Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2459/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Bədirxan oğlunun və Cavabdeh2 Sədi qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 Sədi qızına qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 Sədi qızına qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gürcüstan Respublikasının vətəndaşı, Cavabdeh1 Bədirxan oğlu ilə 14 sentyabr 2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. X9 xx.xx.2018-ci il təvəllüdlü, X8 xx.xx.2019-cu il təvəllüdlü. Cavabdehlə onun arasında bağlanmış nikah Sabunçu rayon məhkəməsinin 2(008)-5150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İkinci cavabdeh onun qaynanası olmuşdur. Onlar mehriban yaşadıqları vaxtlarda keçmiş qaynanası olmuş - hazırki işdə cavabdeh ona bildirirdi ki, oğlu Amil qızıl-zinət əşyalarını götürüb sata bilər. Odur ki, ver onlar məndə qalsın. O, cavabdehə inanıb həmin əşyaları ona verirdi. Bununla yanaşı hərdən lazım olanda qaynanası qızıl-zinət əşyalarını ona verir, sonra isə saxlanması üçün ona qaytarırdı. 2021-ci ilin ortalarından cavabdehlər onu və iki uşağını birlikdə yaşadığı evdən qovmuşlar. Onu evdən qovarkən ona məxsus qızıl-zinət əşyaları ikinci cavabdehdə olsa da ona qaytarmamışlar. Nikahları pozulandan sonra, o, dəfələrlə cavabdehlərdən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını tələb etsə də onlar bildirdilər ki, “gəl bütün əmlakını apar, ondan sonra qızılları da qaytararıq”. O, cavabdehlərə inanmadığı üçün onlarla razılaşmadı. 2017-ci ildə nikaha daxil olduqdan sonra, o, ailə üzvü kimi birinci cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu ərazisində olan mənzilə cehiz əşyalarımda birlikdə köçürülmüş, həmin mənzilə pasport qeydiyyatına alınmışdır. 2020-ci ildə həmin mənzil satılmış (onun razılığı alınmaqla) və o da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şimal” yaşayış sahəsində 2-ci döngədə yerləşən 2-ci evə uşaqları ilə bilikdə köçürülmüşdür. Birinci cavabdehin dediyinə görə həmin evi ikinci cavabdeh- qaynanasının adına sənədləşdirilib. Birinci cavabdeh onu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində guya Cavabdeh1 Bədirxan oğlunun adına olan evə qeydiyyata salmışdır. 2021-ci ilin iyun ayının 21-də o, iki azyaşlı uşaqları ila birlikdə evdən qovularkən, o, DİN 102 xidmətinə müraciət etmişdir. Hazırda kirayələrdə yaşayır. Birinci cavabdehlə nikahda olarkən onun adına avtomobillər alınmışdır. Cavabdehlərdən tələb etdiyi əmlaklar aşağıdakılardır və hal-hazırda mübahisələndirdiyi evdə yerləşir. Qızıl komplekt badamı-üzük, sırğa, kulon qiyməti - 5000 (beş min) manat İlana bənzər zəncir (sep) bir ədəd 1200 manat, Qızıl qolbağ badamı - bir ədəd 1000 manat, Qızıl nişan üzüyü 12 qr - 800 manat, Cehiz əşyaları: Qonaq dəsti servant, stol 1 ədəd, stul 8 ədəd, 2 kreslo 2 ədəd cəmi qiyməti - 8000 manat, yataq dəsti iki nəfərlik çarpayı, iki tumba, termo, stoper- cəmi qiyməti - 2500 manat, xalça 5 ədəd, divan üstü parça örtük 100 manat, mətbəxt mebeli - 1200 manat, çay dəsti madonna - 200 manat. Nahar dəsti madonna - 500 manat, Servis Almaniya istehsalı - 500 manat, Xurustal bokal iri 6 ədəd - 150 manat, Xrustal bokal xırda 6 ədəd - 150 manat Şam qabı - 150 manat Çay stəkanı - 60 manat, Meyvə qabı 2 ədəd paxlava formalı - 600 manat, iri gül qabı bir ədəd - 600 manat, versaçi firmasının boşqab dəsti -300 manat, yumru meyvə qabı - 4 ədəd 200 manat, qaşıq, çəngəl sadə 12 ədəd - 50 manat, Mürəbbə qapı 2 ədəd - 200 manat, lepkalı kompot qabı, dondurma qabı - 450 manat, bagema gül qabı 2 ədəd - 300 manat, Meduza gül qabı 1 ədəd 100 manat, Meduza meyve qabı 1 ədəd 70 manat, lepkalı konfet qabı bir ədəd - 100 manat, mətbəxt əşyaları: tefal qazan dəsti - 500 manat, şirəli qazan dəsti 250 manat, vedrə 2 ədəd - 30 manat, ləyən 1 əddə - 15 manat, ət çəkən - 200 manat, şirə çəkən - 200 manat, mikrovolnovka 300 manat, duxovka soba - 500 manat, leektrik çaynik - 100 manat, Paltaryuyan - 600 manat, Piknik qabı - 80 manat, Lepkalı konfet qabı 1 ədəd qiyməti 180 manat, samovar - 200 manat, böyük qazan 3 ədəd - 150 manat, mətbəxt üçün stol, stul - 300 manat, Bıçaq dəsti, çəngəl dəsti, ədviyyat dəsti - 200 manat, pərdə 6 yan. pərdələr 3 orta pərdələr 2 aksessuarlarla birlikdə - 2500 manat, İki nəfərlik, yun döşək bir ədəd - 300 manat, yorğan iki nəfərlik 300 manat, 2 uşaq üçün hər uşağa yorğan, döşək, beş ədəd balış, pakrıval, sandıq, stol örtüyü - 2 ədəd bir böyük, bir kiçik, mebeldən uşaq çarpayısı 300 m, stol - 150, kolyaska. Göründüyü kimi qızıl zinət əşyaları ona nikah dövründə hədiyyə verilmişdir. Hal-hazırda cavabdehlər Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şimal” yaşayış sahəsində yerləşən 2-ci döngənin 2 saylı evində yaşayırlar. Ona məxsus cehiz əşyaları və uşaqlarına məxsus bütün əmlaklar cavabdehlərin yaşadığı evdədir. Onun hal-hazırda başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən, iddia ərizəsində göstərilən qızıl komplekt badamı üzük, sırğa, kulon qiyməti - 5000 (beş min) manat, ilana bənzər zəncir (sep) bir ədəd - 1200 manat, qızıl qolbağ badamı - bir ədəd 1000 manat, qızıl nişan üzüyü - 12 qr - 800 manat, Cehiz əşyaları: qonaq dəsti - servant, stol 1 ədəd, stul 8 ədəd, 2 kreslo 2 ədəd cəmi qiyməti - 8000 manat, yataq dəsti - iki nəfərlik çarpayı, iki tumba, termo, stoper- cəmi qiyməti - 2500 manat, xalça 5 ədəd, divan üstü parça örtük 100 manat, mətbəx mebeli - 1200 manat, çay dəsti madonna 200 manat, nahar dəsti madonna - 500 manat, serviz Almaniya istehsalı - 500 manat, xrustal bokal iri 6 ədəd - 150 manat, xrustal bokal xırda 6 ədəd- 150 manat, şam qabı - 150 manat, çay stəkanı - 60 manat, meyvə qabı 2 ədəd paxlava formalı 600 manat, iri gül qabı bir ədəd 600 manat, versaçi firmasının boşqab dəsti - 300 manat, yumru meyvə qabı 4 ədəd - 200 manat, qaşıq, çəngəl sadə 12 ədəd - 50 manat, mürəbbə qapı 2 ədəd - 200 manat, lepkalı kompot qabı, dondurma qabı - 450 manat, bagema gül qabı - 2 ədəd 300 manat, meduza gül qabı lədəd - 100 manat, meduza meyvə qabı lədəd - 70 manat, lepkalı konfet qabı, bir ədəd - 100 manat, mətbəx əşyaları, tefal qazan dəsti - 500 manat, şirəli qazan dəsti - 250 manat, vedrə 2 ədəd 30 manat, ləyən 1 əddə - 15 manat, ət çəkən - 200 manat, şirə çəkən - 200 manat, mikrovolnovka - 300 manat, duxovka soba - 500 manat, elektrik çaynik - 100 manat, paltaryuyan - 600 manat, piknik qabı - 80 manat, lepkalı konfet qabı 1 ədəd qiyməti - 180 manat, samovar - 200 manat, böyük qazan 3 ədəd 150 manat, mətbəx üçün stol, stul 300 manat, bıçaq dəsti, çəngəl dəsti, ədviyyat dəsti - 200 manat, pərdə 6 yan, pərdələr 3 orta pərdələr 2 aksessuarlarla birlikdə - 2500 manat, iki nəfərlik yun döşək bir ədəd - 300 manat, yorğan iki nəfərlik 300 manat, 2 uşaq üçün hər uşağa yorğan, döşək, beş ədəd balış, pakrıval, sandıq, stol örtüyü - 2 ədəd - bir böyük, bir kiçik, mebeldən uşaq çarpayısı 300 m, stol - 150, kolyaska əmlakların cavabdehlər Cavabdeh1 Bədirxan oğlu və Əhmədova Tamamdan alınaraq ona verilməsi, əmlaklar yerində aşkar olmayacağı halda onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi, həmçinin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat və dövlət rüsumu kimi ödədiyi 185,50 (bir yüz səksən beş manat 50 qəpik) manat pulun cavabdehlər Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 Sədi qızı iddia ərizəsinə etirazla məhkəməyə müraciət göstərmişlər ki, 2(007)-2459/2023 saylı mülki iş üzrə İddiaçı "əmlak” tələbinə dair idiasını qismən qəbul edir, qızıl zinyət əşyaları tələbinə dair hissədə qəbul etmirlər. İddiaçı ona və anasına qarşı əmlak, qızıl və zinyət əşyaları tələbinə dair iddiasına məntiqli və əsaslı, ortada mövcud olan faktlara görə etirazlarını bildirirlər. İddiaçı qızıl zinyət əşyaları tələbi hissəsində absur və cəfəngiyyatlar yazmışdır. Çünki o, ailəsinin dağılmaması üçün çox cəhdlər etmişdir. Hansı ki, əvvəllər iddiaçı ilə münasibətləri normal olmuşdur. Sonralar isə onun mütəmadi olaraq yersiz və ailə davranış qaydalarına qarşı atdığı zidd addımlar ailədə söz-söhbətlər yaratmışdır. Çünki, bir ailə başçısı kimi ona və anasına qarşı hörmətsizlik nümayiş etdirmişdir. Dəfələrlə iddiaçı ailədə xırda söz söhbətlər yaradaraq səhərisi günü xəbərləri olmadan valideyinlərinin yanına qayıtmışdır. Getməyi də qısa müddət yox, aylarla olmuşdur. Dəfələrlə zənglərdən və ağbirçək anasının təkidindən sonra geriyə qayıtmışdır. Çünki o da gecə-gündüz övladlarına və ailəsinə görə çörək pulu qazanmaq üçün işləmişdir. Hətta anası belə onların dolanışığı xatirinə işləyərək ona və nəvələrinə köməklik göstərmişdir. Lakin iddiaçı bu illər ərzində evdən icazəsiz ona bildirmədən getmək hərəkətlərini mütəmadi davam etdirmişdir. Son gedişdə isə işdə olduğu müddətdə ailədə heç bir söz-söhbətlər olmadığı halda o, işdə olakən zəng edərək bildirmişdir ki, o anası ilə rayona gedir. O, iddiaçıya bildirmişdir ki, o işini bitirib gəlir söhbət edib bir razılığa gəlməyə. Lakin o onun bütün bu sözlirinə heç bir əhəmiyyət verməyərək bildirdi ki, o gedəcək. Belə olan halda ona demişdir ki, artıq qohum əqraba və qonumqonşu yanında onun bu hərəkət və davranışlarına görə biyabır olmuşlar. Əgər öz başına çıxıb gedərsə bir daha bu evə qayıtmayacaq. Bu söhbətdən sonra müəyyən vaxt kəsiyində anası ona zəng etmişdir. Anası bildirdi ki, həyətin ümumi qapısını döyür qapını açan yoxdur. Həyət qapısının açarı onda olmadığı üçün qapını aça bilmir. Onda ona məlum oldu ki, keçmiş həyat yoldaşı ümumi həyət qapısını bağlayaraq getmişdir. Anasına bildirmişdir ki, həyat yoldaşı ona bildirib ki, anası ilə rayona gedib. Bundan sonra o gedib onda olan açarla qapını acdı. Həyət qapısını açarkən üzbə-üz qonşu da onlara yaxınlaşdı. O, bildirdi ki, bir müddət əvvəl həyat yoldaşı beş-altı çanta ilə maşına minərək uşaqlarla birlikdə getmişdir. Onu gördüyü halda heç bir söz demədiyi üçün onun hara getdiyini bilməmiş və maraqlanmamışdır. Həyətə daxil olduqda həyət qapısının acarını həyətdə görmüşlər. Onlara məlum olmuş ki, ümumi həyət qapısını bağladıqdan sonra açarı hasardan həyətə atmışdır. Mənzilə daxil oluqda bütün mənzildə mövcud olan nə varsa hamsınının eşələndiyinin və pərakəndə halında evin ortasına töküldüyünün şahidi olmuşlar. O və anası gördülər ki, keçmiş həyat yoldaşı özünə və uşaqlara məxsus olan bütün geyim əşyalarını və şeyləri aparmışdır və ilk növbədə özünün qızıl zinyət əşyalarını özünə məlum olan yerdən təbii ki, götürüb aparmışdır. Hətta kosmetikalarını da aparmışdır. İddiaçı da öz iddiasında göstərərək və onların söylədiklərini təstiq edir ki, qarşı tərəf yəni cavabdehlər ona dəfələrlə təklif etmişlər ki, gəl cehizlərini apar. Və cehizləri aparan zaman qızılları da verərlər. İddiaçı özü də hazırda özünün əksinə yazır ki, cavabdeh ona inanmadıqları üçün onun bu təklifini rədd etmişdir. Əgər qızıllar onun dediyi kimi cavabdehlərdə olsaydı iddiaçı nəyə görə onların bu təklifini qəbul etməkdən imtina etmişdir. Əgər onun dediyi doğru olsaydı gəlib əmlakını aparan zaman qızılları qaytarmasaydılar DİN-nə müraciət edərdi. Buradan da açıq aşkar görünür ki, ona məxsus olan cehizləri məqsədli surətdə bir ildir ki, gəlib aparmır və indi də məqsədinə nail olmaq üçün əmlak tələbindən əlavə qızıl zinyət əşyaları tələbinə dair iddiasını qaldırır. iddiaçı ilə ayrıldıqdan bu günə kimi rəsmi iş yeri olmasa da çalışır ki, aliment öhdəliklərini yerinə yetirsin. Lakin uşaqlarını görməyə iddiaçı məhkəmənin qətnaməsi olduğu halda buna ciddi maneəçilik törədir. Uşaqları göstərmir. İddiaçı onun və anasının uşaqları görməsinə ciddi əngəllər törədir. İddiaçının cehiz siyahısında göstərdiyi əşyaların qiyməti tamamilə şişirdilmiş yazılmışdır. Ailə qurduqları dövrdən indiyə kimi bu əşyalar ümumi ailə istifadəsində olmuşdur. Lakin buna baxmayaraq iddiaçı onları ilkin qiymətlərlə göstərmişdir. Birgə yaşayış dövründə müəyyən əşyalar istər istəməz bəziləri sınaraq dağılmışdır. Lakin cehiz tələbinin müəyyən hissəsində düzgün yazılmadığını qeyd edir. Bunlar aşağıdakılardır 1. Mətbəx mebeli (anası özü alıb), 2. paxlava formalı meyvə qabının 1 ədədini uşaqlar sındırıb, 3. Lepqalı konfet qabı olmayıb yoxdur, 4. 2 ədəd yan pərdə yoxdur, 5. 1 uşaq üçün yorğan döşək dəsti yoxdur. Göstərdikləri istisna olmaqla digər əşyalarını qaytarmağa heç bir etirazları yoxdur. Hətta onun siyahısını tərtib etdiyi və 1 çilçırağı unutduğunu nəzərə alaraq onu da qaytarmağa etirazları yoxdur. Bildirir ki, iddiaçı evdən gedən zaman özünə məlum olan yerdən öz qızıl zinyət əşyaları ilə birlikdə ona məxsus nişan üzüyünü və doğum haqqında şəhadətnaməni də aparmışdır. 2(007)- 2459/2023 saylı mülki iş üzrə İddiaçı "əmlak” tələbinə dair iddiası üzrə cehiz əşyaları tələbinə dair hissədə qismən, qızıl zinyət əşyaları tələbi hissəsində isə əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, qaynanası ona demişdir ki, qonşuda oğurluq olub, Amayıl xanımın oğlu narkomandır, oğrudur. Qaynanası oğurluğa görə deyirdi ki, qızıllar onda qalsın. Ondan sonra uşağın şad günündə filan görmüş, sonra da ona qızılları verməyiblər. Qaynanası deyirdi ki, qızılları seyfə qoyub saxlayır. O, Gəncəyə getmişdi, Amil də bilirdi. O, evə qayıdanda evə girə bilməmiş, polisə də məlumat vermişdir. O, 2-3 həftə sonra evə qayıtmışdır, evə girə bilməmişdir. Mətbəx mebelini ona toyda dedilər ki, hədiyyədir. O, heç həmin mebeli istəmir, onu söküb evinə quraşdırası halı yoxdur. İddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Bədirxan oğlu iddia tələbini qismən qəbul edib, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, xalçalar, çay dəsti madonna, nahar dəsti madonna, Xrustal bakallar, şam qabı, 12 ədəd çay stəkanı, paxlava formalı meyvə qabının biri qalıb, biri evdədir, gülqabı, boşqab dəsti qaşıq çəngəl dəsti, mürəbbə qabı 2 ədəd, lepkalı kompot və dondurma qabı, Bagema, 2 ədəd gülqabı, Meduza gülqabı, Meduza meyvə qabı, lepkalı konfet qabı 1 ədəd, tefal qazan dəsti, şirəli qazan dəsti, vedrə 2 ədəd, ləyən 1 ədəd, ətçəkən, şirəçəkən, mikrovalnovka, duxovka soba, elektrik çaynik, paltaryuyan, piknik qabı, samovar, böyük qazan 2 ədəd, mətbəx üçün stol-stul, bıçaq-çəngəl ədviyyat dəsti, 6 yan pərdə, 3 orta pərdə aksesuarla birlikdə, 2 nəfərlik yun döşək, yorğan 2 nəfərlik, yorğan döşək, beş ədəd balış, pakrıval, sandıq, stol örtüyü, böyük ya da kiçik olduğunu bilmir, uşaq çarpayısı və kalyaska, stoldediklərinin hamısı var. Əlavə olaraq 2 ədəd lüstur, mikser və siyahıda qeyd etdiyi digər əşyalar da var. Bu əşyaların heç biri ona lazım deyil. Sabunçu Rayon Məhkəməsində olan proses zamanı da təkqaş üzük və sepi də iddiaçıda idi. O, rayona getməzdən 2-3 gün qabaq Türkan ona demişdi ki, gedir. Zəng etdi ki, “mən Gəncəyə gedirəm”. Gəncəyə çatanda isə demişdir ki, Gədəbəyə gedəcək. Ona iddiaçının əşyaları lazım deyil, gəlsin nəyi varsa evindən aparsın. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Sədi qızı iddia tələbini qismən qəbul edib, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, Amilin dediklərini təsdiq edir. İddiaçının dediyi qonşuda oğurluq olması məsələsi isə düzgün deyil. Öz qızılını özündə saxlayır, o, seyfin nə olduğunu ilk dəfə eşidir. O, qazancını qarderobunda dəsmallarının arasında şkafda saxlayırdı. Türkan da onun otağında gəzdiyi üçün onu otaqdan çıxarmışdır. Onun bağlı yeri də yoxdur ki, qızılları saxlasın. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında göstərdi ki, Türkanı tanıyırdı. O, uzun illərdir qonşudur. Bir dəfə o, qapını açanda görmüşdür ki, bir maşın dayanıb, Türkan çantaları maşına toplayır. O, istəmişdir ki, Bəşirə yaxınlaşsın soruşsun ki, haraya gedirlər. Türkan çantaları maşına toplayanda qızıl sepi, klonu və barmağında üzüyü var idi. Sonra o, Tamara xanıma yaxınlaşmışdır ki, gəlinin hara gedir. Türkanı bu hadisədən sonra görməmişdir. Tamara xanım tez-tez onların evinə gəlib gedirdi, dava-dalaşlarını eşitməmişdir. Bəlkə də ailə daxilində davaları olub, lakin belə davalarını eşitməmişdir. O, Amili Türkan gedəndə görməmişdir, Amil çantaları maşına yükləyəndə yox idi. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərdi ki, o, 2016-cı ildə mətbəx mebelini yığmışdır, sexdə usta işləyirdi. Mətbəx mebelinin korpusu laminat idi, 4 metrlik idi. Qiyməti 1200-1300 manat idi, pulu da Amil verib. 350-400 manata “prixoji” yığılmışdı. O, Amili mebel yığanda tanımışdır. Türkan xanımı tanımamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(008)- 5150/2022 saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh1 Bədirxan oğlu arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 2325 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdü X8 anaları X1 yanında saxlanılmaları, xx.xx.2018-ci ikl təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir; - MŞB/9-00685 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - xx.xx.2023-cü il tarixli 17760 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - xx.xx.2023-cü il tarixli 28608 nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 185.50 manat dövlət rüsumu ödəmişdir; - İddiaçı tərəf məhkəməyə qızıl əşyalarının əks olunduğu fotoşəkilləri təqdim etmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 Bədirxan oğlu 14 sentyabr 2017-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə birlikdə yaşamış, ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, məhkəmənin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırkı halda İddiaçı ona məxsus olan qızılzinət və cehiz əşyalarının, onlar olmadıqda dəyərinin cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı gəlin köçərkən Cavabdeh1 Bədirxan oğlunun mənzilinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin “cehiz əşyaların qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında cavabdehlər iddia tələbində qeyd olunan cehiz əşyalarından 1200 manat dəyərində mətbəx mebeli və Almaniya istehsalı servis istisna olmaqla, qalan bütün əşyaların evdə olduğunu, iddiaçı tərəfindən həmin əşyaların götürülməsinə heç bir etirazlarının olmadığını bildirməklə, iddia tələbini həmin hissədə qəbul etdiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, cavabdehə məxsus mənzildə müəyyən edilmiş əşyaların dəyərinin alınması üçün əsas yoxdur, naturada mövcud olduqları üçün həmin əşyaların özləri iddiaçıya qaytarılmalı, onların dəyərinin cavabdehdən alınması hissəsində iddia təmin edilməməlidir. Cehiz əşyalarından Almaniya istehsalı servisin çatışmaması ilə bağlı məhkəmə qeyd edir ki, göründüyü kimi həmin əşya məişətdə işlənən əşyadır, tərəflərin birgə nikah dövründə onun işlənərək yararsız hala düşməsi və yaxud sınması realdır, mənzildən aşkar olunmuş əşyalara nisbətdə əhəmiyyətli çatışmazlıq hesab olunmadığına görə onun cavabdeh tərəfindən gizlədilməsi ağlabatan deyil, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməli, mövcud olmadıqları halda belə onların dəyəri cavabdehdən alınmamalıdır. Bundan başqa, iddia tələbində qeyd olunan 1200 manat dəyərində mətbəx mebelinin ümumiyyətlə cavabdehlərə məxsus olmaqla cehiz əmlakı olmadığı sübuta yetirilmiş, Almaniya istehsalı servisin isə mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 Sədi qızı ilə nikaha daxil olarkən ona hədiyyə şəklində qızıl-zinət əşyalarının verilməsi işin mübahisəsiz halıdır, tərəflər bu faktı mübahisələndirmirlər. Burada, cavabdehin irəli sürdüyü dəlillər, qəbul etmədiyi hal- iddia ərizəsində qeyd edilən, 1 ədəd qızıl komplekt badamı üzük, sırğa və kulonun, 1 ədəd ilanabənzər zəncir boyunbağının, 1 ədəd qızıl badamı qolbağın, 1 ədəd 12 qramlıq qızıl nişan üzüyünün iddiaçı tərəfindən evdən gedərkən özü ilə aparmasından ibarətdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, göstərilən qızıl-zinət əşyalarının cavabdehdə olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçının təqdim etdiyi sübutlarla bağlı nəzərə alınmalıdır ki, o, qeyd olunan qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edəcək fotoşəkillər təqdim etsə də, həmin fotoşəkillərdən həmin qızıl-zinət əşyalarının mövcud olması müəyyən olunmur, habelə bu fotoşəkillər özlüyündə yalnız hansısa qızıl-zinət əşyalarının olmasını təsdiq edə bilər, lakin mübahisənin mahiyyəti onunla bağlıdır ki, iddiaçı həmin əşyaların cavabdehdə qaldığını, özü ilə aparmadığını iddia edir, ona görə həmin fotoşəkillər iddianı əsasını təşkil edən sübut qismində qəbul edilə bilməz. Bununla yanaşı iddiaçının təqdim etdiyi fotoşəkillərdən də həmin qızıl-zinət əşyalarının hansı adda, formada qızıl əşyası olduğunu, onların iddia ərizəsində qeyd olunan əşyalara aid olduğunu müəyyən etmək mümkün deyil, buna görə də iddia qızıl-ziynət əşyalarının qaytarılması hissəsində rədd edilməlidir. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı təmin olunmayan hissədə iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şimal” yaşayış sahəsi, 2-ci döngə, 2 saylı evdə olan əmlaklar – Qonaq dəsti - servant, stol, 8 ədəd stul, 2 kreslo, yataq dəsti - iki nəfərlik çarpayı, iki tumba, termo, stoper, 5 ədəd xalça, divan üstü parça örtük, çay dəsti madonna, nahar dəsti madonna, 6 ədəd Xurustal bokal iri, 6 ədəd Xrustal bokal xırda, Şam qabı, Çay stəkanı, 2 ədəd paxlava formalı meyvə qabı, bir ədəd iri gül qabı, versaçi firmasının boşqab dəsti, 4 ədəd yumru meyvə qabı, 12 ədəd qaşıq, çəngəl sadə, 2 ədəd mürəbbə qabı, lepkalı kompot qabı, dondurma qabı, bagema gül qabı 2 ədəd, Meduza gül qabı 1 ədəd, Meduza meyvə qabı 1 ədəd, lepkalı konfet qabı bir ədəd, mətbəx əşyaları: tefal qazan dəsti, şirəli qazan dəsti, vedrə, ləyən, ət çəkən, şirə çəkən, mikrovolnovka, duxovka soba, elektrik çaynik, paltaryuyan, Piknik qabı, Lepkalı konfet qabı, samovar, böyük qazan, mətbəx üçün stol, stul, Bıçaq dəsti, çəngəl dəsti, ədviyyat dəsti, pərdə 6 yan pərdələr, 3 orta pərdələr 2 aksessuarlarla birlikdə, İki nəfərlik, yun döşək bir ədəd, yorğan iki nəfərlik, 2 uşaq üçün hər uşağa yorğan, döşək, beş ədəd balış, pakrıval, sandıq, stol örtüyü - 2 ədəd bir böyük, bir kiçik, mebeldən uşaq çarpayısı, 1 ədəd stol, 1 ədəd kolyaska Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 Sədi qızından alınaraq, İddiaçı verilməli, həmçinin 50 manat mediasiya xərci və 185.60 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şimal” yaşayış sahəsi, 2-ci döngə, 2 saylı evdə olan əmlaklar – qonaq dəsti - servant, stol, 8 ədəd stul, 2 kreslo, yataq dəsti - iki nəfərlik çarpayı, iki tumba, termo, stoper, 5 ədəd xalça, divan üstü parça örtük, çay dəsti madonna, nahar dəsti madonna, 6 ədəd Xurustal bokal iri, 6 ədəd Xrustal bokal xırda, Şam qabı, Çay stəkanı, 2 ədəd paxlava formalı meyvə qabı, bir ədəd iri gül qabı, versaçi firmasının boşqab dəsti, 4 ədəd yumru meyvə qabı, 12 ədəd qaşıq, çəngəl sadə, 2 ədəd mürəbbə qabı, lepkalı kompot qabı, dondurma qabı, bagema gül qabı 2 ədəd, Meduza gül qabı 1 ədəd, Meduza meyvə qabı 1 ədəd, lepkalı konfet qabı bir ədəd, mətbəx əşyaları: tefal qazan dəsti, şirəli qazan dəsti, vedrə, ləyən, ət çəkən, şirə çəkən, mikrovolnovka, duxovka soba, elektrik çaynik, paltaryuyan, Piknik qabı, Lepkalı konfet qabı, samovar, böyük qazan, mətbəx üçün stol, stul, Bıçaq dəsti, çəngəl dəsti, ədviyyat dəsti, pərdə 6 yan pərdələr, 3 orta pərdələr 2 aksessuarlarla birlikdə, İki nəfərlik, yun döşək bir ədəd, yorğan iki nəfərlik, 2 uşaq üçün hər uşağa yorğan, döşək, beş ədəd balış, pakrıval, sandıq, stol örtüyü - 2 ədəd bir böyük, bir kiçik, mebeldən uşaq çarpayısı, 1 ədəd stol, 1 ədəd kolyaska Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 Sədi qızından alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödəniliş 185,60 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Bədirxan oğlu və Cavabdeh2 Sədi qızından müştərək qaydada tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2459/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2459/2023
24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver