Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2322/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı X6 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqıəşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia tələbini onunla əsaslandırdı ki, 2017-ci ildə cavabdehlə el adəti ilə “Arzu” Şadlıq Sarayında toyları olmuşdur.Təbii ki, şəkillər çəkilmiş, kasetlər, disklər yazılmışdır. Onu toydan birbaşa, cavabdehin yaşadığı ünvana cehizləri ilə birlikdə gəlin gətirmiş, cehizlərini otaqlara yığmışlar. Həmin gündən bu günə kimi cehizləri olan otaqda yaşayır. Cavabdeh tərəf və onun bəzi qohumlarının iştirakı ilə onu Məscidə aparmışlar ki, 1-ci dini nigah lazımdır, sonra dövlət nigahı olacaq. Gəlin getdiyi ünvanda ana olmuşdur. Dünyaya iki oğlan övladı gətirmişdir. X7 və X3.Cavabdeh və bacısı, baldızı X9 birləşərək onun gününü qara etmişlər,aldadaraq dövlət nikahını rəsmiləşdirməmiş, pasport qeydiyyatına salmamışlar. Cavabdeh 2021-ci ilin dekabr ayından çıxıb gedib, bacısı Lalə Qasımovanın dediyinə görə, başqa qadınla ailə qurub, onunla yaşayır. Ümumiyyətlə 4-cü ilə keçir ki, cavabdeh övladlarına heç bir maliyə yardımı göstərmir, adicə paltar da almır, xırdaca yardım da etmir. O, iki körpə oğullarını,şikəst valideynlərinin və digər qohum əqrabalarımızın hesablarına, həmçinin o,namaz əhli olduğundan, ibadətə gəlib namaz qılan qadınların mərhəmətləri hesabına bir təhər saxlayır.Cavabdehin yaşadıqları binanın düz qarşısında xeyr-şər-çay evi var, yəni, imkan sahibidir. Valideynləri rəhmətə gedib, bütün mülk cavabdehin, “təhlükəsizlik xidmətinin əməkdaşıyam” deyib hamıya xox gələn Lalə Qasımovanın sərəcamındadır. Dəfələrlə cavabdehə yalvarmışdır ki, ona çətindir, uşaqları saxlamağa aliment ver.Cavabdeh ona cavab verir ki, pulu yoxdur olanda verəcək, sən uşaqları götür, get kəndə valideynlərinin yanına.Buna görə də, məcbur qalıb məhkəməyə müraciə etmişdir.Qeyd olunanlara əsasən 2018-ci ildən bu günə kimi riyazi hesablama yolu ilə cavabdehdən onun xeyrinə aliment tutulması və alimenti tam ödəyənədək cavabdehin ölkədən çıxmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki,iddiaçının qeyd etdikləri yalandır. O, övladlarına mütəmadi olaraq baxmışdır, onlara lazımi köməkliklər etmişdir. Bundan sonra da edəcək. Xahiş edir ki,iddia qismən təmin edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki,xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 ataları Cavabdeh,anaları isə X4r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə,alimentlə bağlı tərəflər arasında razılıq olmadığını,yetkinlik yaşına çatmayan uşaqların mənafeyini,eləcə də iddiaçı tərəfidən cavabdehin işləməsi, başqa gəlirlər əldə etməsi barədə sübutlar təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki,əvvəlki 3 il ərzində,04 iyun 2019-cu il tarixdən 04 iyun 2022-ci il tarixinədək cavabdehdən tutulmalı olan aliment hər ay sabit məbləğdə 100 manat olmaqla cəmi 3600 (36 ay x 100=3600) manatmüəyyən olunmalı, 04 iyun 2022-ci il tarixindən başlayaraq hər ay 193 manat aliment tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X2 xeyrinə əvvəlki 3 il ərzində,04 iyun 2019-cu il tarixdən 04 iyun 2022-ci il tarixinədək hər ay hər uşağa görə sabit pul məbləğində 50 manat olmaqla cəmi 100 manat,3 ilə görə 3600(36 ay x 100=3600) manat, 04 iyun 2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqlə,cəmi 386 manat sabit pul məbləğində manat aliment tutulmalıdır. Alimenti tam ödəyənədək cavabdehin ölkədən çıxmasına qadağa qoyulması barədə iddia tələbinə qiymət verərkən məhkəmə hesab edir ki,hazırda həmin iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı tərəfindən iş üzrə qəbul olunacaq yekun qərar icra olunmayacağı təqdirdə qeyd olunan tələblə bağlı icra orqanına vəsatət verə bilər. Qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X2 xeyrinə əvvəlki 3 il ərzində, 04 iyunl 2019-cu il tarixdən 04 iyun 2022-ci il tarixinədək hər ay hər uşağa görə sabit pul məbləğində 50 manat olmaqla cəmi 100 manat,3 ilə görə 3600 (36 ay x 100=3600) manat, 04 iyun 2022ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqlə, cəmi 386 manat sabit pul məbləğində manat aliment tutulsun. Qalan hissədə aliment təmin olunmasın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2322/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2322/2022
29.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver