Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2130/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 06 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları var. X10 02 iyul 2008-ci ildə və X6 26 dekabr 2015-ci ildə anadan olmuşlar. Evləndikləri ilk vaxtlar cavabdehlə nisbətən sakit yaşamaqlarına baxmayaraq, çox keçməmiş xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmağa başlanmışdır. Belə ki, fərqli xasiyyətlərə malik olduqları üçün mütəmadi olaraq aralarında söz-söhbət, narazılıq yaranır, biri-birinin sözü digərinə xoş gəlməmişdir. Artıq uzun müddətdir ki, ər-arvadlıq münasibətlərini tamamilə kəsmişlər, gələcəkdə barışıb, ailəni bərpa etmək mümkün deyil. Hesab edir ki, onların ailələri tamamilə dağılmışdır, bərpasına heç bir ümid yoxdur və nikahları formal xarakter daşıyır. Uşaqlar onun himayəsindədir və hesab edir ki, nikahları pozulduqdan sonra da uşaqların yaşı, ona bağlı olmaqlarını nəzərə alınmaqla onun himayəsində saxlanmalıdır. Uşaqların onun himayəsinə verilməsi müəyyən edilməklə yanaşı cavabdeh tərəfindən uşaqların saxlanması üçün ona qanunla müəyyən edilmiş qaydada və məbləğdə aliment ödənilməsi də qət edilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh ilə aralarında bağlanmış 06 may 2008-ci il tarixli nikahın pozulması, 02 iyul 2008-ci il təvəllüdlü X7 və 26 dekabr 2015-ci il təvəllüdlü X3 nikahları pozulduqdan sonra onun himayəsində saxlanması, Cavabdeh 02 iyul 2008-ci il təvəllüdlü X7 və 26 dekabr 2015-ci il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatanadək hər uşaq üçün 193 manat, cəmi 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə, iş təxirə salınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 386448 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 06 may 2008-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 282 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir; - AZ-İİ seriyalı 180019 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 iyul 2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İİİ seriyalı 667367 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 dekabr 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 06 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 02 iyul 2008-ci il təvəllüdlü X10 və 26 dekabr 2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Məhkəmənin barışıq üçün verdiyi 3 ay müddət ərzində tərəflər barışmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflərdən biri olan arvad nikahın pozulmasında təkidli olduğundan, iddia həmin hissədə təmin edilərək Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən nikah pozulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə nikahın pozulması zamanı həll edilməli məsələ olaraq tərəflərin birgə nikahından doğulmuş 02 iyul 2008-ci il təvəllüdlü X7 və 26 dekabr 2015-ci il təvəllüdlü X1 yanında qalması məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, həmin uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olmaları, ana himayəsində qalıb böyümələrinin onların mənafeyinə uyğunluğu nəzərə alınmalı, uşaqlar iddiaçının, yəni ananın yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, nikahın pozulması zamanı həll edilməli məsələ olaraq uşaqların yetkinlik yaşınadək saxlanması üçün alimentin tutulması məsələsi də müzakirə edilərək həll olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşaqların mənafeyini və iddiaçının onun himayəsində qalan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, habelə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından azyaşlıların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən iddia tələbini, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, uşaqların və tərəflərin mənafelərini nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün aliment məbləği hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 14 iyun 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 06 may 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 282 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından 02 iyul 2008-ci il tarixdə doğulmuş X10 və 26 dekabr 2015-ci il tarixdə doğulmuş X6 anaları İddiaçı yanında qalmalı, Cavabdeh 14 iyun 2022-ci il tarixdən başlayaraq, 02 iyul 2008-ci il tarixdə doğulmuş X7 və 26 dekabr 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 06 may 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 282 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 02 iyul 2008-ci il tarixdə doğulmuş X10 və 26 dekabr 2015-ci il tarixdə doğulmuş X6 anaları İddiaçı yanında qalsınlar. Cavabdeh 14 iyun 2022-ci il tarixdən başlayaraq, 02 iyul 2008-ci il tarixdə doğulmuş X7 və 26 dekabr 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2130/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2130/2022
24.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver