Məhkəmə qərarları › İş №2(007)-2145/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2145/2025

16.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2145/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının qaytarılması, onlar olmadıqda dəyərinin tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması, onlar olmadıqda dəyərinin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması, onlar olmadıqda dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adlarını qeyd etdiyi ümumi dəyəri 19231 (on doqquz min iki yüz otuz bir) manat olan 13 adda qızıl-zinət əşyalarının və ümumi dəyəri 31130 (otuz bir min yüz otuz) manat olan 34 adda cehiz əşyalarının Cavabdeh alınaraq ona geri qaytarılması, qeyd etdiyi qızıl-zinət və cehiz əşyalarından hər hansı biri olmadıqda onun dəyəri qədər pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2025-ci ildə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki ərizəni nəzərə alıb ərizədə adlarını qeyd etdiyi ümumi dəyəri 22013 (iyirmi iki min on üç) manat olan 13 adda qızıl-zinət əşyalarının və ümumi dəyəri 31130 (otuz bir min yüz otuz) olan 34 adda cehiz əşyalarımın Cavabdeh alınaraq ona geri qaytarılması, qeyd etdiyi qızıl-zinət və cehiz əşyalarından hər hansı biri olmadıqda onun dəyəri qədər pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə münasibətləri quraraq nikaha daxil olub. Nikahları 97 nömrə ilə Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 iyul 2022-ci il tarixdə qeydə alınıb. Onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X12 və xx.xx.2024-cü il təvəllüdlü X7 dünyaya gəlib. Qeyd edir ki, cavabdehlə nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, lakin sonradan münasibətləri tamamilə korlanıb və bərpa olunması imkansız həddə çatıb. Buna görə də, cavabdehlə barışmaqları, gələcəkdə birgə ailə həyatlarının davam etməsi və ailənin qorunub saxlanması mümkün deyil. Onun cavabdeh ilə hazırda bağladığı nikah formal olduğundan, faktiki ər-arvad münasibətləri olmadığından, birgə yaşayışları qeyri-mümkün olduğundan və himayəsində iki azyaşlı uşağı olduğundan qanunvericiliyin tələbinə görə nikahlarının qeydiyyat şöbəsində pozulmağına yol verilmədiyi üçün nikahlarına məhkəmə qaydasında xitam vermək üçün müvafiq iddia tələbi ilə tərəfindən məhkəməyə müraciət olunub. Nəzərə çatdırır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə onu döyüb-təhqir edib evdən qovub. Cavabdeh onu döyməsi zərərçəkmiş şəxs olduğu iş üzrə Nizami Rayon Məhkəməsinin 1(007)-145/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündə də öz əksini tapıb ki, həmin hökmü də hazırki ərizəmə əlavə edir. Qeyd edir ki, o, Cavabdeh tərəfindən döyülərək evdən qovulub və onun bütün qızıl-zinət və cehiz əşyaları cavabdehin mənzilində qalıb. Hazırda da həmin qızıl-zinət və cehiz əşyaları cavabdehin mənzilindədir. Qeyd edir ki, tərəfindən dəfələrlə həmin qızıl-zinət və cehiz əşyalarının geri qaytarılmasını Cavabdeh tələb etsə də, cavabdeh həmin qızıl-zinət və cehiz əşyalarını ona geri qaytarmaqdan imtina edib. Belə olan halda isə həmin cehiz əşyalarının ona qaytarılması və əgər onlardan hər hansı biri olmadıqda isə onun dəyərinin pul şəkilində cavabdehdən tutularaq ona verilməsi zərurəti yaranıb. Qeyd edir ki, cavabdehin mənzilində hazırda onun aşağıda qeyd etdiyi adda və dəyərdə qızıl-zinət və cehiz əşyaları vardır. Qızıl-zinət əşyaları: nişan günü alınan 6 qram Tiffany sırğa 585 əyar (türk qızılı) 720 AZN, nişan günü alınan 5 qram Brilliant qaşlı nişan üzüyü 750 əyar (ağ, italyan qızı) 2100 AZN, toy günü alınan 25 qram toy komplekti 750 əyar (ağ, italyan qızılı) 5500 AZN, toydan sonra alınan 21,52 qram Tiffany sırğa və qolbaq 585 əyar (türk qızılı) 2798 AZN, toydan sonra alınan 5,45 qram Tiffany üzük 750 əyar (italyan qızılı) 763 AZN, toydan sonra alınan 5 qram burma üzük 585 əyar (türk qızılı) 650 AZN, toydan sonra alınan 4 qram Graziella üzük 750 əyar (italyan qızılı) 540 AZN, toydan sonra alınan 5 qram Graziella klon 750 əyar (italyan qızılı) 675 AZN, toydan sonra alınan 10 qram Graziella qolbaq 750 əyar (italyan qızılı) 1350 AZN, toydan sonra alınan 7 qram toxunma sep 750 əyar (italyan qızılı) 945 AZN, toydan sonra alınan 5 qram dollar klon 585 əyar (türk qızılı) 600 AZN, toydan sonra alınan 12,69 qram Raika sırğa 750 əyar (italyan qızılı) 1550 AZN, toydan sonra alınan 8 qram Bottega sırğa 585 əyar (türk qızılı) 1040 AZN. Bildirir ki, qeyd etdiyi qızıl-zinət əşyalarını ona hədiyyə kimi Cavabdehlə ailə qurarkən, həmçinin ailə qurduqdan sonra alıb. Həmin qızıl-zinət əşyalarının ümumi dəyəri 19231 (on doqquz min iki yüz otuz bir) manat məbləğindədir. Qeyd etdiyi qızıl-zinət əşyalarına dair fotoşəkillərini də hazırki ərizəsinə əlavə edir. Cehiz Əşyaları: 1 ədəd “Samsung UE” markalı UHD TV-2200 manat, 1 ədəd “LG GN-C680HLCL” markalı soyuducu-2100 manat, Mebel dəsti-12000 manat, 1 ədəd “Samsung VC15K4170” markalı tozsoran-500 Manat, 1 ədəd “Kenwood MG510” markalı ətçəkən maşını-350 manat, 2 ədəd Akril “Merinos” xalı-900 Manat, 1 ədəd (2x3) xalı-150 manat, 12 ədəd çəngəl, qaşıq, bıçaq dəsti-450 Manat, bıçaq seti-50 manat, Keramika baharatlıq 7-li 70 manat, 12 nəfərlik yemək dəsti (servis)-1200 manat, 6 nəfərlik gündəlik istifadə üçün yemək dəsti-400 manat, 2 ədəd Antik Xrustal konfet qabları-50 manat, 2 ədəd Xrustal mürəbbə qabları-30 manat, 2 ədəd Antik Xrustal gəmi meyvə qabı-100 manat, Zər işləməli Xrustal çərəz qabı, zər işləməli Xrustal güldan, zər işləməli külqabı - 400 manat (ümumi), 2 ədəd Türkiyə istehsalı Granite qazan seti-800 manat, 5-li Emal qazan dəsti-100 manat, 1 ədəd Antik meduza meyvə qabı-500 manat, 2ədəd Antik meduza şam qabı-280 manat, 36 ədəd Su bakal-220 manat, Yataq otağı pərdəsi -480 manat, Qonaq otağı çilçırağı -850 manat, Yataq otağı çilçırağı-350 manat, “X16 Pro” ütü- 350 Manat, Elektrikli Somavar-200 manat, Stol süfrələri-500 manat, Yun odeyallar-250 manat, Yorğan-döşək dəstləri-2500 manat, Sintifon yorğan-150 manat, 2 ədəd yay yorğanı-50 manat, 2 ədəd Taxt üçün pokraval-800 manat, Uşaq kravatı-1500 manat, “Kidilo” uşaq kolyeskası-300 manat. Cehiz əmlakının ümumi dəyəri isə 31130 (otuz bir min yüz otuz) manat məbləğindədir. Nəzərə çatdırır ki, qanunvericiliyin tələbinə uyğun olaraq tərəfindən mediasiya təşkilatına müraciət olunub, lakin aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb, mediatorun bu barədə arayışını hazırki iddia ərizəsinə əlavə edir.

İş materialları:

4. AZ-T seriyalı 056372 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 23 iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 97 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Nuriyeva-Musayeva soyadı verilmişdir;

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-145/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, cəzanın icrasının Cavabdeh yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılması hökm edilmişdir.

6. Məhkəməyə qızıl-zinət əşyalarının fotoşəkilləri və videogörüntü olan disk daşıyıcı təqdim edilmişdir.

7. Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/14/2025-00093 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçının nümayəndəsi “qızıl-zinət əşyaları, cehiz əmlakı və s.” tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabeh iştirak etməyib. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və poçt xidmətlərinə görə 10 manat ödənilmişdir.

8. Məhkəmənin qərardadına əsasən Məhkəmə Ekspertizası Bürosu tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən Məhkəmə Qərardadında göstərilmiş texniki göstəricilər (zinət əşyalarının əyar dərəcələri və çəkiləri) əsasında qiymətləndirmə aparılıb. Qiymətləndirmə prosesində təqdim olunmuş məlumatlar nəzərə alınmaqla, hər bir zinət əşyasının çəkisi və əyarı əsasında qram vahidi üzrə hesablamalar icra edilmiş, obyektiv və şəffaf dəyər göstəriciləri müəyyən edilib. Aparılmış təhlil və hesablamaların nəticəsi olaraq, cari dövr üzrə orta bazar dəyərləri formalaşdırılıb və qiymətləndirmə zamanı qram vahidi üzrə mövcud satış qiymətləri tətbiq edilib. Nəticə etibarilə, Tiffany sırğa 585 (türk qızılı) 6 qram, Brilliant qaşlı nişan üzüyü 750 (ağ, italiyan qızılı) 5 qram, toy komplekti (ağ, italyan qızılı) 25 qram, Tiffany sırğa və qolbaq 585 (türk qızılı) 21,52 qram, Tiffany üzük 750 (italiyan qızılı) 5,45 qram, Burma üzük 585 (türk qızılı) 5 qram, Graziella üzük 750 (italiyan qızılı) 4 qram, Graziella klon 750 (italiyan qızılı) 5 qram, Graziella qolbaq 750 (italiyan qızılı) 10 qram, toxunma sep 750 (italiyan qızılı) 7 qram, Dollar klon 585 (türk qızılı 5 qram, Raika sırğa 750 (italiyan qızılı) 12,69 qram və Bottega sırğa 585 (türk qızılı) 8 qram - qızıl zinət əşyaların hazırki dövrə olan ümumi dəyəri 22013 (iyirmi iki min sıfır on üç) manat təşkil edir.

9. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 50,6 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları:

10. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsi və ona edilmiş dəqiqləşmə ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının dediyinə əsasən cavabdehlə birlikdə yaşamır, başqa evdə yaşayır. İddiaçı cavabdehlə barışdığını qəbul etmir.

11. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

12. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X8 iddianı müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh cinayət əməli törədib. İddiaçı qorxduğuna görə cehizləri evdən götürə bilmir. Mövcud praktikada qızıl-zinət əşyaları tələbində əsas iki sübut edilməli hal olur. Birincisi, qızılların mövcudluğunu sübut etmək lazımdır. Buna dair kifayət qədər fotoşəkillər təqdim ediblər. İkincisi, qadının evdən çətin şəraitdə çıxdığını sübut etmək lazımdır. Hökmdə də, təsdiq olunub ki, iddiaçı xəsarət aldıqdan sonra qonşuya gedib, orada Daxili İşlər Nazirliyinin “102 xidməti”nə müraciət edib və bunun əsasında da araşdırma başlayıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işlərində məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərə barışmalarını təklif edir. Tərəflər arasında barışıq əldə edilməyib və təqsirləndirilən şəxsə 06 fevral 2025-ci ildə cəza təyin edilib. Deməli, həmin vaxt tərəflər arasında gərgin münasibət davam edib. İddiaçı evli olduğu halda stres keçirib və bu stresin yaranmasına səbəb olub. Cavabdeh bir dəfə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Cavabdeh telefon danışıqlarında və yazışmalarında sərt hərəkətlərini davam etdirir. İddiaçı cehizləri götürsə, iddia tələbinin həcmini azaldacaqlar. Mövcud praktikada qızıl-zinət əşyaları tələbində əsas iki fakt sübut olunur: qızıl əşyalarının mövcudluğu və iddiaçının evi tərk edən zamanki şərait. İddiaçının evi tərk edən vaxt şərait açıq-aşkardır. İddiaçıya qarşı cinayət əməli törədilib, sağlamlığına ziyan vurulub, iddiaçı evdən qovulub, qonşusuna sığınıb. İddiaçı döyüldüyü evə rahat daxil olub qızılları götürərək evi tərk edə bilməzdi. İddiaçı döyülmə hadisəsindən sonra qəti şəkildə evə getmir, gedə bilmir, qorxur və çəkinir. Tərəflər arasında yazışmalar var. Bu gün də cavabdeh tərəfindən iddaçıya və ona qarşı təhqirlər olur. Döyülmə hadisəsi xx.xx.2024-cü ildə olub. İddiaçıya qarşı cinayət əməli törədildiyi vaxtdan tərəflər arasında münasibətlər dayanıb. Necə ola bilər ki, iddiaçı 2025-ci ilin yanvar ayında evdə yaşayıb, fevral ayının 6da məhkəmənin hökmü qəbul olunub.

13. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birgə nikahlarından doğulmuş uşağı cavabdehin yanında qalır. Dəfələrlə cavabdehlə əlaqə saxlamağına baxmayaraq uşağını görə bilmir. O, cavabdehlə telefon əlaqəsi yaratmağa çalışıb, cavabdeh ona təhqiramiz ifadələr işlədib, onu təhdid edib. Evdən çıxarkən əynində paltar olub, bir də uşağı yorğana bürüyərək gedib. 04 dekabr 2024-cü ildə evdən çıxıb, ondan sonra evə qayıtmayıb. Cavabdehlə aralarında barışıq olmayıb. Cavabdehin bacısı Tiffany üzüyü, qolbaq və sırğaları evdən aparıb, 2 həftədən sonra yenidən gətirib qaytarıb. O,dəfələrlə cehizini götürmək istəyib, iddiaçı evdə tapılmır.

14. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, evdə olmayanda iddiaçı 50000 manat dəyərindən çox qızılların hamısını götürərək, evi tərk edib. İddiaçı 3-4 ay əvvəl 1 (bir) ədəd üzüyünü və sırğasının bir tayını itirib, həmin qızılları da ondan tələb edir. O, iddiaçıya 50000 manat dəyərindən çox qızıl alıb. Həmçinin qeyd edir ki, iddiaçı 2 saylı X6 stasionar qaydada müalicə alıb. Cehizlərin hamısı yaşadığı evdədir. O, məhkəmənin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cərimə olunub. İddiaçının qohumu əvvəl polis işçisi olub, indi tibb sahəsində işləyir, iddiaçı evi tərk edərkən qızılların çox olduğunu, qızılları gah istədiyini, gah isə istəmədiyini bildirib. Həmin qohumu isə qızılların ona çatmalı olduğunu deyib. Ondan əvvəl isə iddiaçı iki qızılını itirib. Onlar 14-cü mərtəbədə qalanda iddiaçı özünü binadan atacağını bildirirdi. O, barışmağa cəhd edir, hələki barışıq əldə olunmayıb. İddiaçıya məxsus cehiz əşyaları onların evindədir. İddiaçı paltarlarını, vacib əşyalarını aparıb. İddiaçı qızılların hamısını aparıb. Döyülmə hadisəsi 2024-cü ilin dekabr ayında olub, sonra evə gəlib, bir ay evdə yaşayıb və 21 yanvar 2025-ci ildə evi tərk edib. İddiaçı evi tərk edərkən anası və əvvəllər polis işləyən qohumu gəlib, onlar iddiaçını götürüb aparıblar. İddiaçı paltarlarını, əlavə əşyalarını və qızıllarını özü ilə apardı. İddiaçı evdən gedəndə o, evdə olmayıb. Döyülmə hadisəsindən əvvəl iddiaçıya “streslə əlaqədar kəskin nevrotik reaksiya depressiv” dioqnoz qoyulub. Həmin dioqnoz iddiaçıya 2023-cü ildə təyin edilib. O, sahibkardır, avtomobil alğısatqısı ilə məşğuldur. Cehiz əşyaları mövcuddur, iddiaçı həmin əşyaları götürə bilər. Cehiz əşyaları ilə bağlı müvəqqəti təminat tədbiri barədə qərar qəbul edilməyib, əşyalar siyahıya alınmayıb. Cehiz əşyalarının qiymətini mübahisələndirmir, hamısı oradadır. İddiaçı evi tərk edəndə qızılları aparmırdı. İddiaçının anası ilə Zahir adlı qohumları gəlib. İddiaçıya qızılları özü alıb. İddiaçının telefonu sınıq idi. Telefonu əlinə götürəndə təhqiqatçının iddiaçıya mesaj yazdığını görüb. İddiaçı evdən getməmişdən 10 gün əvvəl üzüyünü sındırıb. İddiaçının cehizləri aparmasına problem yaratmır. O, Tiffany qızılı 1300 manata alıb. Hazırda iddiaçı evə qayıdıb, birlikdə yaşayırlar. O, ata və anası ilə də mübahisə edib. İddiaçı evdən gedərkən qızılları aparıb. Onsuz qızılları iddiaçı üçün almışdı, hazırda iddiaçı cehiz əşyalarından istifadə edir.

15. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsinə göstərmişdir ki, iddiaçı ilə ailəvi yaxın münasibətləri var, iddiaçının atası ilə onun atası dost olublar. 2024-cü ilin dekabr ayının əvvəlində, dəqiq xatırlamadığı gündə, gündüz saatlarında iddiaçının anası Zöhrə xanım təlaşla ona zəng edərək, Cavabdeh İddiaçı döydüyünü bildirib. O, harada olduqlarını soruşub. Zöhrə xanım ona Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Babək prospektində yerləşən Keşlə rayonu ərazisinə fəaliyyət göstərən Bölməsində olduqlarını bildirib. Oraya gedəndə İddiaçı və anasının orada olduqlarını görüb. Həmin vaxt iddiaçı ağlayırdı, üzündə şişkinlik var idi. O, səbəbini soruşduqda, Cavabdeh onu döydüyünü və evdən çıxardığını bildirib. Onlara izahat veriblərsə, evə aparmağı təklif edib. Polis Bölməsindən iddiaçının yaşadığı Keşlə qəsəbəsində yerləşən evə gediblər, orada İddiaçı uşağı qonşudan götürüb, oradan da Yasamal rayonunda yerləşən evlərinə aparıb. Qızıl-zinət əşyası xatırlamır. Yadında qalan o idi ki, iddiaçının üzü-gözü şişkin idi, ağlamışdı.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

İşin faktiki halı:

20. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı X1 ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X12 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar faktiki olaraq ayrılmışlar və “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki iş hazırda məhkəmənin icraatındadır. Hazırkı halda İddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının, cehiz əşyalarının, olmadıqda isə dəyərlərinin cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

22. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.

23. Qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Məhkəmə ilk növbədə sübutetmə yükünün düzgün bölüşdürülməsi ilə bağlı qeyd edir ki, hazırki təbiətli mülki mübahisələrdə mübahisə predmeti olan əşyanın, ümumiyyətlə, mövcudluğunun sübut edilməsi iddiaçı, onun olduğu yerdən aparılması ilə cavabdeh tərəfindən sübuta yetirilməli və işin halları ilə təkzibedilməz olmalıdır.

25. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının cavabdehdən alınaraq geri qaytarılması, qızıl-zinət əşyalarından hər hansı biri olmadıqda onun dəyəri qədər pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

26. İddiaçı Cavabdeh ilə nikaha daxil olarkən toy, nişan mərasimləri və toydan sonra ona hədiyyə şəklində qızıl-zinət əşyalarının verilməsi işin mübahisəsiz halıdır, tərəflər bu faktı mübahisələndirmirlər. Hazırda iddiaçı adıçəkilən qızıl-zinət əşyalarının cavabdehin sahibliyində qaldığını, cavabdeh isə qeyd edilən halı inkar edərək, qızıl-zinət əşyalarının evi tərk edən zaman iddiaçı tərəfindən aparıldığını bildirmişdir. Məhkəməyə qeyd olunan qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edəcək fotoşəkillər bə videogörütü təqdim edilmiş, belə ki, fotoşəkillər və videogörütüdə iddiaçının həmin əşyaları taxdığı müşahidə olunur. Həmçinin, cavabdeh həmin qızıl-zinət əşyalarının mövcudluğunu inkar etməmişdir.

27. Məlum olmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində birgə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X17 küçəsi, ev 30 ünvanında arvadı İddiaçı ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı qəsdən bir dəfə sonuncunun üz nahiyəsinə yumruqla zərbə vuraraq, hər iki qolundan tutub sıxmaqla Zeynəb Nuriyeva- Musayevaya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözaltı nahiyənin sıyrıqla müşayiət olunan hemotoması, hər iki bazunun ön səthinin sıyrıqları xəsarətlərini yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.

28. Məhkəmənin xx.xx.2025-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 1500 (min beş yüz) manat məbləğində cərimə növündə cəza təyin edilməsi hökm edilmişdir.

29. Məhkəmə qeyd edir ki, iş materialları ilə görünür ki, tərəflər arasında xx.xx.2024cü il tarixdə baş vermiş münaqişədən sonra iddiaçı cavabdehlə yaşadığı ünvanı birdəfəlik tərk etmişdir. Belə ki, cavabdeh hazırki iş üzrə verdiyi izahatıda aralarındakı mübahisədən sonra iddiaçının evə qayıtdığını və 2025-ci ilin yanvar ayında evi tərk etdiyini qeyd etsə də, məhkəmənin xx.xx.2025-ci il tarixli hökmünə əsasən cavabdeh məhkəmə istintaqı zamanı verdiyi izahatında sadəcə xx.xx.2024-cü ildə aralarında mübahisə başa çatdıqdan sonra arvadının qonşunun ünvanına gedərək, oradan DİN-nin “102 xidməti”nə məlumat verdiyini qeyd etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı iddiaçı evi tərk etdikdən sonra anası ilə yaşadığını və cavabdehlə barışmadığını qeyd etmişdir. Məhkəmə icasında şahid kimi dindirilən Şahid ifadəsində hadisə baş verəndən sonra iddiaçı ilə birlikdə Keşlə qəsəbəsində yerləşən qonşunun evinə getdiyini, iddiaçının uşağını qonşunun evindən götürdüyünü, qızıl-zinət əşyalarını xatırlamadığını qeyd etmişdir.

29. Növbəti olaraq işin hallarından və verilən ifadələrdən də məlum olduğu kimi iddiaçı tərəflər arasındakı münasibət pozulduğu zaman anidən evdən getməyə məcbur olmuşdur və bu halda ona məxsus olan digər zəruri əşyaların, o cümlədən qızıl-zinət əşyalarının götürülməsinə imkanının olmaması ehtimallardan birinə çevrilmiş olur. Həmçinin qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən sadəcə qızıl-zinət əşyalarının qaytarılması deyil, həmçinin cehiz əşyalarının da geri verilməsi tələbi ilə çıxış etmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin bu addımı həm də iddiaçının, həqiqətən də, onlara məxsus mənzili plandan kənar tərk edərək ona məxsus əşyalarını orada saxlamaq ehtimalını bir daha təsdiq etmiş olur.

30. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yuxarıda göstərilən və mövcudluğu iddiaçı tərəfindən və işin halları ilə öz təsdiqini tapmış 13 adda qızıl-zinət əşyalarının qəbul edilməməsi barədə sübutetmə yükü artıq cavabdehin üzərinə keçmiş olur və bu barədə mötəbər sübutlar məhz cavabdeh tərəfindən təqdim edilməlidir.

31. Həmçinin, cavabdeh iddiaçının 1 ədəd üzüyünü və sırğasının bir tayını itirdiyini, lakin hazırda ondan tələb etdiyini qeyd etmişdir, iddiaçı tərəf həmin halı qəbul etməmişdir. Qızıl-zinət əşyalarının itirilməsi ilə bağlı məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.

32. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda iddiaçı həmin əşyaların mövcudluğuna, cavabdehin mənzilinə köçərkən özü ilə həmin ünvana aparmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

33. Buna görə də, iddia ərizəsində göstərilən və mövcudluğu öz təsdiqini tapan qızılzinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə tələbi əsaslı hesab edilməlidir.

34. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

35. Qeyd edilən məsələnin həlli ilə bağlı məhkəmə tərəfindən ilk növbədə xx.xx.2025-ci il tarixli qərardadla qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı sual qoyulmuşdur.

36. Məhkəmə Ekspertizası Bürosu tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli hesabatına əsasən qiymətləndirmə prosesində təqdim olunmuş məlumatlar nəzərə alınmaqla, hər bir zinət əşyasının çəkisi və əyarı əsasında qram vahidi üzrə hesablamalar icra edilmiş, obyektiv və şəffaf dəyər göstəriciləri müəyyən edilib. Aparılmış təhlil və hesablamaların nəticəsi olaraq, cari dövr üzrə orta bazar dəyərləri formalaşdırılıb və qiymətləndirmə zamanı qram vahidi üzrə mövcud satış qiymətləri tətbiq edilib. Nəticə etibarilə, Tiffany sırğa 585 (türk qızılı) 6 qram-930 manat, Brilliant qaşlı nişan üzüyü 750 (ağ, italiyan qızılı) 5 qram-975 manat, toy komplekti (ağ, italyan qızılı) 25 qram- 5375 manat, Tiffany sırğa və qolbaq 585 (türk qızılı) 21,52 qram 3336 manat, Tiffany üzük 750 (italiyan qızılı) 5,45 qram 1063 manat, Burma üzük 585 (türk qızılı) 5 qram-775 manat, Graziella üzük 750 (italiyan qızılı) 4 qram-780 manat, Graziella klon 750 (italiyan qızılı) 5 qram-975 manat, Graziella qolbaq 750 (italiyan qızılı) 10 qram-1950 manat, toxunma sep 750 (italiyan qızılı) 7 qram-1365 manat, Dollar klon 585 (türk qızılı 5 qram-775 manat, Raika sırğa 750 (italiyan qızılı) 12,69 qram-2475 manat və Bottega sırğa 585 (türk qızılı) 8 qram-1240 manat - qızıl zinət əşyaların hazırki dövrə olan ümumi dəyəri 22013 (iyirmi iki min sıfır on üç) manat təşkil etdiyi müəyyən edilib.

37. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Məhkəmə həmin hesabatı nəzərdən keçirərək hesab edir ki, qızıl-zinət əşyalarının dəyəri ümumilikdə 22013 manat kimi qəbul edilməlidir.

39. Qeyd edilənlərə əsasən məhkəkəmə hesab edir ki, Tiffany sırğa 585 (türk qızılı) 6 qram-930 manat, Brilliant qaşlı nişan üzüyü 750 (ağ, italiyan qızılı) 5 qram 975 manat, toy komplekti (ağ, italyan qızılı) 25 qram 5375 manat, Tiffany sırğa və qolbaq 585 (türk qızılı) 21,52 qram 3336 manat, Tiffany üzük 750 (italiyan qızılı) 5,45 qram 1063 manat, Burma üzük 585 (türk qızılı) 5 qram 775 manat, Graziella üzük 750 (italiyan qızılı) 4 qram 780 manat, Graziella klon 750 (italiyan qızılı) 5 qram 975 manat, Graziella qolbaq 750 (italiyan qızılı) 10 qram 1950 manat, toxunma sep 750 (italiyan qızılı) 7 qram 1365 manat, Dollar klon 585 (türk qızılı 5 qram 775 manat, Raika sırğa 750 (italiyan qızılı) 12,69 qram 2475 manat və Bottega sırğa 585 (türk qızılı) 8 qram 1240 manat - qızıl zinət əşyaları, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onun dəyəri Cavabdeh alınaraq, İddiaçı verilməlidir.

40. Məhkəmə iddia tələbinin “cehiz əşyalarının cavabdehdən alınaraq ona geri qaytarılması, hər hansı biri olmadıqda onun dəyəri qədər pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir ki, İddiaçı gəlin köçərkən Cavabdeh mənzilinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Məhkəmə iclasında cavabdeh iddia tələbində göstərilən əşyaların hamısının mənzildə olduğunu və onların dəyərinin mübahisələndirmədiyini qeyd etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də təmin edilməlidir.

41. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı tələbində sadaladığı əmlakın adını, növünü ətraflı şəkildə qeyd etmiş, həmçinin də həmin əmlakların dəyərlərinin manatla ifadəsini də göstərmişdir. Odur ki, qanunvericiliyin tələbinə uyğun olaraq həmin əmlakların naturada qaytarılmasının qeyri-mümkünlüyü halında həmin əmlakın dəyərini təşkil edən pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində zinət və cehiz əşyalarının adını özünə məlum olan adlarla təsvir etdiyindən, hazırda isə ərizəsinə dəqiqləşdirmə vermədiyindən qətnamədə həmin əmlakların adı ərizədə göstərilən qaydada ifadə edilməlidir.

Nəticə:

43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, 1 ədəd Tiffany sırğa 585 (türk qızılı) 6 qram-930 manat, 1 ədəd nişan üzüyü 750 (ağ, italiyan qızılı) 5 qram-975 manat, toy komplekti dəst (ağ, italyan qızılı) 25 qram-5375 manat, Tiffany sırğa və qolbaq dəsti 585 (türk qızılı) 21,52 qram-3336 manat, 1 ədəd Tiffany üzük 750 (italiyan qızılı) 5,45 qram-1063 manat, 1 ədəd Burma üzük 585 (türk qızılı) 5 qram-775 manat, 1 ədəd Graziella üzük 750 (italiyan qızılı) 4 qram-780 manat, 1 ədəd Graziella klon 750 (italiyan qızılı) 5 qram-975 manat, 1 ədəd Graziella qolbaq 750 (italiyan qızılı) 10 qram-1950 manat, 1 ədəd toxunma sep 750 (italiyan qızılı) 7 qram-1365 manat, 1 ədəd Dollar klon 585 (türk qızılı) 5 qram-775 manat, 1 ədəd Raika sırğa 750 (italiyan qızılı) 12,69 qram-2475 manat və 1 ədəd Bottega sırğa 585 (türk qızılı) 8 qram- 1240 manat adlı qızıl zinət əşyaları, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilməli, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X17 küçəsi, ev 30 ünvanında yerləşən 1 ədəd “Samsung UE” markalı UHD TV-2200 manat, 1 ədəd “LG GN-C680HLCL” markalı soyuducu-2100 manat, Mebel dəsti-12000 manat, 1 ədəd “Samsung VC15K4170” markalı tozsoran-500 Manat, 1 ədəd “Kenwood MG510” markalı ətçəkən maşını-350 manat, 2 ədəd Akril “Merinos” xalı-900 Manat, 1 ədəd (2x3) xalı-150 manat, 12 ədəd çəngəl, qaşıq, bıçaq dəsti-450 Manat, bıçaq seti-50 manat, Keramika baharatlıq 7-li 70 manat, 12 nəfərlik yemək dəsti (servis)-1200 manat, 6 nəfərlik gündəlik istifadə üçün yemək dəsti-400 manat, 2 ədəd Antik Xrustal konfet qabları-50 manat, 2 ədəd Xrustal mürəbbə qabları-30 manat, 2 ədəd Antik Xrustal gəmi meyvə qabı-100 manat, Zər işləməli Xrustal çərəz qabı, zər işləməli Xrustal güldan, zər işləməli külqabı - 400 manat (ümumi), 2 ədəd Türkiyə istehsalı Granite qazan seti-800 manat, 5-li Emal qazan dəsti-100 manat, 1 ədəd Antik meduza meyvə qabı-500 manat, 2 ədəd Antik meduza şam qabı-280 manat, 36 ədəd Su bakal-220 manat, Yataq otağı pərdəsi -480 manat, Qonaq otağı çilçırağı -850 manat, Yataq otağı çilçırağı-350 manat, “X16 Pro” ütü-350 Manat, Elektrikli Somavar-200 manat, Stol süfrələri-500 manat, Yun odeyallar-250 manat, Yorğan-döşək dəstləri-2500 manat, Sintifon yorğan-150 manat, 2 ədəd yay yorğanı-50 manat, 2 ədəd Taxt üçün pokraval-800 manat, Uşaq kravatı-1500 manat, “Kidilo” uşaq kolyeskası-300 manat adlı əşyalar, bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilməlidir.

44. Məhkəmə qeyd edir ki, hazırki tələbə münasibətdə (53143 manat) 249,43 manat dövlət rüsumunun ödənilməsi tələb olunurdu.

45. İddiaçı tələb etmədiyindən onun tərəfindən ödənilmiş 50,6 manat dövlət rüsumu, ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pul və iş üzrə ödənilmiş əmlakın qiymətləndirilməsinin aparılmasının dəyəri özünə aid edilməli, qalan 148,83 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 1 ədəd Tiffany sırğa 585 (türk qızılı) 6 qram-930 manat, 1 ədəd nişan üzüyü 750 (ağ, italiyan qızılı) 5 qram-975 manat, toy komplekti dəst (ağ, italyan qızılı) 25 qram-5375 manat, Tiffany sırğa və qolbaq dəsti 585 (türk qızılı) 21,52 qram-3336 manat, 1 ədəd Tiffany üzük 750 (italiyan qızılı) 5,45 qram-1063 manat, 1 ədəd Burma üzük 585 (türk qızılı) 5 qram-775 manat, 1 ədəd Graziella üzük 750 (italiyan qızılı) 4 qram-780 manat, 1 ədəd Graziella klon 750 (italiyan qızılı) 5 qram-975 manat, 1 ədəd Graziella qolbaq 750 (italiyan qızılı) 10 qram-1950 manat, 1 ədəd toxunma sep 750 (italiyan qızılı) 7 qram-1365 manat, 1 ədəd Dollar klon 585 (türk qızılı) 5 qram-775 manat, 1 ədəd Raika sırğa 750 (italiyan qızılı) 12,69 qram-2475 manat və 1 ədəd Bottega sırğa 585 (türk qızılı) 8 qram- 1240 manat adlı qızıl zinət əşyaları, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X17 küçəsi, ev 30 ünvanında yerləşən 1 ədəd “Samsung UE” markalı UHD TV-2200 manat, 1 ədəd “LG GN-C680HLCL” markalı soyuducu-2100 manat, Mebel dəsti-12000 manat, 1 ədəd “Samsung VC15K4170” markalı tozsoran-500 Manat, 1 ədəd “Kenwood MG510” markalı ətçəkən maşını-350 manat, 2 ədəd Akril “Merinos” xalı-900 Manat, 1 ədəd (2x3) xalı-150 manat, 12 ədəd çəngəl, qaşıq, bıçaq dəsti-450 Manat, bıçaq seti-50 manat, Keramika baharatlıq 7-li 70 manat, 12 nəfərlik yemək dəsti (servis)-1200 manat, 6 nəfərlik gündəlik istifadə üçün yemək dəsti-400 manat, 2 ədəd Antik Xrustal konfet qabları-50 manat, 2 ədəd Xrustal mürəbbə qabları-30 manat, 2 ədəd Antik Xrustal gəmi meyvə qabı-100 manat, Zər işləməli Xrustal çərəz qabı, zər işləməli xrustal güldan, zər işləməli külqabı - 400 manat (ümumi), 2 ədəd Türkiyə istehsalı Granite qazan seti-800 manat, 5-li Emal qazan dəsti-100 manat, 1 ədəd Antik meduza meyvə qabı-500 manat, 2 ədəd Antik meduza şam qabı-280 manat, 36 ədəd Su bakal-220 manat, Yataq otağı pərdəsi -480 manat, Qonaq otağı çilçırağı -850 manat, Yataq otağı çilçırağı-350 manat, “X16 Pro” ütü-350 Manat, Elektrikli Somavar-200 manat, Stol süfrələri-500 manat, Yun odeyallar-250 manat, Yorğan-döşək dəstləri-2500 manat, Sintifon yorğan-150 manat, 2 ədəd yay yorğanı-50 manat, 2 ədəd Taxt üçün pokraval-800 manat, Uşaq kravatı-1500 manat, “Kidilo” uşaq kolyeskası-300 manat adlı əşyalar, bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilsin. Məhkəmə xərclərinə aid olan, iddia üzrə ödənilməli olan 148,83 manat dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar