkəzi tərəfindən banka gec təqdim etməsinə əsaslansa da nümayəndənin məhkəməyə təqdim etdiyi 11.02.2021-ci il tarixli Hesab-Faktura № 35-dən görünür ki, bank hesab-fakturanı 12.02.2021-ci il tarixdə almışdır. Qeyd olunan Hesab-Fakturada əmlakın satış qiyməti 36337,5 manat göstərilmişdir. Lakin Cavabdeh2 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərini pozaraq 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, 12.03.2021-ci il tarixdə əldə etməli olduğu halda 06 aprel 2021-ci il tarixdə ödəniş həyata keçirərək protokol əldə etmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər "Cavabdeh2" ASC ilə "xxxx” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı Hərracın Yekunları barədə Protokol etibarsız hesab edilməli, “Cavabdeh2" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı verilmiş Çıxarış ləğv edilməli, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil İddiaçı mülkiyyətinə qaytarılmalı, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmalı, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər "Cavabdeh2" ASC ilə "xxxx” MMC arasında bağlanmış 06 aprel 2021ci il tarixli, 26/02 saylı Hərracın Yekunları barədə Protokol etibarsız hesab edilsin. "Cavabdeh2" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı verilmiş Çıxarış ləğv edilsin. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil İddiaçı mülkiyyətinə qaytarılsın, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılsın. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2067/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2067/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver