Məhkəmə qərarları › İş №2(007)-2270/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2270/2025

27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2270/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (atalığı mübahisələndirilməsi; faktiki nikah münasibətləri; doğum; şəhadətnamə və s.) X13 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2024-cü il təvəllüdlü Elisa Amin qızı və xx.xx.2024-cü il təvəllüdlü X2 bioloji atası olmaması, doğum haqqında akt qeydinə dəyişiklik edilərək ata qrafasında adının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 26 iyun 2023-cü il tarixdə adətə uyğun toy edərək ailə qurmuşlar. 11 iyul 2023-cü il tarixdə Bakı 4 saylı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. 25 iyul 2023-cü il tarixdə münasibətləri alınmadığı səbəbindən faktiki ayrılaraq Cavabdeh Bakı şəhərinə valideyinlərinin evinə qayıtmışdır. Həmin dövrdən sonra iddiaçı və cavabdeh arasında heç bir əlaqə olmamışdır. 28 avqust 2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-də keysəriyyə əməliyyatı ilə Elisa və Elfaq adlı əkiz uşaq doğmuşdur. Hər iki uşağın ata qrafasında iddiaçının adı qeyd edilmişdir. İddiaçı mediasiyaya nikahın pozulması və atalığıqdan imtina barədə müraciət etmişdir. Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. "xxxx" MMC-yǝ sorğu verilmiş və sorğuya cavab verilərǝk cavabdehin doğuşu haqqında məlumatları təqdim etmişdilər. Təqdim edilən sənədlərə əsasən cavabdehin hamiləliyi 2023-cü ilin dekabr ayının sonunda başlamışdır. Yəni iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulandan 5 ay sonra. İddiaçı hesab edir ki, cavabdehin doğduğu uşaqlar ondan deyil. İddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmalı, X1 Elfaq Amin oğlunun doğum haqqında şəhadətnamələrində ata qrafasında iddiaçının adı çıxarılmalı və həmin uşaqlar üzərində iddiaçının onların atası olmaması səbəbindən atalıqdan imtina edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları: MŞB/13/2024-01633 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. 4 saylı Bakı “ASAN xidmət” X3, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh xx.xx.2024-cü il tarixdə əkiz uşaqlarının doğumu “X9” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tibbi şəhadətnamələrin əsasında xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən X4 barəsində 3300 saylı və X6 barəsində 3299 saylı doğum haqqında akt qeydləri tərtib olunmuşdur. Həmin akt qeydləri əsasında xx.xx.2024-cü il tarixdə Elfaq Novruzəliyevə AZ-V044408, Elisa Novruzəliyevaya AZ-V044406 seriya nömrəli doğum haqqında şəhadətnamələri tərtib edilərək Cavabdeh təqdim edilmişdir. “Mygov” tətbiqindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixdə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində nikah bağlanmış və aktın nömrəsi 1153 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh 35 həftə 6 günlük əkiz döl hamiləliyi ilə X9na müracət etmişdir. xx.xx.2024-cü il tarixli Doğuşa yardım və yeni doğulmuş uşağa tibbi xidmət göstərmək haqqında müqavilənin surətindən görünür ki, “X9” MMC ilə Cavabdeh arasında sonuncunun yeni doğulacaq uşağına tibbi xidmət göstərilməsi və bu xidmətlərin əvəzi olaraq ödənişin həyata keçirilməsi ilə bağlı tərəflər razılaşmışlar. “X8” MMC tərəfindən təqdim olunan Hamiləliyin və doğuşun gedişi sənədlərinin surətindən görünür ki, hamiləliyin başlandığı tarix xx.xx.2023-cü il ehtimal olunur. Nəticədə 35 həftə, 6 gün hamiləlik dövrü keçirmiş və əkiz döl hamiləliyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Cavabdeh ilə telefon danışığı aparılmış, ekspert vəsatəti barədə məlumat verilmiş, xx.xx.2025-ci il tarixdə, 12:00-da “Məhkmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin ünvanına getməyinin zəruri olduğunu bildirmiş, vəsatət cavabdehin təqdim etdiyi elektron poçt ünvanına rəsmi göndərilmişdir. Telefonoqramı qəbul edən Cavabdeh məlumatın ona aydın olduğunu, vəsatətin surətinin elektron poçt ünvanına çatdığını bildirmişdir. xx.xx.2025-ci il tarixli, 9/707 saylı məktubundan görünür ki, Cavabdeh ekspertizanın keçirilməsi üçün təyin olunmuş gündə şöbəyə gəlməmişdir. Bu səbəbdən qərardad icra edilmədən geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh isə iclas haqqında məlumatı olduğunu, iddia ilə razı olduğunu bildirmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən norma: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 44.5-ci maddəsinə əsasən atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 44.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 45.1-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2-cü maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 46.4-cü maddəsinə əsasən öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. 46.5-ci maddəsinə əsasən öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 47.3-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur. 47.4-cü maddəsinə əsasən embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ərarvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44–45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. İş materiallarından, o cümlədən “myGov” portalından çıxarış formasında təqdim olunmuş nikah haqqında şəhadətnamə məlumatlarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah 26 iyun 2023-cü il tarixdə bağlanmışdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan və iddia ərizəsindən məlum olmuşdur ki. Tərəflərin faktiki nikah münasibətlədi xx.xx.2023-cü il tarixdə, adət-ənənəyə uyğun toy mərasimindən sonra başlamış, münasibətlərinin pozulması səbəbindən faktiki nikah münasibətləri xx.xx.2023-cü il tarixdən etibarən sona çatmışdır. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, cavabdehdən doğulan əkiz uşaqların hamiləliyi təxmini xx.xx.2023-cü il tarixdə başlamışdır. Yəni tərəflərin faktiki nikah münasibətlərinin sonladığı xx.xx.2023-cü il tarixdən təqribən beş ay sonra başlamışdır. Məhkəmə Ailə Məcəlləsinin 44.2-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, uşaqlar xx.xx.2024-cü il tarixdə, yəni tərəflərin faktiki nikah münasibətləri pozulduğu gündən 400 gün sonra doğulmuşlar. Məhkəmə işin sadalanan faktiki hallarına qanunvericilik normasının tələblərinə uyğun olaraq kompleks qiymət verərək qeyd edir ki, iddiaçının cavabdehdən doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşaqların atası olmaması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, cavabdeh öz hərəkətləri ilə hazırki iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsinə mane olduğundan, bu hal məhkəmə tərəfindən ekspertiza təyin edilən faktın və onun hüquqi nəticələrinin onun ziyanına olaraq müəyyən edilməsi üçün əsas hesab olunaraq, iddiaçının cavabdehdən doğulan uşaqların atası olmaması hesab edilməlidir. Məhkəmə xərci: "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, mediasiya xərci qismində ödənilmiş 50 manat və dövlət rüsumu qismində ödənilmiş 50 manat pul vəsaiti olmaqla, ümumilikdə 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) xx.xx.2024-cü il təvəllüdlü X4 (FİN: 4H9LLCU) və xx.xx.2024-cü il təvəllüdlü X2 (FİN: GL6MMBE) bioloji atası olmaması müəyyən edilməli, xx.xx.2024-cü il təvəllüdlü X4 (FİN: 4H9LLCU) və xx.xx.2024-cü il təvəllüdlü X2 (FİN: GL6MMBE) doğum haqqında akt qeydinə dəyişiklik edilməli və müvafiq qeydlər aparılaraq, uşaqların soyadı qrafasından “Novruzəliyev” və “Novruzəliyeva”, atası qrafasından “İddiaçı” qeydləri silinməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla, ümumilik də 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) xx.xx.2024-cü il təvəllüdlü X4 (FİN: 4H9LLCU) və xx.xx.2024-cü il təvəllüdlü X2 (FİN: GL6MMBE) bioloji atası olmaması müəyyən edilsin. xx.xx.2024-cü il təvəllüdlü X4 (FİN: 4H9LLCU) və xx.xx.2024-cü il təvəllüdlü X2 (FİN: GL6MMBE) doğum haqqında akt qeydinə dəyişiklik edilsin və müvafiq qeydlər aparılaraq, uşaqların soyadı qrafasından “Novruzəliyev” və “Novruzəliyeva”, atası qrafasından “İddiaçı” qeydləri silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla, ümumilik də 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar