Məhkəmə qərarları › İş №2(007)-2093/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2093/2022

03.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2093/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Vaqı̇ f qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment, X3 və X4 3 yaşına çatanadək hər ay hər uşağa 100 manat olmaqla 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun birgə qeyri-rəsmi nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Onların aralarındakı ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. Hazırda azyaşlı uşaqları onun himayəsindədir. O, isə himayəsində 2 körpə uşağı olduğundan, heç yerdə işləyə bilmir. Heç bir qazanc və gəlir mənbələri yoxdur. Cavabdeh isə ona uşağın saxlanması üçün heç bir maddi yardım etmir, uşaqlarının maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. O, uşaqları təkbaşına saxlamağa maddi çətinlik çəkir. Cavabdeh isə valideyn olaraq uşağın minimum tələbatlarını ödəməyə borcludur. Cavabdeh Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində polis nəfəri vəzifəsində işləyir və aylıq sabit qazancı və digər gəlirləri mövcuddur. Məhkəmə iclasında İddiaçı Vaqı̇ f qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında rəsmi nikah olmamış, cavabdeh uşaqlara atalıq vermişdir. Cavabdeh uşaqlara baxmır. O işləmir, heç bir yerdən gəliri yoxdur. Cavabdeh 30 Polis Bölməsində mayor vəzifəsində çalışır və 1200 manat əmək haqqı alır. Cavabdehin başqa evliliyi var və həmin evlilikdən də onun 3 uşağı var. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikah ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində iştirak etmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün cavabdehin hər ay aylıq qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və uşaqların 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla 200 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə- qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd olunanlara əsasən, məhkəmə xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay Cavabdeh xx.xx.2022-ci il tarixli arayışa əsasən əmək haqqısının 915 manat olmasını, iddiaçının işləməməsini, başqa gəlirinin olmamasını nəzərə alaraq cavabdehin əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay müvafiq məbləğdə aliment tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat olmaqla 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqısının və digər gəlirlərinin 1\3 hissəsi miqdarında və xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək onlara qulluğa görə hər ay hər biri üçün 50 manat olmaqla ümumilikdə 100 manat sabit pul məbləğində aliment İddiaçı Vaqı̇ f qızının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50,0 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqısının və digər gəlirlərinin 1\3 hissəsi miqdarında və xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək onlara qulluğa görə hər ay hər biri üçün 50 manat olmaqla ümumilikdə 100 manat sabit pul məbləğində aliment İddiaçı Vaqı̇ f qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin İddiaçı Vaqı̇ f qızının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh 50 manat məğləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar