Məhkəmə qərarları › İş №2(007)-2291/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2291/2024

28.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2291/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızının, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mı̇ rbağırova Nərgı̇ z Calal qızının iştirakları ilə, İddiaçı Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızının cavabdeh Mı̇ rbağırova Nərgı̇ z Calal qızına qarşı “paylı mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsaitin 1/3 hissəsinin cavabdehdən alınması” tələbinə dair ilkin, iddiaçı Mı̇ rbağırova Nərgı̇ z Calal qızının cavabdeh Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızına qarşı “çəkilmiş xərclərin ödənilməsi və evin naturada bölünməsi zamanı qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızı cavabdeh Mı̇ rbağırova Nərgı̇ z Calal qızına qarşı “paylı mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzrə 1/3 hissəsinin naturada bölünərək (bölünmə mümkün olmadıqda mənzilə köçürülməsinin təmin edilməsi) digər cavabdeh olan paylı mülkiyyətçidən ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin üzərində 1/3 hissəsdə onun payının naturada bölünməsi, bölünmə mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılmasını, satışdan əldə olunan vəsaitinin 1/3 hissəsinin cavabehdən alınaraq ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mı̇ rbağırova Nərgı̇ z Calal qızı qarşılıqlı iddia və qarşılıqlı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bu günə qədər mərhum həyat yoldaşı Ağasəlimə və mübahisələndirilən evə sərf etdiyi 14565 (on dörd min beş yüz altmış beş) manat pulun cavabdeh İddiaçı tutulub ona verilməsi və qeyd etdiyi 1 otağın naturada bölünüb ona verilməsi üçün yeni qapının açılması və eyni zamanda həmin otağn mövcud qapısının bağlanması və bununla bağlı təmir işlərinin onun şəxsi vəsaiti hesabına başa çatdırılması öhdəliyini onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mı̇ rbağırova Nərgı̇ z Calal qızı ərizə ilə məhkəməyə müraciət edərərk, qarşılıqlı iddia ərizəsini geri götürdüyünü bildirdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların ərizələri nəzərə alınaraq, sözügedən ilkin və qarşılıqlı iddia ərizələri ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırkı qərardad ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 134 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizələr təmin edilsin. İddiaçı Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızının cavabdeh Mı̇ rbağırova Nərgı̇ z Calal qızına qarşı “paylı mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsaitin 1/3 hissəsinin cavabdehdən alınması” tələbinə dair ilkin iddia və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızına və iddiaçı Mı̇ rbağırova Nərgı̇ z Calal qızının cavabdeh Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızına qarşı “çəkilmiş xərclərin ödənilməsi və evin naturada bölünməsi zamanı qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı Mı̇ rbağırova Nərgı̇ z Calal qızına geri qaytarılsın. Qərardad ilkin iddia üzrə iddiaçı Mı̇ rbağırova Əfsanə Ağasəlı̇ m qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun (FİN: xxxxxxx, "xxxx" ASC, Şuşa filialı, VÖEN: **********, GPP qəbz nömrəsi: **********, Tarix: xx.xx.2024, saat 10:28) qaytarılması üçün əsasdır. Qərardad qarşılıqlı iddia üzrə iddiaçı Mı̇ rbağırova Nərgı̇ z Calal qızı tərəfindən ödənilmiş ümumilikdə 134 manat dövlət rüsumunun (FİN: xxxxxxx, qəbz nömrəsi: **********, Tarix: xx.xx.2024 (50 manat), saat 11:03:23 və qəbz nömrəsi: **********, Tarix: xx.xx.2024, saat 10:46:18 (84 manat)) qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar