Məhkəmə qərarları › İş №2(007)-2418/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2418/2021

09.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2418/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2020-ci il tarixli D060 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddəti ərzində hesablanmış 22183 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq "Faktor Lizinq” MMC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" MMC-yə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi ilə 21 avqust 2020-ci il tarixli alqı- satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra “Faktor Lizinq MMC ilə Cavabdeh1 arasında 21 avqust 2020-ci il tarixdə D060 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMCnin mülkiyyətində olan qeyd olunan mənzil (lizinq obyekti) lizinq məbləği 33000 ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Lakin Cavabdeh1 müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 0119/21 saylı 04.05.2021-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin "xxxx" MMC-yə arayış tarixinədək lizinq məbləği üzrə 31510 (otuz bir min beş yüz on) ABŞ dolları, lizinq mükafatı (faiz məbləği) üzrə 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları və 5923 (beş min doqquz yüz iyirmi üç) ABŞ dolları hesablanmış cərimə olmaqla ümumilkdə 41383 ABŞ dolları öhdəliyi mövcuddur. Lizinq preqmenti 8 ay istifadədə olmuşdur. Bu müddət ərzində cəmi 1 ay ödəniş olunmuşdur. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 3120 manat nəzərə alınmaqla cəmi 24960 ABŞ dolları borc hesablanmışdır. Cavabdehə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərin icrası tələb olunmuş və əks təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı barədə xəbərdar edilmişdir. Beləliklə, lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti cavabdehin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı və cərimə tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq Cavabdeh1 cəmi 3 ay ödəniş etdiyini, 10 aya yaxındır heç bir ödəniş etmədiyini, müqavilənin 1 illik olduğunu, müqavilədə 2 aydan artıq müddətdə ödəniş olmazsa müqavilənin ləğv edilə biləcəyinin qeyd olunduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 vəkili və nümayəndəsi X2 iddianı tələbini qəbul etmədiklərini, hazırki iddia tələblərinin Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmasının və bu tələblərin ümumilikdə birlikdə baxılaraq qiymət verilməsinin mümükün olmamasını, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddətinin bitdiyini, iddiaçının müqavilənin ləğvini tələb etməməli olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2020-ci il tarixli, D060 saylı Daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan qeyd olunan mənzil (lizinq obyekti) lizinq məbləği 33000 ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 taiz olmaq şərtilə lizinqə verilmişdir. - 04.05.2021-ci il tarixli, 0119/21 saylı arayışdan görünür ki, "xxxx" MMC-yə arayış tarixinədək lizinq məbləği üzrə 31510 (otuz bir min beş yüz on) ABŞ dolları, lizinq mükafatı (faiz məbləği) üzrə 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları və 5923 (beş min doqquz yüz iyirmi üç) ABŞ dolları hesablanmış cərimə olmaqla ümumilkdə 41383 ABŞ dolları öhdəliyi mövcuddur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 25.08.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. - 21 avqust 2020-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzil Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə satılmışdır. - "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış 28.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 21 avqust 2020-ci il tarixli, D060 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 03.08.2021-ci il tarixli “Elektron Notariat” AİS vasitəsi ilə əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilədə pasport qeydiyyatındadırlar. - Elektron sorğu nəticəsində əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh3 22.01.2021-ci il tarixdə vəfat etmişdir. - 03.05. 2021-cı il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilini lizinqə götürməklə mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi Cavabdeh1 ilə "xxxx" MMC 21 avqust 2020-ci il tarixli alqı- satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra “Faktor Lizinq MMC ilə Cavabdeh1 arasında 21 avqust 2020-ci il tarixdə D060 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan qeyd olunan mənzil (lizinq obyekti) lizinq məbləği 33000 ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 taiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Lakin Cavabdeh1 müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 0119/21 saylı 04.05.2021-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin"xxxx" MMC-yə arayış tarixinədək lizinq məbləği üzrə 31510 (otuz bir min beş yüz on) ABŞ dolları, lizinq mükafatı (faiz məbləği) üzrə 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları və 5923 (beş min doqquz yüz iyirmi üç) ABŞ dolları hesablanmış cərimə olmaqla ümumilkdə 41383 ABŞ dolları öhdəliyi mövcuddur. Lizinq preqmenti 8 ay istifadədə olmuşdur. Bu müddət ərzində cəmi 1 ay ödəniş olunmuşdur. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 3120 manat nəzərə alınmaqla cəmi 24960 ABŞ dolları borc hesablanmışdır. Cavabdehə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərin icrası tələb olunmuş və əks təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 iddiaçı "xxxx" MMC ilə bağladığı 21 avqust 2020-ci il tarixli müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından, ödənilməmiş 22.183, ABŞ dolları məbləğində vəsait iddiaçıya ödəməlidir. Məhkəm iddia tələbinin 21 avqust 2020-ci il tarixli D060 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı bildirir ki, “Faktor Lizinq MMC ilə Cavabdeh1 arasında 21 avqust 2020-ci il tarixdə D060 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan qeyd olunan mənzil (lizinq obyekti) lizinq məbləği 33000 ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 faiz olmaq şərtilə lizinqə verilmişdir. Müqavilənin müddəti 21.08.2021-ci il tarixdə başa çatmışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin cavabdehlər tərəfindən boşaldılaraq "Faktor Lizinq” MMC-nə təhvil verilməsi hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh3 22.01.2021-ci il tarixdə vəfat etdiyi üçün onun mübahisəli mənzildən istifadə hüququ şəxsən özü ilə bağlı olduğundan və vərəsəlik qaydasında vərəsələrinə ötürülə bilən hüquq olmadığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh3 münasibətdə təmin edilməməli, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Həmçinin mübahisəli mənzil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və Cavabdeh2 Əhəd qızı tərəfindən boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 21.08.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22.183,00 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi tarixə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi "xxxx" MMC-nin xeyrinə tutulmalı, ünvan 1 ünvanında yerləşən 146 saylı mənzilə Cavabdeh2 Əhəd qızının istifadə hüquqları itirilmiş hesab edilməli, həmin mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhəd qızı tərəfindən boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 21.08.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22.183,00 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi tarixə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi "xxxx" MMC-nin xeyrinə tutulsun. ünvan 1 ünvanında yerləşən 146 saylı mənzilə Cavabdeh2 Əhəd qızının istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhəd qızı tərəfindən boşaldılaraq "xxxx" MMC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar