Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2520/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın ½ hissədə bölünməsi və həmin hissədə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın ½ hissədə bölünməsi və həmin hissədə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdehlə aralarında ər-arvad münasibətlərini kəsmişlər. Aralarındakı nikah məhkəmə tərəfindən pozulmuş və uşaqların onun himayəsində qalması qət edilmişdir. Həmçinin bildirir ki, birgə nikah dövründə 2015-ci ilin dekabr ayından başlayaraq Abşeron rayonu, Saray qəsəbəsi, İlkin Məmmədov küçəsi, 4 otaqdan ibarət yaşayış evini tikməyə başlamışlar. Həmin yaşayış evini birgə nikah dövründə əsaslı təmir etmişlər. Həmin evin təmir və tikintisinə 11000 ABŞ dolları məbləğində pul cavabdehə və bacısı X2 verilmişdir. Bunu sübut edən səs yazıları və şahidlər var. Lakin, ər-arvad münasibətləri pozulduğundan cavabdeh onu məcburi evdən çıxarmışdır. Maddi imkanı pisdir, cavabdeh ona yardım etmir. Birgə nikah dövründə yaşadıqları və təmirinə-tikintisinə birgə xərc çəkdikləri Abşeron rayonu, Saray qəsəbəsi, İlkin Məmmədov küçəsi, 4 otaqdan ibarət yaşayış evinin qiymətləndirilməsi və həmin evin qiymətinin ½ hissədə paylar müəyyən edilərək evin qiymərtləndirildiyi məbləğə uyğun olaraq ½ hissəsinin bərabər şəkildə bölünməsi, cavabdehdən mediasiyaya görə ödənilmiş 60 manat və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, o, iddiaçının iddia tələbində yazılanlarla razı deyil və bildirmək istəyir ki, bu torpaq sahəsi onun adına olsa da onun faktiki sahibi bacısı X3r. Belə ki, ailə problemləri ilə baglı bacısı məsləhət bildi ki, həmin vaxt o, subay olduğu ücün torpaq sahəsini onun adına alsın və o da buna etiraz etməmişdir. Bu torpaq sahəsi adına alınan zaman (2013-cü ildə) o, bacısının adına bütün hüquqlara dair də baş etibarnamə vermiş və həmin ərəfələrdə bacısı, həyat yodaşı X16 oglu ilə bu torpaq sahəsi üzərində ev tikmiş və bu torpaq sahəsi üzərində olan tikili ilə birlikdə onlara məxsusdur. Bu səbəbdən də onlar ailə həyatı quran zaman (2015-ci ildə) qardaşı Cəfərov Emilə məxsus fərdi evdə yaşamışlar. Lakin iddiaçı qardaşı ilə və valideynləri ilə yola getmədiyi üçün (2020-ci ildə) o, bacısından xahiş etmişdir ki, onlara müvəqqəti həmin evdə yaşamağa icazə versin və bacısı da etiraz etmədi və bir müddət sonra isə onunla yola getmədi və özünə məxsus olan, hətta birgə nikah dövründə aldığı əmlakları o, evdə olmayan vaxt evdən götürərək getmişdir. O, azyaşlı uşağının xətrinə həmin əmlakları ondan geri tələb etməmiş və məhkəmədə boşanma barədə iddia qaldırmış, aralarında bağlanmış nikah ləğv olunmuşdur. Bir daha bildirir ki, nə o, nə də iddiaçı evin tikintisinə vəsait qoymamışlar, həmin ev bacısına məxsusdur və bütün vəsaiti də o xərcləmişdir, bu faktı təsdiqləyən sübutları da vardır və həmin sübutlar məhkəməyə təqdim olunacaqdır. Buna görə də iddia tələbini qəbul etmir, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizədə göstərilən dəlilləri müdafiə etdi, əlavə olaraq göstərdi ki, qeyd oluan ev birgə nikah dövründə 2015-ci ildə tikilib. Pulu anası Aynura verib. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazın dəlillərini müdafiə edib, iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, 2013-cü ildə torpaq sahəsi alınıb və görünür ki, tərəflər bu zaman birgə nikahda olmayıblar. Baxmayaraq ki, torpaq Cavabdeh adınadır, lakin torpaq əslində cavabdehin bacısı X1 məxsusdur. Torpaq sahəsi alınan gün hətta Cavabdeh bacısına torpaqla bağlı baş etibarnamə də vermişdir. Aynur xanım torpağı subay qardaşının adına alıb. Daha sonra həmin torpaq sahəsi üzərində Cəfərova Aynurun vəsaiti hesabına fərdi yaşayış evi tikilib. Torpaq sahəsi alınandan 2 il sonra İddiaçı və Cavabdeh nikaha daxil olub. Həmin evdə yaşayan vaxt 2022-ci ilin noyabrında iddiaçı bütün əşyaları götürüb evdən gedib. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəməyə iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid X4 ifadəsində göstərmişdir ki, o, Ramilənin anasıdır. Onun yoldaşı Qazaxıstanda işləyir, pul göndərir. Özü də 3 il Qazaxıstanda yaşamışdır. Qazaxıstandan gələndə özü ilə 10000 dollar pul gətirmiş və Aynur Cəfərovaya pulu vermişdir. Pulu qızına yox, Aynurə Cəfərovaya vermişdir. Aynurə İddiaçı baldızı idi. Pulu ev tikməkləri üçün vermişdir. Pulu ona görə Aynurəyə verdi ki, evin tikintisinə o nəzarət edirdi, pulu o xərcləyirdi. Tikinti işlərini Aynur aparıb, Aynur nəzarət edirdi. Ramilənin Murad ilə toyları 2014-cü ildə olub, lakin rəsmi nikahları 2015-ci ildə bağlanılıb. Qızı gəlin köçməmiş o pulu Aynura vermişdi. Qızı 2013-cü ildə nişanlanıb, o da pulu o vaxt vermişdir. O, Aynura pulu verəndə Aynurun anası da orda idi, indi anası rəhmətə gedib. Evin kupçası yoxdur. Qızı 2022-ci ilin noyabrında o evdən çıxıb, ancaq əşyaları o evdə qalıb. Belə ki yalnız stol və stullarını oradan çıxarma üçün getmişdir, qalan əşyaları habelə uşağın paltarları, özünün paltarları hamısı o evdə qalıb. Əvvəl Keşlədə yaşayıblar, Muradın da adı orda idi. Əvvəl Ramilə qaynana və qaynata ilə birlikdə qalırdı. Saray qəsəbəsində 5 otaqlı ev tikilib, Aynura 10000 dollar verdikdən sonra 2000 dollar da yenə pul vermişdir. Məhkəməyə iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, 2013-cü ilin 13 sentyabrında anası pulu Aynura verib. Pulu verən zaman anası, o, bacısı, qardaşı və Aynur Cəfərova ilə Xatirə Cəfərova orada olub. Anası pulu Keşlə qəsəbəsində verib, oradan çıxıb Qazaxıstana getmək üçün o, anası, bacısı, qardaşı aeroporta gedirdi. Anası pulu 2013-cü ildə Aynura vermişdi, onda 16 yaşı var idi. Aynur demişdi ki, ev tikmək lazımdır, ona görə pulu götürdü. Murad pulu verəndə evdə yox idi. Pul veriləndə bacısı nişanlı idi. Anası pulu verəndən 1 il yarım sonra ev tikildi. Bacısı Keşlədəki evə gəlin köçdü. Məhkəməyə cavabdehin vəsatəti əsasında dəvət edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, onlar uzaq qohumdurlar. Nişan 2013-cü ildə yox 2015-ci ildə səhv etmirsə olub. Toyları 2014 və 2015-ci ildə səhv etmirsə olub. 2013-cü ildə gəl-get olub, ona heç nə pul verməyiblər. Ramilə dəfələrlə onkoloji xəstə olan anasını incidib deyə evlərini ayırmaq qərarına gəlmişlər. O, qarşı tərəflə yalnız uşağa görə əlaqə saxlamışdır. Evi tez tikib, 5-6 aya damını vurmuşlar. Tikən kimi köçə bilməmiş, şərait yox idi deyə dərhal köçə bilməmişlər. Oranın qazını, suyunu o, çəkdirmiş, sayğac bir ədəd olub. Saray qəsəbəsində torpağı 2013-cü ilin avqust sentyabr aylarında, yay aylarında almışlar. Qardaşı ona 60 illik etibarnamə verib ki, evi satsın və ya bağışlasın. Qardaşım subay idi, həm də ailədə narazılıq olmasın deyə qardaşının adına torpağı almışlar. O nə lazımdısa təmir və digər şeyləri özü etmişdir. Usta işində də haqq hesabı o, etmişdir. Ramilə ata evinə gəlin gəlib, evin ünvanı Keşlə qəsəbəsi, Sabir küçəsi ev 43, m 3-dür. Məhkəməyə cavabdehin vəsatəti əsasında dəvət edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, 2006-cı ildən ustalıq edir. Ev təmiri ilə məşğul olurdu. Onu təmir üçün Aynur xanım çağırdı. Onlar Saray qəsəbəsində Aynur xanımgil ilə qonşu olmuşlar. Evin alçipanı vurulub, təmir işləri etmişdir. O, təmirə başlayanda ev tikilmişdi. Ev səhv etmirsə 2015-ci ildən tikilməyə başladı. Ona pulu Aynur xanım verirdi. Ramilə xanımı o evə köçəndə görmüşdür. Ramilə xanım o evdə ağartma işləri edəndə orada idi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MŞB18-00999 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 59 manat mediasiya xərci ödəmişdir. - xx.xx.2023-cü il tarixli, 14310 nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 42 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh X2 onun bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və sərəncam verməyi və.s hüquqları etibar etmişdir, etibarnamə xx.xx.2063-cü ilədək qüvvədədir. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh adına tam payda xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. - AZ-T seriyalı 051070 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğu ilə X5 xx.xx.2015-ci ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 19 may 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın ½ hissədə bölünməsi və həmin əmlak üzərində payların müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunanlarla müəyyən olundu ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmişlər, iddia tələbində qeyd olunan əmlakın yerləşdiyi torpaq sahəsi cavabdehin adına olsa da, həmin torpaq sahəsi birgə nikah dövründə deyil, birgə nikahdan əvvəl əldə edilmişdir. Həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi isə sənədsizdir. İddiaçı ilə Cavabdeh isə 19 may 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Belə olan halda, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd CD diskdə isə iddia tələbini əsaslı hesab edə biləcək hər hansı hal müəyyən edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın ½ hissədə bölünməsi və həmin hissədə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın ½ hissədə bölünməsi və həmin hissədə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2520/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2520/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver