Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-231/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh Nurəddin qızına qarşı “mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması, əldə edilən məbləğin mülkiyyətçilərin paylarına uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsidə müstəqil tələb irəli süməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh Nurəddin qızına qarşı “mənzildə birgə yaşamağın qeyri-mümkün olmasının müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən məbləğin mülkiyyətçilərin paylarına uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Nurəddin qızı ilə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 75,3 kv.m olan 5 otaqlı mənzildə birgə yaşamaqlarının qeyri-mümkün olması müəyyən edilməsi, bu ünvanda yerləşən mənzilin açıq hərracda məcburi satışına qərar verib və əldə edilən məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Nurəddin qızı ilə 21 noyabr 2001-ci il tarixi rəsmi nikaha girməklə ailə qurublar. Həmin nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 noyabr 2001-ci il tarixli Bakı şəhər Xətai Rayonu VVADQ şöbəsində 1257 № ilə qeyd aparılıb. Birgə nikahdan 04 yanvar 2003-cü il tarixdə X6 adlı uşaqları vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2010-cu il tarixdə qətnaməsinə əsasən nikahları pozulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2010-cu il ta.ixli qərarı ilə Cavabdeh Nurəddin qızının ona qarşı alimentin tutulması ilə bağlı iddiası qismən təmin edilib. Belə ki, 04 yanvar 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan iddiaçı Cavabdeh Nurəddin qızının xeyrinə hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub. Sonradan cavabdeh mübahisəli mənzildə həyatına hər cür müdaxilə etməyə başlayıb. Bununla bağlı mənzilin bölünməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ona görə də, Nizami Rayon Məhkəməsinin 2(007)-258/2010 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzili onunla Cavabdeh Nurəddin qızı arasında hər birinə 1/2 pay pay müəyyən edilməklə bərabər bölünüb, bölünmüş paylara uyğun mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması, onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzilinə köçürülməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2886/2010 saylı xx.xx.2010-cu il il tarixli qərarı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nurəddin qızının apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə olan 2(007)- 258/2010 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi “ünvan 4 saylı evin 49 saylı mənzili onunla Cavabdeh Nurəddin qızı arasında hər birinə 1/2 pay müəyyən edilməklə bərabər bölünməsi” hissəsində dəyişdirilib. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzil onunla Cavabdeh Nurəddin qızı arasında bölünərkən mənzilin 2/5 (beşdə iki) hissəsinə onun, 3/5 (beşdə üç) hissəsinə isə Cavabdeh Nurəddin qızının pay hüququ müəyyən edilib. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb. Bu qərar qüvvəyə minib. Lakin cavabdehin təqsiri üzündən düzgün icra olunmayıb. Bundan əlavə, müttəhim tərəfindən dəfələrlə davamlı təhdid və təxribatlara məruz qalıb, bununla bağlı hətta inzibati tənbeh növündə cərimə də alıb. Göstərilən vaxtdan bəri mübahisəli mənzilə köçüb orada yaşaya bilmir. Cavabdehlə birlikdə yaşamağı mümkün olmadığından əmlakın ona aid hissəsinə müstəqil sərəncam vermək istəyir. İş materialların əsasən də, mübahisəli mənzildən başqa onun digər yaşayış yeri yoxdur. Cavabdehin hiyləsi və acgözlüyü anlaşılandır. Oğlunun xeyrinə aliment üzrə borcun ödənilməsi üçün mənzilin məcburi satışı ona da lazımdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Nurəddin qızı ilə əldə etdikləri ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 75,3 kv.metr olan 5 otaqlı mənzilin naturada 2/5 hissədə bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda məcburi satılması və əldə edilən məbləğin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, evin satış qiyməti ilə bağlı heç bir mübahisə yoxdur, 160000 manatdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahah verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzilin dəyəri ilə bağlı aralarında mübahisə yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, onlar müvafiq təkliflərini iddiaçıya ediblər, icra mərhələsində razılıq əldə edilə bilər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ekspert X5 izahat verərək bildirdi ki, tərəflərin ünvan 1 ünvanında yerləşən mənzil üzərində əvvəkli payları ½ hissədə olduğu üçün texniki səhv edərək paylarını ½ kimi göstərib. Rəyə əsasən iddiaçının 2/5 hissədə payının cavabdehin payından naturada bölünməsinin mümkün olmadığı müəyyən edilib. Buna dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2886/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nurəddin qızının apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə olan 2(007)-258/2010 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi “Bakı şəhərinin Nizami rayonunun Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzili İddiaçı ilə Cavabdeh Nurəddin qızı arasında hər birinə 1/2 pay müəyyən edilməklə bərabər bölünməsi” hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52, saylı evin 49 saylı mənzil İddiaçı ilə Cavabdeh Nurəddin qızı arasında bölünərkən mənzilin 2/5 (beşdə iki) hissəsinə İddiaçı, 3/5 (beşdə üç) hissəsinə isə Cavabdeh pay hüququ müəyyən edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,4 kv.m olan ünvan 2 ünvanında yerləşən mənzilinin 2/5 hissəsi İddiaçı adına xx.xx.2011-ci il tarixdə, 3/5 hissəsi Cavabdeh Nurəddin qızının qeydiyyata alınmışdır. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 33-16-16/2-9/87xx-xx/8410 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98,4 kv.m, yaşayış sahəsi 75,3 kv.m olan 5 otaqlı mənzilin ½ hissəsi üzrə İddiaçı payının X1 payından tənasübsüz zərər vurmadan naturada ayrılması (bölünməsi) İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki xəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspert baxışına təqdim edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98,4 kv.metr olan orta təmirli mənzilin mövcud bazar dəyəri təqribən 177900 (98,40 x 1808 manat) manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (177900- 10%) 160000 manat məbləğində müəyyən edilir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-68/24 saylı mütəxəssis rəyinin surətindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən fiziki şəxs Cavabdeh Nurəddin qızının müraciəti üzrə ünvan 4 ünvanında yerləşən köhnə tikili 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı 49 saylı mənzilin təmirinə çəkilmiş xərclərin məbləği (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 35159 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzilin 2/5 hissəsi İddiaçı adına xx.xx.2011-ci il tarixdə, 3/5 hissəsi Cavabdeh Nurəddin qızının qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdehə mənzilin ona məxsus hissəsinin 60000 manata alınması təklif edilsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının bununla bağlı ərizəsinə cavab verməmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq adıçəkilən mənzilin naturada 2/5 hissədə bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda məcburi satılması və əldə edilən məbləğin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına müvafiq olaraq bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki: ..."Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." ..."Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən mənzilin 2/5 hissəsinin mülkiyyətçisi olan İddiaçı ümumi mənzildəki payının cavabdehə satılması və ya mənzilin açıq hərracda satılıb dəyərinin paylara uyğun ödənilməsinin şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçisi İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdeh iddiaçıya məxsus payın alınmasına razı olmadığı üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə ekpsert rəyi ilə müəyyən edilmişdir Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. Məhkəmə tərəfindən həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 177900 manat məbləğində, likvid dəyəri isə təqribən 160000 manat dəyərində müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçı əmlak üzərində olan payını 60000 manat qiymətləndirərək, cavabdehə payının alınması üçün təklif ünvanlasa da, tərəflər arasında razılıq əldə edilməyib. Ekspert rəyində göstərilən məbləğ nəzərə alındığı təqdirdə iddiaçının təklif etdiyi məbləğ ağlabatan məbləğdir. Həmçinin, cavabdeh məhkəməyə mütəxəssis rəyi təqdim edərək, mənzilə 35159 manat məbləğində təmir xərci çəkildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, təmir xərci ilə bağlı tərəflər arasında mübahisə olduğu təqdirdə, cavabdeh bunu ayrıca icraatda mübahisələndirilməlidir. Hazırkı halda isə, mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkün olmadığı, həmçinin iddiaçıya məxsus payın cavabdehdən tərəfindən kompensasiya edilməsi ilə bağlı tərəflər arasında razılıq olmadığı müəyyən edildiyindən əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmalıdır. Məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən mənzili hərraca çıxarılmalı, əldə olunan pul vəsait mülkiyyətçilərin paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzil açıq hərracda satılsın, həmin mənzilin hərracda satışından sonra əldə olunan pul vəsaitinin 2/5 hissəsi İddiaçı və 3/5 hissəsi Cavabdeh Nurəddin qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, iddia təmin edidiyindən kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına cavabdehdən tutularaq ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzil açıq hərracda satılsın, həmin mənzilin hərracda satışından sonra əldə olunan pul vəsaitinin 2/5 hissəsi İddiaçı və 3/5 hissəsi Cavabdeh Nurəddin qızına verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul Cavabdeh Nurəddin qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-231/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-231/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver