Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2454/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının və məzuniyyət haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının və məzuniyyət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, Cavabdeh MMC-də xx.xx.2016-cı il tarixində cəmiyyətin lodistika deportamentinin ticari mal anbarına fəhlə vəzifəsinə işə qəbul olunmuşdur.xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.Onun son haqq-hesabı və 5 (beş) illik məzuniyyət haqqı işdən çıxdığı zaman ödənilməyib.Qeyd edir ki, ona verilən əmək haqqı ***-**** manat civarında olsa da rəsmi əmək haqqı 280 manat miqdarında göstərilib və pensiya fonduna bu miqdarın faizi tutularaq ödənilib.Bununla bağlı X1 Xidmətinə, Baş Prokurorluğa müraciət etmişdir. Müraciətinə düzgün və humanist formada baxılmayıb.Həmin orqanlar tərəfindən ona ünvanlanmış cavab təmamilə absurddur.Qeyd olunanlara əsasən Veysəloğlu” MMC-dən 5 illik məzuniyyət haqqının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçının dediklər həqiqəti əks etdirmir. Burda söhbət məzuniyyətdə gedirsə, bu barədə müvafiq sənnədlər təqdim etmişdir və həmin sənədlərdən də, görünür ki, iddiaçı əmək məzuniyyətində olub, onun son haqq-hesabı ödənilib və onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilib.Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-də loqistika deportamentinin ticari mal anbarına fəhlə vəzifəsinə işə qəbul olunmuş,xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubların məzmunundan görünür ki,əmək müqaviləsinə xitam verilərkən onun son haqq-hesabı və istifadə etmədiyi məzuniyyət haqqı ödənilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş əmrlərin surətindən görünür ki,müəssisədə işlədiyi müddət ərzində İddiaçı hər il qanunvericiliyə uyğun olaraq məzuniyyət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının və məzuniyyət haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2454/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2454/2022
30.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver