Məhkəmə qərarları › İş №2(007)-2266/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2266/2025

21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2266/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “cehiz əşyaların çıxarılması”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdeh Nərmin Sübhan qızına qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X1 məxsus olan 1 ədəd paltar dolabı, 1 ədəd 2 nəfərlik yataq, 1 ədəd güzgülü termo, 2 ədəd tumba, 2 ədəd xalça, 1 ədəd tozsoran, 1 ədəd ütü, 2 ədəd yorğan, 2 ədəd yataq döşəyi, 2 ədəd yastıq, 2 ədəd yataq üzlüyü, 1 ədəd 4 nəfərlik şüşəli masa, 4 ədəd stul, 1 ədəd mətbəx mebeli, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd soba, 1 ədəd ət çəkən maşın, 50 ədəd boşqab, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 12 ədəd bıçaq, 3 ədəd qazan, 3 ədəd tava, 3 ədəd Qurani-Kərim kitabı (1 ədəd böyük, iki ədəd balaca), 1 ədəd qızıl qadın boyunbağı 585 əyar, 2 ədəd qızıl kulon 585 əyar, 1 dəst qızıl sırğa 583 əyar, 1 ədəd qızıl saat 585 əyar, 6 ədəd süfrə, şəxsi əşyalar-üst geyim, 1 ədəd elektrik soba, 1 ədəd elektrik çaydan, 1 ədəd çıl-çıraq cehiz əşyalarının onun istifadəsində olan ünvan 2erləşən mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə cavabdeh Nərmin Əzizova ilə rəsmi nikaha daxil olmuş və nikahdan sonra o, onun mərhum babasına məxsus və faktiki olaraq onun istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, ev 20/2 yerləşən mənzilə köçmüşdür. Sonradan birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü Əzizova Nuray ceyhun qızı anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarına 2019-cu il tarixdə xitam verilmişdir. Nikaha xitam verildikdən sonra N.Əzizova anasına məxsus olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilə köçməsinə baxmayaraq onun cehiz əşyaları 5 ilə yaxın müddətdir ki, onun istifadəsində olan mənzildə qalmış və onun mənzildən istifadə hüququnu məhdudlaşdırmaqdadır.

İş materialları :

3. AZ-İ seriyalı, 494581 nömrəli “nikahın pozulması” haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 219 nömrə ilə qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, ev 20/2 ünvanında qeydiyyatdadır.

5. ünvan 2erləşən mənzilə dair 1992-ci il tarixli texniki pasportun surətindən görünür ki, yaşayış sahəsi X2 məxsusdur.

6. Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB\20\2024-00303 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Nərmin Sübhan qızı iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt kargüzarlıq xərci ödənilmişdir.

7. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında veriyi izahatında bildirmişdir ki, o, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul edərək, hazırda həmin mənzildə yaşamadığını, ailəsi ilə birlikdə yaşadığını, iddia ərizəsində qeyd edilən cehizlərin ona məxsus olduğunu, qısa müddət ərzində həmin cehizləri iddiaçının istifadəsində olan mənzildən çıxardacağını bildirmişdir.

İşin faktiki halı :

11. İddiaçı ilə cavabdeh Nərmin Sübhan qızı rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 2 övladları var. Tərəflər arasında bağlanılmış nikaha xx.xx.2019-cu il tarixində xitam verilmişdir.

12. Tərəflər nikaha daxil olduqdan sonra ünvan 2aşamağa başlamış və cavabdeh cehiz əşyalarını həmin ünvana gətirmiş, tərəflər arasında bağlanılmış nikah pozulduqdan sonra cavabdeh ona məxsus əşyaları götürməmişdir.

Məhkəmə baxışının hədləri:

135. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Məhkəmənin mövqeyi :

179. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

20. İddiaçı cavabdeh X1 qarşı “cehiz əşyaların çıxarılması” tələbini cavabdehə məxsus olan cehiz əşyaların ona məxsus olan mənzildə qalmasının mənzildən istifadə hüququnu məhdudlaşdırması ilə əsaslandırmışdır.

21. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı və cavabdeh rəsmi nikah münasibətlərinə daxil olduqları vaxtdan aralarında bağlanılan nikah pozulana qədər, yəni 2019-cu ilə qədər ünvan 2aşamışlar. Cavabdeh özünə məxsus olan cehiz əşyaları da həmin mənzilə gətirmişdir.

22. Tərəflər arasında bağlanılmış nikah pozulduqdan sonra cavabdeh Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, ev 20/2 ünvanını tərk etmiş və ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Buna baxmayaraq, həmin vaxtdan etibarən cavabdehə məxsus olan cehiz və şəxsi istifadəsində olan əşyalar iddiaçının istifadəsində olan mənzildə qalmaqda davam edir.

23. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

24. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

25. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələbidir.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Hazırki mülki iş üzrə cavabdeh iddia ərizəsində qeyd edilən əşyaların ona məxsus olduğunu, qısa müddət ərzində həmin əşyaları iddiaçıya məxsus olan mənzildən çıxaracağını və iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

28. Cavabdeh Nərmin Sübhan qızı ilə İddiaçı arasında ailə münasibətlərinə son qoyulduğundan, altı ildən artıq müddət ərzində cavabdehin həmin mənzildə yaşamadığı təqdirdə ona məxsus olan əşyaların iddiaçının istifadəsində olan mənzildə qalması iddiaçının mənzilə olan istifadə hüquqlarını pozduğundan iddiaçı ünvan 2erləşən cavabdehə aid cehiz əşyalarının cavabdeh tərəfindən götürülməsini tələb etməkdə haqlı olmuşdur.

Nəticə :

29. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, güzgülü termo, 2 ədəd tumba, 2 ədəd xalça, 1 ədəd tozsoran, 1 ədəd ütü, 2 ədəd yorğan, 2 ədəd yataq döşəyi, 2 ədəd yastıq, 2 ədəd yataq üzlüyü, 1 ədəd 4 nəfərlik şüşəli masa, 4 ədəd stul, 1 ədəd mətbəx mebeli, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd soba, 1 ədəd ət çəkən maşın, 50 ədəd boşqab, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 12 ədəd bıçaq, 3 ədəd qazan, 3 ədəd tava, 3 ədəd Qurani-Kərim kitabı (1 ədəd böyük, iki ədəd balaca), 1 ədəd qızıl qadın boyunbağı 585 əyar, 2 ədəd qızıl kulon 585 əyar, 1 dəst qızıl sırğa 583 əyar, 1 ədəd qızıl saat 585 əyar, 6 ədəd süfrə, şəxsi əşyalar-üst geyim, 1 ədəd elektrik soba, 1 ədəd elektrik çaydan, 1 ədəd çıl-çıraq cehiz əşyaları İddiaçı istifadəsində olan ünvan 2erləşən mənzildən çıxarılmalıdır.

30. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Nərmin Sühban qızına məxsus 1 ədəd paltar dolabı, 1 ədəd 2 nəfərlik yataq, 1 ədəd güzgülü termo, 2 ədəd tumba, 2 ədəd xalça, 1 ədəd tozsoran, 1 ədəd ütü, 2 ədəd yorğan, 2 ədəd yataq döşəyi, 2 ədəd yastıq, 2 ədəd yataq üzlüyü, 1 ədəd 4 nəfərlik şüşəli masa, 4 ədəd stul, 1 ədəd mətbəx mebeli, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd soba, 1 ədəd ət çəkən maşın, 50 ədəd boşqab, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 12 ədəd bıçaq, 3 ədəd qazan, 3 ədəd tava, 3 ədəd Qurani-Kərim kitabı (1 ədəd böyük, iki ədəd balaca), 1 ədəd qızıl qadın boyunbağı 585 əyar, 2 ədəd qızıl kulon 585 əyar, 1 dəst qızıl sırğa 583 əyar, 1 ədəd qızıl saat 585 əyar, 6 ədəd süfrə, şəxsi əşyalar-üst geyim, 1 ədəd elektrik soba, 1 ədəd elektrik çaydan, 1 ədəd çıl-çıraq cehiz əşyaları İddiaçı istifadəsində olan ünvan 2erləşən mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar