Məhkəmə qərarları › İş №2(007)-2114/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2114/2021

02.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2114/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 və X6 vəkili və nümayəndəsi Vəkil2, X6 nümayəndəsi X11 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X9 və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi və 17 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, etibarnamənin və çıxarışin ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X9 və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşi "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04 oktyabr 2016-cı il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini artıraraq 30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 04 oktyabr 2016-cı il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 25 fevral 2016-cı il tarixli 446656 nömrəli etibarnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X5 ilə mərhum anası X12 ilə 19 oktyabr 1990-cı il tarixində birgə nikahda daxil olmuşlar. Onların birgə nikahından hazırkı iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 anadan olmuşlar. 13 oktyabr 2004-cü il tarixli 209179 saylı qeydiyyat vəsiqəsi əsasında ünvan 1 ünvanında yerləşən mənzil X16 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 214 saylı reyestr kitabında qeydiyyat aparılmışdır. 24 iyul 2015-ci il tarixdə anaları X12 X5 tərəfindən qətlə yetirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü ilə X5 17 il müddətinə azadlıqdan məhrumetmə cəzaslna məhkum edilmişdir. 25 fevral 2016-cı il tarixində X5 bacısı X9 etibarnamə vermişdir. Həmin etibarnamə əsasında X16 adına olan ünvan 1 ünvanında yerləşən mənzil barəsində xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən çıxarış əldə olunmuşdur. Daha sonra həmin etibarnamə əsasında qeyd olunan mənzil 30 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satılmışdır. 2020-ci ilin iyun ayında X5 rəhmətə getmişdir. Rəhmətə getməmişdən əvvəl həmişə onun yanında olarkən mübahisəli mənzil barəsində danışarkən, azadlığa çıxdıqdan sonra mənzili satacağını və təsərrüfatla məşğul olacağını bildirmişdir. Bundan əlavə həmin mənzil binanın 1-ci mərtəbəsində yerləşdiyi üçün obyekt kimi işlədilirdi və atasının sağlığından bugünə kimi icarədədir. Həmin obyektin icarəsindən gələn gəlir isə atası rəhmətə gedənə qədər özünə çatdırılırdı. X5 bacısı X9 verdiyi etibarnamə bütün səlahiyyətlərin göstərilməsinə baxmayaraq, sözügedən etibarnamə məhz icarə haqqlarının icarəyə götürən şəxs tərəfindən verildiyi zaman atalarına çatdırılması üçün verilmişdir. X1 etibarnamədə göstərilən səlahiyyətlərdən sui-istifadə edərək, atalarına məxsus mübahisəli mənzil barəsində atasının adından Cavabdeh1 satmışdır. Qeyd olunan mənzilə Cavabdeh1 mülkiyyət hüququ 50 saylı Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4ə-720 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib olunmuşdur, 30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və 04 oktyabr 2016-cı il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və etibarnamə ləğv edilməlidir. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil 13 oktyabr 2014-cü il traixində qeydiyyat vəsiqəsi əsasında X5na məxsus olsa da, anaları X3 birgə nikah dövründə əldə etdiyi əmlakdır. Bakı şəhəri 50 saylı Notariat Kontoru tərəfindən mənzilin alqı-satqısı zaması bu hal nəzərə alınmamışdır. Bu qanunsuz notarial hərəkətlər nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Həmin notarial hərəkətlər aparılan zaman anaları rəhmətə getmişdir. Analarının vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin ərizə etibarnamənin ləğv olunması hissəində onunla əsaslandırılmışdır ki, etibarnamədə təmsil olunan şəxsin verdiyi səlahiyyətlər konkret predmet və konkret şərtlər əsasında ötürülmədiyi üçün etibarnamə ləğv edilməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirilmişdir ki, anası rəhmətə gedəndən sonra qohumlarından heç kimlə əlaqə saxlamamış, obyektin satılmasından xəbəri olmamışdır. 250.000 manatlıq obyekt 40000 manata satılmışdır. Hadisə zamanı o və bacısı yetkinlik yaşına çatmamışdılar. O anasının hüquqi varisi kimi təmsil olunmuşdur. Şikayət vermişdir ki, əmlakın üzərinə həbs qoyulsun, lakin həbs qoyulmamışdır. 2015-ci ildən obyektə getməmişdir. Obyektin500 manat icarə haqqı atasına çatırdı. O öz tələbatlarını onun hesabına ödəyirdi. Atası ilə evlə bağlı danışığı olmuşdur. Atasına evinin olmamasını bildirmiş, o da həbsxanada olarkən çıxıb evi satıb ona ev alacağını bildirmişdir. Atası serroz xəstəsi idi. Atası ilə 2017-ci ildə barışmış, barışıq üçün ona 18000 manat verilməsini bildirmişdir. Mübahisəli mənzilin satılmasını atası vəfat etdikdən sonra vərəsəlik işi açılanda bilmişdir. xx.xx.2021-ci il tarixdə analarının vərəsəsi kimi onlara vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Valideyinlərindən onlara ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil qalmış bu barədə vərəsəlik şəhadətnaməsi almışlar. Bundan əlavə İsmayıllı rayonunda evləri də vardır ki, o, ev qeydiyyata düşməsə də bu ev də onlara vərəsəliklə qalmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirilmişdir ki, anası rəhmətə gedəndən sonra qohumlarından heç kimlə əlaqə saxlamamış, obyektin satılmasından xəbəri olmamışdır. Atası ilə münasibəltəri yaxşı olmuş, həbsxanada olan zaman ancaq yemək aparmış, dərmanlarına özünün pulu ilə obyektin icarə haqqı ilə alınırdı. Atasının qohumları dəfn xərcini onun pensiyası ilə çəkmiş, bibisi özü də etiraf etmişdir ki atasına çəkdikləri xərci atasının öz pulu ilə edirlər. O, atasının dərmanlarının alınmasında köməklik göstərməmiş, uşağı problemli olduğu üçün həbsxanaya atasının yanına çox gedib gələ bilməmişdir. Obyektin satışından əldə edilmiş puldan qardaşına nə verildiyindən xəbəri yoxdur. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdiyini bildirərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O bildirdi ki, mübahisəli əmlak satılarkən iddiaçıların razılığı alnmamış, onların xəbəri olmadan əmlak satılmış, onlar 2021-ci ilin 15 oktyabrında vərəsəlik işi açılanda bunu bilmişlər. əmlakın satılması zamanı verilmiş etibarnamədən etibar edilən şəxs sui-istifadə etmişdir. Etibarnamə obyektə dair icarə haqqının alınmasına görə verilmişdir. Etibarnamədə mübahisəli əmlak barəsində sərəncam verilməsi səlahiyyətinin ötürülməsi qeyd edilməmişdir. Etibarnamə Famil tərəfindən həbsxanada verilməli olduğu kənarda verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, ev almaq istədiyindən Ramin ona dayısının müalicəsi üçün pul lazım olduğunu və dayısına məxsus Bakı şəhəri 50 saylı Notariat Kontoru tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin satıldığını bildirdi. Həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və mənzil onun sahibiyində və istifadəsindədir. Mənzil evin birinci mərtəbəsində yerləşdiyindən hal-hazırda icarədərir. Alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl həbsxanaya Familin yanına getmiş və ondan halallıq almışdır. Alqı satqı müqaviləsi bağlanan zaman mənzilin dəyəri 43 kv.metr olduğundan 48000 manata razılaşmışlar və həmin pulu Familin bacısı Zenfiraya vermişdir. Sonradan Familin oğlu ona müraciət edərək, icarə haqqının nə üçün onun tərəfindən alındığını soruşmuş, cavabında isə ona Famin sağlığında həmin mənzili aldığını bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X14 məhkəməyə iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasına dair yazılı ərizə və eyni zamanda iddia tələbinin mahiyyətinə dair yazılı etiraz təqdim edərək iddia tələbini qəbul etməməsinin və onun təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, əqdlərin etibarsız hesab edilməsinə dair iddia müddəti bir ildir iddiaçılar tərəfindən həmin müddət ötürüldükdən sonra alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddia qaldırılmışdır. Həmçinin o, etirazını onunla əsaslandırmışdır ki, qardaşı Famil uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkmiş, bununla bağlı mütəmadi müalicə alımışdır. Onun ailəsində ər-arvad arasında həmişə problemlər yaranmış, bu səbəbdən iddiaçılar da daxil ailədə müntəzəm olaraq münaqişələr baş vermişdir. Famil Əhmədovun ayrı-ayrı ünvanlarda iki mənzili, o cümlədən tərəfindən ünvan 3 17 saylı evin iki otarqlı 5-ci mənzili və Bakı şəhəri, Nəsimi rayonu, A.Səhət küçəsində iki otaqlı 67 saylı həyət evi olmuş, ər-ravad arasında münaqişə olduğundan onlar faktiki ayrı yaşamışlar. Hələ sağlıqlarında onlar arasında adı çəkilən mənzillər könüllü olaraq bölünərək ünvan 3 17 saylı evin iki otarqlı 5-ci mənzilinin X33da, digər evin isə arvadı X4 qalması barədə razılığa gəlinmişdir. İş üzrə İddiaçı1 həmin mənzilin onun adına keçirilməsini tələb etmiş, lakin anası razılaşmamış, bu səbəbdən həmin mənzil onun tərəfindən yandırılaraq yarasız vəziyyətə salınmış, həmin mənzil indi də sahibsiz əmlak kimi qalmaqdadır. Ona görə də anası ondan üz döndərməklə iddiaçılardan ayrı yaşamağa başlamışdır. X33 öz arvadını, yəni iddiaçıların anasını qətlə yetirdiyindən 2015-ci ildən həbs olunduqdan sonra da xəstəliyi ilə bağlı onun müalicəsi davam etdirilmişdir. Xərcləri onun və digər qardaşları tərəfindən çəkilmişdir. Övladları, yəni iddiaçılar bu sahədə ona heç vaxt heç bir yardım və ya köməklik göstərməmiş, əksinə ona nifrət etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış İddiaçı1 və digər iddiaçı olan qızı İddiaçı2 ona qarşı qərəzli mövqe tutmuş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı onun ağır cəza alması üçün əllərindən gələni etmişlər. Qardaşı F.Əhmədov 17 il cəza almış, cinayət işi üzrə şikayətçi olmamaq üçün İddiaçı1 onlardan qohumu Emilin vasitəsi ilə 2018-ci ildə əlbəəl 5000 manat pul almış atası famil Əhmədovdan şikayətçi olmaması və onun cəzasının yüngülləşdirilməsinə etiraz etməmək barədə Bakı şəhərinin 50-ci notariat kontorunda 2018-ci ilin sentyabr ayının 3-də yazılı ərizə vermişdir. Qardaşının xəstəliyi ilə bağlı çəkilmiş xərclərlə əlaqədar borcların ödənilməsi üçün adına olan və obyekt kimi istifadə olunan mübahisəli mənzilini satmaq qərarına gəlmiş və bu məqsədlə onun adına Bakı şəhərinin 17-ci Notariat Kontorunda 2016-cı ilin fevral ayının 25-də 7E-1006 nömrəli reyestrdə rəsmiləşdirilməklə AR seriyalı 446656 saylı baş etibarnamə vermiş, həmin etibarnamə əsasında adı çəkilən mənzili Bakı şəhərinin 50 saylı notariat kontorunda 2016cı ilin sentyabrın 30-da bağlanmış və 4Ə-720 nömrəli reyestrdə rəsmiləşdirilmiş AN-İ seryalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh1 48000 (qır səkkiz min) manata satılmış və əmlak sonuncuya təhvil verilmişdir. Həmin vaxt mənzildə heç kim yaşamamış və heç kim qeydiyyatda olmamışdır. Adı çəkilən mənzilin satılmasından əldə olunmuş vəsaitin bir hissəsi Famil Əhmədovun göstərişinə əsasən yaranmış borclara silinmiş, əldə qalan məbləğdən onun müalicəsi üçün İran İslam Respublikasından baha qiymətlərə xüsusi olaraq dərmanlar gətirilmişdir. Mübahisəli mənzil Cavabdeh1 satıldıqdan 3-4 il sonra sonucunun deməsinə görə İddiaçı1 Cavabdeh1 yanına gələrək satılan mənzilin pulunun ona verilməsini tələb etmiş, müsbət nəticə ala bilmədiyindən Teymuru hədələmiş və çıxıb getmişdir. Qardaşı Famil cəzasını 1 saylı Cəzaçəkmə müəssisəsində çəkmiş, qaraciyər xəstəliyindən 2020-ci ilin iyunun 22-də vəfat etmişdir. Famil vəfat etdikdən sonra 7000 manat yas, dəfn xərcləri və qəbrinin üstünün götürülməsinə xərclənmişdir. Bu məqsədlər üçün İddiaçı1 atasına görə nə cəzaçəkmə müəssisəsində cəza çəkən zaman nə də ölümündən sonra heç bir manat xərc çəkməmiş, hətta yas və dəfn mərasimində iştirak etməmişdir. Məhkəmə qərarı olmasa da onlar faktiki olaraq ləyaqətsiz vərəsədirlər. İddiaçıların analarının ölümündən sonra yas və dəfn xərcləri cavabdehlər tərəfindən həyata keçirilmiş, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna müraciət etmədikləri üçün mirasdan pay almaq hüququnu itirmişlər. İddia qanunsuz və əsassız olmaqla yanaşı, iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi X18 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Famil onun dayısı olduğundan, o həbsxanaya düşəndə onun quluğunda durmuş, ərzağını bütün tələbatlarını o, təmin etmişdir. Orxan Nəsimi bazarının yanında olan evi yandırmış, həmin cinayət olan zaman Orxan evdən qovulmuşdur. Obyektin satışından əldə olunan pulun hamısını əmisinin müalicəsi üçün xərclənmişdir Cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi kimi Orxan iştirak etmiş və şikayətini geri götürmək üçün atasından şikayətçi olmaması müqabilində 100000 manat pul istəmiş və yekunda Orxana 5000 manat pul verilmiş, Orxan da cinayət işi üzrə şikayət və tələbinin olmamasını bildirmişdir. Dayısı Familin ciyərləri xəstə oluğundan, onun müalicəsinə çox pul tələb olunmuş və uzun müddət cəzaçəkmə müəsissəsində müalicə almışdır. Pulun hamısı da onda olduğundan, dayısının müalicə xərclərini özü ödəmişdir. Orxan cinayət işi gedən zaman israrla atasının ağır maddələrlə cəzalandırmasını istədiyindən kənd camaatı Orxanı yasa qoymamış, dayısının dəfnində baş daşı ilə birlikdə 7000 manat pul xərclənmişdir. Dayısının uşaqları ilə münasibətləri yaxşı olmadığından və ona güvəndiyindən, pulu onda olmuş, anasına dayısı öz istəyi ilə etibarnamə vermişdir. İddiaçı2 atasının yanına bir ya iki dəfə getmişdir. Məhkəmə iclasında Cavabdeh1 və X6 vəkili və nümayəndəsi Vəkil2 X6 yazılı etirazın və iddia müddətini tətbiqi barədə ərizənin eyni zamanda Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 50 saylı Notariat Kontorunun nümayəndəsi və iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin və 17 saylı Dövlət Notariat Kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin və 3-cü şəxlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına cavabdehlər tərəfindən təqdim olunmuş şahid qismində ifadə vermiş X27 bildirmişdir ki, Famil Əhmədovala çox yaxın olmuşlar. Övladlarının onunla əlaqəsi olmamışdır. Famil tutulandan 5-6 ay ərzində Orxan obyektin kirayəsini alırdı. Familə pul lazım olduğu üçün onun göstəriçinə əsasən o obyekti işlədənə kirayə pulunu Orxana verilməməsini tapşırmışdır. Orxan atası ilə barışmaq üçün 100.000 manat pul istəsə də, o Orxana obyekti satıb ona 50.000 manat verə biləcəklərini təklif etmişdir. Məqsəd onun işinin yüngülləşdirilməsi idi. Orxan aşağı məbləğlə razılaşmamışdır. Familin işi apellyasiya məhkəməsində olanda Orxanla 5000 manata razılıq əldə etmişlər və o həmin məbləği Nizami metrosunun yanında barışıq ərizəsini aldıqdan sora Orxana vermişdir. Mübahisəli obyektin dəqiq neçəyə satılmasını bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X26 tərəfindən X15 122.500000 AZN satın alınmışdır. - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil X16 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AR-İ seryalı 446656 saylı 25 fevral 2016-ci il tarixdə 17 saylı dövlət notariat kontoru tərəfindən verilmiş etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 digər səlahiyyətlərlə yanaşı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün daşınar və daşınmaz əmlaklara dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla bacısı X10 baş etibarnamə vermişdir. -xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsini surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X26 tərəfindən xx.xx.2016-ci il tarixdə 17 saylı dövlət notariat kontorunda verilmiş etibarnamə əsasında X14 tərəfindən Cavabdeh1 48.000 manata satılmışdır. - xx.xx.1990-cı il tarixdə bağlanılmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə X26 ilə X13 arasında nikah bağlanılmışdır. Nikahdan sonra qadına Əhmədova soyadı verilmişdir. - 472326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X26, anası X7r. - 302887 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1992-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X26, anası X7r. - 107655 seryalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə döş qəfəsinin deş. Kəs. yaranması səbəbindən ölmüşdür. - 103135 seryalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması yaranması səbəbindən ölmüşdür. - İddiaçı1 tərəfindən xx.xx.2018-ci il tarixdə 50 saylı dövlət notariat kontorunda verilmiş notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Ali məhkəməsinə ünvanlanmış **********432 saylı ərizəsinin surətindən görünür ki, o X26 ilə barışmasını, ona qarşı heç bir şikayətinin olmamasını, cəzasının yüngülləşdirilməsinə etiraz etməməsini bildirmişdir. -xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Səhət küçəsində iki otaqlı 67 saylı mənzilə dair 1\2 hissədə X22 pay almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.6.-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi ilə etibarnamənin qüvvəsinə xitam verilir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3.-cü massədinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, qeyd olunan əmlak təqdim olunarkən X19 həyat yoldaşı X12 həyatda olmadığından və onun əmlakı ilə bağlı həmin vaxt vərəsəlik işi açılmadığında onun övladları tərəfindən hazırda belə bir iddia qaldırılması əsassızdır. Qeyd olunmalıdır ki, mübahisələndirilən əmlaka dair nə X26 ona çatası payla bağlı nə də onun övladları notariat orqanına vərəsəliklə bağlı müraciət etməmişlər. İddiaçılar tərəfindən miras əmlakla bağlı ataları rəhmətə getdikdən sonra vərəsəliklə bağlı notariat orqanına müraciət olunmuş və xx.xx.2021-ci il tarixdə iddiaçı X22 anası X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Səhət küçəsində iki otaqlı 67 saylı mənzilə dair 1\2 hissədə pay almışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı iİddiaçı1 da bildirdiyinə görə mübahisələndirilən əmlakla bağlı 4-5 ay kirayə haqqı alınsa da sonradan o, həmin əmlakla faktiki sahiblik etməmiş həmin əmlakın kirayə haqqından atasının xeyrinə imtina etmiş, əmlakın olduğu yerə gedib-gəlməmişdir. Digər iddiaçı isə atasının ölümünə qədər ümumiyyətlə həmin əmlakla maraqlanmamışdır. X26 faktiki olaraq azadlıqda olmasa da həmin əmlaka bütövlükdə sahiblik etmiş, o əmlakdan gələn gəlir hesabına öz xərclərini ödəmiş və bununla da iddiaçılara həmin əmlakı bütövlükdə faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu tərəflərin izahatları və şahid ifadəsi ilə də təsdiq olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, X26 mübahisəli əmlaka da daxil olmaqla bütün əmlaklarına dair X10 verilmiş baş etibarnaməyə əsasən mənzil Cavabdeh1 satılmışdır. Cavabdeh1 vicdanlı alıcı olduğu üçün hazırda onunla bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab oluna bilməz. Cavabdehlərin izahatları və şahidin ifadəsi və digər iş materialları ilə də təsdiq olunur ki, həqiqətən də İddiaçı1 atası ilə analarını qətlə yetirməsinə görə barışmamışdır. Yalnış uzun müddətdən sonra Orxan tərəfindən onların barışmasına dair xx.xx.2018-ci il tarixdə notarial ərizə verilərkən onların barışması təsdiq olunmuşdur. İddiaçıların X5nun mübahisəli evi satmasına dair iradəsinin olmaması faktı da iş materialları ilə təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsində göstərdiyi dəlillər alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün yetərli deyildir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, Cavabdeh1 mübahisələndirilən əmlakı vicdanlı əldə edən olduğuna görə iddia tələbi həmin hissədə təmin oluna bilməz. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərardda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Bütün bu qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə tam əsas verir ki, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı vicdanlı əldə edəndir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin 25 fevral 2016-cı il tarixli 446656 nömrəli etibarnamənin ləğv edilməsi barədə hissəsi ilə bağlı bildirir ki, X20 digər səlahiyyətlərlə yanaşı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün daşınar və daşınmaz əmlaklara dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla bacısı X10 baş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında hazırda məhkəmədə mübahisələndirilən mənzil onun tərəfindən digər Cavabdeh1 48.000 manata satılmışdır. Həmin etibarnamə xx.xx.2016- cı il tarixdə verilmiş və etibarnamədə onun xx.xx.2026-cı il tarixədək etibarlı olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən ləğv edilməsi tələb olunan etibarnaməyə artıq X16 xx.xx.2020-ci il tarixdə öldüyü andan xitam verildiyindən onun məhkəmə tərəfindən ləğv edilməsinə dair iddianın təmin olunması özlüyündə əsassız olardı. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X9 və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı 30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04 oktyabr 2016-cı il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 25 fevral 2016-cı il tarixli 446656 nömrəli etibarnamənin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X14 və Bakı şəhəri 50 saylı Notariat Kontoru qarşı “30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04 oktyabr 2016-cı il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 25 fevral 2016-cı il tarixli 446656 nömrəli etibarnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar