Məhkəmə qərarları › İş №2(007)-2199/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2199/2023

24.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2199/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Cabbar oğluna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Cabbar oğluna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh Cabbar oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə qaytarılması, Cavabdeh Cabbar oğlundan 20 may 2022-ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyun 2023-cü il tarixə 782.69 manat əsas, həmin günə hesablanmış 7.04 manat dəbbə pulu, cəmi 789.73 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MMC ilə Cavabdeh Cabbar oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə qaytarılması, Cavabdeh Cabbar oğlundan 20 may 2022-ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 oktyabr 2023-cü il tarixə 1897.80 manat əsas, 458.68 manat mükafat və həmin günə hesablanmış 646.35 manat dəbbə pulu, cəmi 3002.83 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 20 may 2022-ci il tarixli MAS-5255 saylı '‘Daxili lizinq" müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 38 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 393.45 manat, ümumilikdə isə 17151 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17151 manatın 13700 manatı əsas məbləğ təşkil edir. 10 oktyabr 2022-ci il tarixdə X4, X6 və İddiaçı MMC arasında MAS- 5255 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 may 2022-ci il tarixli “Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri F.Qurbanov öz üzərinə götürmüşdür. 27 dekabr 2022-ci il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-4376 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 may 2022-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-4376 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 12 iyun 2023-cü il tarixə ümumilikdə 789.73 manat borcu varanmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin və “Ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmin müqavilənin 6.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 7.1.1-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 15-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı MMC-nin nümayəndəsi X5 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Cabbar oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180272 ban nömrəli avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında müqavilə ilə əldə edir. Lizinq obyekti və satıcı lizinq alan tərəfindən seçilib. Lizinq verən lizinq obyektinin satıcısına onun lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. - xx.xx.2022-ci il tarixli MAS-5255 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili Lizinq” müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşma müqaviləsinə əsasən lizinqə verilmiş lizinq obyektinin siyahısı təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 13700 manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: minik markası “Khazar Peugeot” dövlət qeydiyyat nişanı ** PN ***, ban nömrəsi NVAAD1HFEKH180272, rəngi qara. - X1 Firuz Ramiz oğlu və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, X6 xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - X2 Rauf Cabbar oğlu və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh Cabbar oğlu xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili Cavabdeh Cabbar oğlu təhvil almışdır. - 20 may 2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq müqaviləsi”nin 3 saylı Əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh Cabbar oğlu 38 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 13700 manat krediti hər ayın 20-dən gec olmayaraq 393.45 manat, sonuncu ay 393.64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh Cabbar oğlu xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1286.78 manat gecikmə borcunun olması barədə xəbərdar edilmiş, gecikmə borcunun ödənilməsi xahiş edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytrılmasının məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Cabbar oğlunun xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq” müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1897.80 manat gecikdirilmiş əsas, 458.68 manat gecikdirilmiş mükafat, 646.35 manat dəbbə pulu, ümumilikdə 3002.83 manat borcu vardır. - BB seriyalı 245861 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180272 ban nömrəli, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 100.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180272 ban nömrəli avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında müqavilə ilə əldə edir. Lizinq obyekti və satıcı lizinq alan tərəfindən seçilib. Lizinq verən lizinq obyektinin satıcısına onun lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. X1 Firuz Ramiz oğlu və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, X6 xx.xx.2022-ci il tarixli MAS-5255 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh Cabbar oğlu ödəniş cədvəlinə əsasən 38 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 13700 manat krediti hər ayın 20-dən gec olmayaraq 393.45 manat, sonuncu ay 393.64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əmlakı cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və müqavilədə nəzərdə tutulan məbləği ödəməmişdir. Belə ki, cavabdehin 1897.80 manat əsas, 458.68 manat mükafat və həmin günə hesablanmış 646.35 manat dəbbə pulu, cəmi 3002.83 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli MAS-5255 saylı lizinq müqaviləsinin 9-cu bəndinə əsasən verən lizinq alanı 15 (on beş) gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər: lizinq alan lizinq obyektindən bu Müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə və həmçinin lizinq alanın sürücülük hüququndan məhrum edildikdə; lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə; lizinq alan lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə; lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq də və ya 15 (on beş) təqvim gündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə; lizinq obyekti bu müqaviləyə uyğun olaraq sığortalanmadıqda; lizinq alanın fəaliyyəti dayandırıldıqda və ya xitam olunduqda, həmçinin lizinq alanın müəssisəsi müflisləşdikdə, ləğv edildikdə. Göründüyü kimi müqavilənin şərtlərinə əsasən iddia tələbi İddiaçı MMC ilə Cavabdeh Cabbar oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsi ləğv edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “lizinq obyekti olan 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixli MAS-5255 saylı lizinq müqaviləsinin 10-cu bəndinə əsasən lizinq alan bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublukasının qanunvericiliyini lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mühahisəsiz qaydada qaytarılmalıdır. Cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərə əməl etməli, lizinq obyektini lizinq verənə qaytarmalıdır. İddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Daxili lizinq” müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, müqavilə üzrə 646.35 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 646.35 manat məbləğində dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100.40 manat məbləğində dövlət rüsumunun 82.13 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 18.27 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh Cabbar oğlu arasında bağlanmış 20 may 2022ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Lizinq obyekti olan 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh Cabbar oğlundan 20 may 2022ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 1897.80 manat əsas borc, 458.68 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu, ümumilikdə 2456.48 manat borc və ödənilmiş dövlət rüsumunun 82.13 manat hissəsi tutularaq “Azərmaş" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 18.27 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh Cabbar oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, qara rəngli, “Khazar Peugeot” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh Cabbar oğlundan 20 may 2022-ci il tarixli MAS-5255 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 1897.80 manat əsas borc, 458.68 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu, ümumilikdə 2456.48 manat borc və ödənilmiş dövlət rüsumunun 82.13 manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 18.27 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar