Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2328/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MTK-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış payçı, müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı tərəflər arasında bağlanmış payçı, müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" MTK ilə Cavabdeh arasında 9 dekabr 2019-cu il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20 ünvandakı 2-ci binada ,sahəsi 105,6 kv.m olan 3 otaqlı, 50 saylı mənzil satılıb."xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 122074 manat məbləğində kredit verib.Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməyib və buna görə də mənzil ipoteka ilə yüklü edilməyib.Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 11-i tarixindən gec olmayaraq ödəməli idi.Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilən ödəniş cədvəli üzrə əsas və faiz borcu 13400 manat manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozub. “Xəzər İnşaat XXİ Əsr MTK” ilə Azərbaycan Beynəlxalq Bankı” ASC arasında X1 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq QSC-nin daşınmaz əmlakları və əmanəti həmin bankın girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. Bankla “Xəzər İnşaat XXİ Əsr MTK” arasında bağlanan müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği QSC-nin Banka yerləşdirilən əmanətinə yönəldirilib. Cavabdeh kredit vəsaitindən istifadə edib lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilən ödəniş cədvəli üzrə borclarını ödəməyib, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozub. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 122 074 manat kredit götürüb.İddiaçı və cavabdehlər arasında bağlanılan payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və QSC qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı QSC -dən aldığı mənzili geri qaytarır, QSC isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında QSC-yə ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə ödədiyi kreditin əsas məbləğini müqavilənin 8.1 və 8.11 bəndinin şərtlərinə əsasən borcluya qaytarır.Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11 eləcədə kredit müqaviləsinin 7.3 , 13.2 , 13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozub.Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasım təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən “Xəzər İnşaat XXİ Əsr MTK” və Cavabdeh arasında imzalanan müqavilənin predmeti olan Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20, 2-ci bina, mənzil 50, sahəsi 105,6 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. Xəzər İnşaat XXİ Əsr MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20 ünvandakı 2-ci binada ,sahəsi 105,6 kv.m olan 3 otaqlı, 50 saylı mənzili öz sahibliyinə keçirərək bank qarşısında borcu bağlamaq hüququna malikdir. “Xəzər İnşaat XXİ Əsr MTK” Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirib.X2 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilib. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina edib. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməyib. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20 ünvandakı 2-ci binada ,sahəsi 105,6 kv.m olan 3 otaqlı, 50 saylı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır.Göründüyü kimi, tərəflər arasında bağlanılan xx.xx.2019 tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda QSC maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılan payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranıb.Qeyd olunanlara əsasən “Xəzər İnşaat XXİ Əsr MTK” Cavabdeh arasında bağlanmış ********* saylı 09 dekabr 2019-cu il tarixli payçı müqaviləsinin ləğv edilməsi,Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20 ünvandakı 2-ci binada ,sahəsi 105,6 kv.m olan 3 otaqlı, 50 saylı mənzildən çıxarılması,mənzilin boşaldılaraq iddiaçı "xxxx" MTK-ya(hazırda QSCyə)qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etdi və izahat verərək göstərdi ki,həqiqətən də, mənzilə görə ödənilməmiş borcları vardır. İlk vaxtlar qrafik üzrə borcu vaxtlı-vaxtında ödəsələr də, sonradan baş verən problemlərlə bağlı ödəniş edə bilməmişlər. Lakin qərar qəbul olunsa belə, söz verir ki, iki ay müddətinə borcuu tam olaraq ödəyəcək. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 09 dekabr 2019-cu il tarixli payçı müqaviləsindən görünür ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20 ünvandakı 2-ci binada ,sahəsi 105,6 kv.m olan 3 otaqlı, 50 saylı mənzilə Cavabdeh pay hüququ tanınmış,mənzilin dəyəri 152592 manat müəyyən olunmuş,payçı 20%ilkin ödəniş etməklə qalan 122074 manat pulu, “Payçı”, “MTK” və “Azərbaycan Respublikası Beynəlxalq Bankı” arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. “Nizami-9 MMMC” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, Cavabdeh "xxxx" MTK tərəfindən inşa olunmuş ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksində 2-ci binadakı 50 saylı mənzildə yaşayır. Azərbaycan Respublikası MPM-nin 52.2.-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin hallarından göründüyü kimi tərəflər arasında “payçı”, “kredit” və “zaminlik” müqavilələri bağlanmış, "xxxx" MTK tərəfindən payçı Cavabdeh istifadəsinə ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksində 2-ci binadakı 50 saylı mənzil mənzi verilmişdir.İddiaçı "xxxx" MTK öz öhdəliklərinə əməl edib müqavilə şərtlərinə uyğun olaraq mənzili payçı Cavabdeh istifadəsinə versə də,sonuncu“payçı”, “kredit” və “zaminlik” müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir. Məhkəmə qeyd olunanları,eləcə də cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Xəzər İnşaat XXİ Əsr MTK” ilə Cavabdeh arasında bağlanmış ********* saylı 09 dekabr 2019-cu il tarixli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20 ünvandakı (ünvan 3m olan 3 otaqlı, 50 saylı mənzildən çıxarılsın. Həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" MTK-ya (hazırda QSC-yə) qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2328/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2328/2022
21.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver