Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2107/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK cavabdehlər Cavabdeh və "xxxx" ASC-yə qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh arasında 10 noyabr 2017-ci il tarixdə ********* saylı Payçı müqaviləsinin, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.11.2017-ci il tarixli təminatlı kredit müqaviləsinin və tərəflər arasında bağlanılmış 10.11.2017 tarixli 24-10-11-2017-EE-QQ saylı zaminlik müqavilələrinin ləğv edilməsi, payçı müqaviləsi əsasında Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, 6-cı bina, mənzil 66, sahəsi 110 kv.m olan, 3 otaqlı mənzilə dair Cavabdeh digər cavabdeh "xxxx" ASC ilə bağladığı 10.11.2017-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən geri qaytarmalı olduğu 158 499 (yüz əlli səkkiz min dörd yüz doxsan doqquz) manat məbləğdə borcun MTK tərəfindən həmin banka, mübahisəli mənzilin boşaldılması və həmin mənzilin iddiaçı "xxxx" MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında 10 noyabr 2017-ci il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Nizami ray., 2434-cü məhəllə, Özbəkistan küç.24/34, 6-cı bina, mən.66, sahəsi 110 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.11.2017-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 165 429 (yüz altmış beş min dörd yüz iyirmi doqquz) manat məbləğində kredit vermişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 223 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 10-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 165 429 manat kredit götürmüşdür. Kredit üzrə qalıq borc isə 158 499 manatdır. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK -dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Nizami ray., 2434-cü məhəllə, Özbəkistan kiiç.24/34, 6-cı bina, mən.66, sahəsi 110 kv.ın olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyrişərtsiz olaraq həmin sahəni boşaldır. "xxxx" MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Nizami ray., 2434-cü məhəllə, Özbəkistan kiiç.24/34, 6-cı bina, mən.66, sahəsi 110 kv.m olan, 3 otaqlı mənzil öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" MTK Cavabdeh X1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X2 tərəfindən Cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Nizami ray., 2434- cii məhəllə, Özbəkistan kiiç.24/34, 6-cı bina, mən.66, sahəsi 110 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış 10.11.2017 tarixli 24-10-11- 2017-EE-QQ saylı zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. İddiaçı "xxxx" MTK iddia tələbinin həcminin azaldılması və iş üzrə cavabdehlikdən çıxarılma barədə ərizə təqdim edərək, "xxxx" ASC-nin cavabdehlikdən çıxarılmasına zərurət yarandığını bildirmişdir. İddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2017-ci il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, 6-cı bina, 66 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, pandemiya ilə əlaqədar ödnişləri edə bilməmişdir. Belə ki pandemiya dövründə biznesində problemləri yaranmışdır. Ona vaxt verilsə borcunu ödəyər. Borcunu birdəfəyə ödəmək imkanı yoxdur, lakin hissə-hissə ödəyə bilər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Xəzər İnşaat XXİ Əsr” MTK-nın nümayəndəsi Nümayəndə bildirmişdir ki, cavabdeh tərəfindən bankdan götürülmüş borca görə MTK zamin durmuşdur. Cavabdeh borcunu vaxtında ödəməmiş, hazırda banka borcu yaranmışdır. Cavabdehlə MTK arasında bağlanmış payçı müqaviləsinin 8.1-ci bəndinə görə 2 ay ərzində borc ödənilmədikdə onların müqaviləni vaxtından əvvəl ləğv etmək hüquqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.11.2017-ci il tarixli təminatlı kredit müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bank tərəfindən Cavabdeh 165 429 (yüz altmış beş min dörd yüz iyirmi doqquz) manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 223 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 10-u tarixindən gec olmayaraq ödəməli idi. - "xxxx" MTK ilə Cavabdeh arasında 10 noyabr 2017-ci il tarixli ********* saylı Payçı müqaviləsindən görünür ki, MTK tərəfindən Cavabdeh Nizami ray., 2434-cü məhəllə, Özbəkistan küç.24/34, 6-cı bina, mən.66, sahəsi 110 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2017-ci il tarixli ********* saylı Payçı müqaviləsindən görünür ki, MTK tərəfindən Cavabdeh Nizami ray., 2434-cü məhəllə, Özbəkistan küç.24/34, 6-cı bina, mən.66, sahəsi 110 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, "Payçı" Müqavilə qiymətinin qalan 165 429 AZN-ə bərabər tutulan məbləğini, "Payçı" "MTK” və "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Hazırda "xxxx" MTK müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2017-ci il tarixli Payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən, "Payçı" Müqavilə qiymətinin qalan 165 429 AZN-yə bərabər tutulan məbləğini, "Payçı" "MTK” və "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, cədvəl üzrə ödənişlərin 2(iki) ay müddətindən artıq gecikdirildiyi halda, "MTK" müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüquqununa malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq torcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərclər və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”-ya qaytarılır. Həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən, “Payçı" tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK"xxxx"MTK" "xxxx" ASC və "Payçı” arasında imzalanmış Zaminik müqaviləsindən irəli gələn "Payçı"-nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.12-ci bəndinə əsasən, “Payçı" tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda "Payçı" qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 10 noyabr 2017-ci il tarixli payçı müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda tərəflər arasında bağlanmış sözügedən müqavilənin ləğvi üçün əsaslar yaranmışdır. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyi təqdirdə mübahisəli mənzil boşaldılmalı və iddiaçı "xxxx" MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Xəzər İnşaat XXİ Əsr” MTK ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2017-ci il tarixli payçı müqaviləsi ləğv edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, 6-cı bina, 66 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2017-ci il tarixli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, 6-cı bina, 66 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" MTK-ya təhvil verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MTK-ya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2107/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2107/2021
21.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver