Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2188/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 29 may 2018-ci il tarixdə ********* saylı “Payçı Müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh ünvan 1, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 146009 (yüz qırx altı min doqquz) manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 210 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 29-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 10330 (on min üç yüz otuz) manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 146009 manat kredit götürmüşdür. Tərəflər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və QSC qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı QSC-dən aldığı mənzili geri qaytarır, QSC isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında QSC-yə ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 və 8.11-ci bəndlərinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9-cu maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK (hazırda QSC) və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, mənzil 9, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeydşərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK (hazırda QSC) zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2 mənzil 9, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK (hazırda QSC) Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X3 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2 mənzil 9, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda QSC maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanmış ********* saylı 29 may 2018-ci il tarixli “Payçı Müqaviləsinin” ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, 9 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTKya (hazırda QSC) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianı qəbul edərək izahatında bildirdi ki, cavabdeh mənzilin aylıq kredit ödənişindən qərəzli yayınmamışdır, müəyyən zaman kəsiyində maddi vəziyyəti həddindən artıq ağırlaşmış bu səbəbdən ödəniş edə bilməmişdir. Hazırda maddi imkanında bir qədər irəliləyiş olmuş, ödənişləri bərpa etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, ümumilikdə isə son iki ay ərzində 15 dəfə ödəniş etməklə 10500 manat pul vəsaiti ödəmişdir. Cavabdeh iddia ərizəsində borc kimi göstərilən 10330 manatdan artıq ödəniş etmişdir. Əgər yenə də hər hansı bir əlavə borcu qalıbsa, həmin borcu da bir ay müddətində ödəməyə söz verir. Bundan sonra da ödənişləri tam və vaxtında, artıqlaması ilə icra edəcəkdir. Odur ki, iddiaçı tərəflə işi barışıq sazişi ilə yekunlaşdırmağa kömək göstərilməsini, əgər bu mümkün olmasa, cavabdehin hərəkətlərində ödənişdən qərəzli yayınma halları olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixdə ********* saylı payçı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, blok 1, 3-cü mərtəbə, mənzil 9, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzilin 1 kv.m 1670 manat olmaqla, ümumi dəyəri 171509 manata Cavabdeh satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018- AF-QQ nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh İddiaçı MTK ilə imzalanmış 29 may 2018-ci il tarixli ********* saylı payçı müqaviləsinin predmeti olan mənzilin alınması üçün 146009 (yüz qırx altı min doqquz) manat məbləğində 210 ay müddətinə kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018- AF-QQ nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 29-dan gec olmayaraq 210 ay müddətinə 1294 manat (sonuncu ay 1279.57 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018- AF-QQ nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MTK Cavabdeh kredit müqaviləsinin təminatı olaraq zamin durmuşdur. "xxxx" ASC ilə Məmmədli Tapdıq Hümmət oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli zaminlik müqaviləsindən görünür ki, Məmmədli Tapdıq Hümmət oğlu kredit müqaviləsinin təminatı olaraq zamin durmuşdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli Təminatlı Kredit müqaviləsinə (bundan sonra "Kredii müqaviləsi) əsasən Bank Cavabdeh 146009 (yüz qırx altı min doqquz) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 210 ay ərzində bərabər hissələrlə, kredit üzrə faizləri hər ayın 29-u tarixindən gec olmayaraq ödəməli idi. Borclu Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 10330 (on min üç yüz otuz) manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit Müqaviləsinin 13.2-ci bəndinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit Müqaviləsinin 13.9-cu bəndinə əsasən Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ №-li "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin (bundan sonra “Alqı-satqı müqaviləsi”) predmeti olan Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, 9 №-li mənzilin boşaldılmasını tələb edir, Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Yuxarıda göstərilənlərə əsasən 5 (beş) iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə borcu 10330 (on min üç yüz otuz) manat məbləğində borcu ödənilməsə, ABB borcu tələb etməklə xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsinə Cavabdeh zamini “XƏZƏR İNŞAAT XXİ ƏSR" MTK-ya müraciət edəcək, o, isə öz növbəsində Alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, 9 №-li mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. “Nizami-4” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 267/22 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən ünvan 1 ünvanında yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MTK ilə Cavabdeh arasında 29 may 2018-ci il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında imzalanmış 29 may 2018-ci il tarixdə ********* nömrəli müqavilənin predmeti olan Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, sahəsi 102,7 kv.m olan, 3 otaqlı 9 №-li mənzilin alınması məqsədi ilə Cavabdeh 210 ay müddətinə 146009 manat məbləğində kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Mənzil Tikinti Kooperativi (zamin) və Məmmədli Tapdıq Hümmət oğlu (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı Mənzil Tikinti Koorperativi və Məmmədli Tapdıq Hümmət oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli təminatlı kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdələrinə götürmüşlər. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 146009 manatı 210 ay müddətinə ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda da iddiaçı kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə payçı müqaviləsinin ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.4-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixdə ********* nömrəli payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən “Payçı” müqavilənin qiymətinin qalan 146009 manata bərabər tutulan məbləğini “Payçı”, “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 29 may 2018-ci il tarixdə ********* nömrəli payçı müqaviləsinin: 4.2.7-ci maddəsinə əsasən “Payçı” tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK" birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir. 8.1-ci bəninə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. 8.12-ci bəndinə əsasən “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018- AF-QQ nömrəli təminatlı kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borc alan tərəfindən 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan xx.xx.2018-ci il tarixli, ********* №-li İddiaçı Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, sahəsi 102,7 kv.m olan 3 otaqlı, 9 №-li mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.9-cu bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3- cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2018-ci il tarixli, ********* №-li İddiaçı Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 2, sahəsi 102,7 kv.m olan, 3 otaqlı, 9 №-li mənzilin boşaldılmasını tələb edir, borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Beləliklə, məhkəmə mülki işin materiallarını araşdırıb, tərəflərin izahatlarına və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən iddia tələbi təmin edilməli, İddiaçı Mənzil Tikinti Kooperativi (hazırda Qapalı Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 29 may 2018-ci il tarixli Payçı müqaviləsi ləğv edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi, 24/34, bina 2, 9 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Kooperativinə (hazırda Qapalı Səhmdar Cəmiyyətinə) qaytarılmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mənzil Tikinti Kooperativi (hazırda Qapalı Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 29 may 2018-ci il tarixli Payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi, 24/34, bina 2, 9 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Kooperativinə (hazırda Qapalı Səhmdar Cəmiyyətinə) qaytarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2188/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2188/2022
21.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver