Məhkəmə qərarları › İş №2(007)-2172/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2172/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2172/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən aşağıda sadaladığı əşyaların ona qaytarılması, əşyalar olmadıqda isə onların dəyəri 6757 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat məbləğində xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cehizlərin siyahısı Mebellər:

1. Yataq Dəsti (2 tumba, 1 dolab, 1 termo) – 850 manat

2. Qonaq otağı dəsti (2 güzgülü kamot, 8 oturacaq stulu, 1 qabaq stolu) – 400 manat

3. Mətbəx mebeli – 500 manat

4. Ütü stolu – 40 manat Elektrik avadanlıqları:

1. Soyuducu – 800 manat

2. Televizor (samsung) tv aparatı 2 ədəd – 200 manat

3. Ütü – 30 manat

4. Qaz sobası 35 manat

5. Hava təmizləyici raspirator 1 ədəd – 25 manat

6. Blinçik aparatı 1 ədəd – 20 manat

7. Ləpə çəkən 1 ədəd- 10 manat

8. Elektrik sobası 1 ədəd – 40 manat

9. Mikravalovka 1 ədəd – 40 manat

10. Paltaryuyan maşın 1 ədəd – 200 manat

11. Elektrik samovar 1 ədəd – 50 manat

12. Toster 1 ədəd – 25 manat

13. Sokçəkən 1 ədəd – 30 manat

14. Ətçəkən 2 ədəd (Beko, Tefal) – 30+20 manat

15. Mikser 1 ədəd – 30 manat

16. Ev velosipedi 1 ədəd - 40 manat

17. Hava feni 1 ədəd – 10 manat

18. Ev telefonu 1 ədəd (samsung) – 30 manat

19. Blendr 2 ədəd (təzə) – 50 manat

20. Kofe üyüdən 1 ədəd – 10 manat

21. Tozsoran 1 ədəd – 50 manat

22. Lüstra 1 ədəd – 50 manat

23. Təyziq aparatı 1 ədəd – 5 manat

24. Xalçalar 7 ədəd böyük, 3 ədəd balaca – 100 manat

25. Pitiminutka 1 ədəd – 80 manat Zala aid olan qabqacaqlar:

1. Abedni servis 24 parma + çay dəsti – 50 manat

2. Bagema dəsti 6 ədəd – 20 manat

3. Güldan qızılı rəngdə + boşqabı 1 ədəd – 30 manat

4. Güldan 2 ədəd (balaca) – 3 manat

5. Böyük meyvə qabları 2 ədəd – 20 manat

6. Məclis üçün xrustal stəkan nəlbəki dəsti 24 ədəd – 10 manat

7. Bıçaq 12 ədəd – 10 manat

8. Qaşıq dəsti 24 – 10 manat

9. Aş qaşığı 2 ədəd 5 manat

10. Çəngəl 24 ədəd – 10 manat

11. Tort götürən qaşıq 1 ədəd – 3 manat

12. Xrustal fujer 12 ədəd – 10 manat

13. Mürəbbə qabları 6 ədəd – 20 manat

14. Lodka konfet qabı 2 ədəd – 10 manat

15. Tarelkalar 12 ədəd – 10 manat

16. Buludlar 6 ədəd – 15 manat

17. Mürəbbə rozetkaları 12 ədəd 5 manat

18. Limon qabları 12 ədəd – 5 manat

19. Böyük külqabı 1 ədəd – 5 manat

20. Tort qabı dəsti – 5 manat Qazan dəstləri:

1. Qranit qazan dəsti 8 parça – 40 manat

2. Nikelivi qazan dəsti 6 ədəd – 30 manat

3. Çuğun dəsti 4 ədəd – 10 manat

4. Tək aş qazanı 1 ədəd böyük – 10 manat

5. Tefal qazan dəsdi güllü 6 ədəd – 10 manat Qabqacaqlar:

1. Böyük ləyən çuğun 1 ədəd – 15 manat

2. Böyük aliminum ləyən 1 ədəd – 10 manat

3. Böyük aşsüzən 1 ədəd – 10 manat

4. Balaca aşsüzən çuğun 1 ədəd – 5 manat

5. Balaca süzgəc 1 ədəd – 2 manat

6. Plastik qablar 1 neçə ədəd – 10 manat

7. Çörək qabı 2 ədəd – 5 manat

8. Orqanizr qablar 5 ədəd – 3 manat

9. Böyük bıçaq dəstləri 6 ədəd – 15 manat

10. Keks qabları 3 ədəd – 5 manat

11. Mətbəx üçün stol üstü qızılı qapaqlı ədva qabı dəsdi – 15 manat

12. Mətbəx üçün maye qabı – 5 manat

13. Mətbəxdə işlədilən ümumi qablar (salat qabları, boşqablar, sok stəkanları, tarelkalar, qaşıqlar, çəngəllər) – 30 manat

14. Zaldakı saat 1 ədəd – 10 manat

15. Mətbəxdəki saat 1 ədəd – 5 manat

16. Naçniklər 2 ədəd – 10 manat

17. İynə sap qabı 1 ədəd – 1 manat

18. Portret 2 ədəd – 5 manat

19. Şəkil albomları + toy kasetləri

20. Sac – 10 manat Yorğan döşəklər:

1. Yorğan tək nəfərlik 2 ədəd – 15 manat

2. Yorğan cüt nəfərlik 2 ədəd (1-i sintifon) – 20 manat

3. Tək nəfərlik yun döşək 4 ədəd – 30 manat

4. Yastıqlar 8 ədəd – 20 manat

5. Cüt nəfərlik qalın yun ədyal 1 ədəd – 20 manat

6. Nazik ədyal 6 ədəd – 20 manat

7. Can dəsmalı 12 ədəd – 40 manat

8. Əl-üz dəsmalı 12 ədəd – 20 manat

9. Pastel dəsti 7 ədəd – 40 manat

10. Süfrələr 6 ədəd – 20 manat

11. Çay dəsmalı 7 ədəd – 10 manat

12. Pərdə 1 ədəd (yataq otağı)

13. Dibçək gülləri 6 ədəd

14. Yataq dəsti – 1250 manat

15. Soyuducu – 950 manat

CƏMİ - 6757 manat

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra ünvan 1 gəlin köçmüşdür və özünə məxsus cehiz əşyalarını oarada yerləşdirmişdir. 2023cü ilin iyul ayınadək birgə ünvan 1 ünvanında yaşamışdır. Hazırda, o həmin evdə yaşamır, ona məxsus olan cehiz əşyaları birgə yaşadıqları evdə qalmışdır. Cavabdehdən dəfələrlə ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdeh məhkəmə qərarı olmadan əşyalarını qaytarmayacağını bildirmişdir. Ona məxsus əşyalar isə iddia ərizəsinin xahiş edirəm hissəsində göstərmiş olduğu əşyalardan, eyni zamanda sonradan atası tərəfindən ona hədiyyə edilən növbəti yataq dəsti və soyuducadan ibarətdir.

İş materialları :

3. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/8-2024-00746 saylı, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir.

4. İş materiallarına ”Kapital Bank” ASC tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2022 və xx.xx.2021-xx.xx.2024-cü dövrü əhatə edən İddiaçı məxsus 416974******9044 saylı kart hesabına dair çıxarışlar əlavə edilmişdir.

5. xx.xx.2022-ci il tarixli, 445-EUR-1261-22 saylı müqavilə və müqaviləyə 1 saylı Əlavə olan Ödəniş cədvəlindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 240 manat məbləğində istehlak krediti verilmişdir.

6. İş materialların 14 ədəd fotoşəkil əlavə edilmişdir.

7. İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, iddiaçı mənzildə ona məxsus olan əşyaları götürdüyünü bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ya geri qaytarılması xahiş edilmişdir. Tərəflərin izahatları :

8. İddiaçı və Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

9. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında ona məxsus olan əşyaları götürdüyünü bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ya geri qaytarılmasını xahiş etmişdir.

10. Cavabdehin vəkili məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında mübahisəinin məhkəmədən kənar həll edildiyini bildirmişdir.

11. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

15. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında ona məxsus olan əşyaları götürdüyünü bildirərək, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını və ya geri qaytarılmasını xahiş etmişdir.

16. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

17. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

18. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar