Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2161/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh illər əvvəl onun qonşusu olmuşdur. Onda olan məlumata görə, o, əslən Gəncə şəhərindən olmuş, lakin bir müddət onun qonşuluğunda kirayə yaşamışdır. Onlar yalnız qonşu kimi ünsiyyətdə olmuşlar. O, cavabdehi tanıyanda artıq onun körpə bir uşağı var idi. 2010-cu ildə küçədə rastlaşıb söhbət etdiyi zaman Cavabdeh ona bildirdi ki, onun ailəsində ciddi problemləri vardır və o, uşağına tək baxır. Əri ondan və uşağından imtina etmişdir və uşağa doğum haqqında şəhadətnamə alınması üçün onunla qeydiyyat şöbəsinə gəlmir. Daha sonra o, uşaq üçün rəsmi sənəd almağın vacib olduğunu, bu səbəbdən də ondan köməklik etməyini istədi. Belə ki, o, formal olaraq uşağa atalıq verməli idi. O, qadının kimsəsiz olduğunu görüb onun halına acımışdı. Bu səbəbdən də belə bir şeyə razılıq verib. Daha sonra bəlli olub ki, cavabdeh Səbail Rayon Məhkəməsinə “aliment tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə 24 noyabr 2009-cu il təvəllüdlü X1 üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, uşağın bioloji atası deyildir. Onun cavabdehlə nə rəsmi, nə də vətəndaş nikahı olmamışdır. Onlar aralarındakı tək münasibət yolda rastlaşarkən salamlaşmaq və hal-əhval tutmaqdan ibarət olmuşdur. Bir müddət sonra cavabdeh onun qonşuluğunda yaşadığı yerdən köçmüşdür. O, heç zaman uşağın saxlanılmasında heç bir şəkildə iştirak etməmişdir. Həmin uşaq özü də illərlə onun kim olmağından xəbərsiz olub. Onun 24 noyabr 2009-cu il təvəllüdlü X3 ilə heç bir mənəvi bağlılığı yoxdur və uşaq onu özünə ata olaraq görmür. Göründüyü kimi, o 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası deyildir. Onun 02.09.2010-cu il tarixli 1068 saylı akt qeydinə əsasən həmin uşağın atası kimi qeyd edilməsinin yeganə səbəbi o idi ki, onun cavabdehə yazığı gəlmiş və körpə bir uşağın rəsmi sənədsiz qalmağını istəməmişdir. Onun rəsmi sənədlərdə uşağın atası kimi qeyd edilməsinə razılıq versə də, onu heç bir zaman övladı olaraq görməmişdir. O, cavabdehin uşağını övladlığa götürməmişdir və heç bir zaman onunla maraqlanmamışdır. Buna baxmayaraq, bioloji və mənəvi olaraq onunla heç bir bağılılığı olmayan uşağa görə ondan məhkəmə qaydasında alimentin tutulması onun hüquqlarını ciddi şəkildə pozur. Cavabdehin aliment tələbi irəli sürməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-1 712/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsi ilə əsassız olaraq onun üzərinə əlavə öhdəlik qoyulur. Cavabdeh uzun müddət onunla ünsiyyətdə olmamışdır. Bu səbəbdən də düşünürdü ki, gələcəkdə ona qarşı hər hansı tələb irəli sürmə ehtimalı yoxdur. Lakin, qeyd edilən hallar onu göstərir ki, cavabdeh gələcəkdə ona qarşı əsassız iddialar irəli sürə bilər. Cavabdehin yaranmış vəziyyətdən sui-istifadə etməsinin qarşısının alınması üçün iddia tələbi təmin olunmalıdır. Cavabdehin övladı olan X3 24 noyabr 2009-cu il tarixində dünyaya gəlmişdir. AZ İİ № 512427 seriyalı 02.09.2010cu il tarixli doğum haqqında şəhadətnamədən də göründüyü kimi, həmin şəxsin doğumu haqqında akt qeydi 02.09.2010-cu il tarixində qeydə alınmışdır, uşaq uzun bir müddət - 10 ay ərzində rəsmi sənədsiz qalmışdır. Bu fakt onun yuxarıda vurğuladığı məsələləri təsdiq edir. Qeyd olunanlara əsasən İddiaçı 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, bildirdi ki, İddiaçı 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası deyildir. Uşağı xaricə aparmaq istəyən zaman doğum haqqında şəhadətnaməsində atası İddiaçı qeyd olunduğundan onun etibarnaməsi tələb olunmuşdur və Cavabdeh ondan etibarnamə verilməsini tələb etdikdə iddiaçı buna əhəmiyyət verməyib. Bu səbəbdən ona əsəbləşib Səbail rayon Məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul edir, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddianı etiraf etməsini qəbul edib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iddiaçının qonşusu olmuşdur. İddiaçı cavabdehi tanıyanda artıq onun körpə bir uşağı var idi. Cavabdeh uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir və iddiaçı ona uşağın sənədinin rəsmiləşdirilməsinə köməklik etmişdir. İddiaçı 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası deyildir. İddiaçı 24 noyabr 2009-cu il təvəllüdlü X3 ilə heç bir mənəvi bağlılığı yoxdur. Onun rəsmi sənədlərdə uşağın atası kimi qeyd edilməsinə razılıq versə də, onu heç bir zaman övladı olaraq görməmiş, uşağını övladlığa götürməmiş və heç bir zaman onunla maraqlanmamışdır. Cavabdeh də bu faktı izahatında etiraf edərək, bildirmişdir ki İddiaçı 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Cavabdeh öz iradəsi ilə məhkəmə iclasında iştirak etmiş və heç bir təzyiq olmadan sərbəst izahatında İddiaçı, qızı 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası olmadığını etiraf etmişdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı halda cavabdehin məhkəmədə verdiyi izahatı və yazılı ərizəsi ilə müəyyən edilir ki, iddiaçının 24 noyabr 2009-cu il təvəllüdlü X2 atası olmaması barədə iddia tələbini etiraf edir, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası olmaması müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu, 191-ci, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 24 noyabr 2009-cu il təvəllüdlü X2 bioloji atası olmaması müəyyən edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2161/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2161/2021
14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver