Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2529/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1614/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixindən başlayaraq ondan Cavabdeh xeyrinə xx.xx.2019-cu ildə birgə nikahdan doğulan X1 üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilib. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də işləmişdir, xx.xx.2022-ci il tarixli 228K nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda isə heç bir yerdə işləmir, faktiki gəlir yeri yoxdur.Əmək müqaviləsinə xitam verildikdən sonra alimentin sabit pul məbləğinə dəyişdirilməsi məqsədilə cavabdeh həmin dövrdə Naxçıvan MR, Şərur rayonu. Dəmirçi kəndində qeydiyyatda olduğu və yaşadığına görə tərəfindən X2 müraciət olunub, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə həmin proses baş tutmayıb və müvafiq arayış verilib. 28 iyun 2022-ci il tarixli arayışından da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən 50 manat ödənilib. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1614/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin miqdarı “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış münimumu haqqında”qanuna əsasən dəyişdirilərək sabit pul məbləğində 193 manat müəyyən olunması haqqında qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1614/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallrında olan əmək kitabçasının surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzindən verilmiş 27 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində İddiaçı adına qüvvədə olan əmnək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin dəyişdirilərək sabit pul məbləğində 193 manat müəyyən olunmasını onunla əsaslandırmışdır ki, hal-hazırda işsizdir. Lakin bu hal alimentin birmənalı olaraq sabit məbləğdə tutulmalı olması üçün əsas vermir. Belə ki,təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı işəgötürənin təşəbbüsü ilə deyil, öz ərizəsinə əsasən işdən azad olunub. Hal-hazırda alimentin sabit pul məbləğində tutulması barədə qərar qəbul edilərsə və iddiaçı yenidən əmək fəaliyyətini davam etdirib yüksək əmək haqqı alarsa, onda cavabdehin himayəsində qalmış azyaşlı uşağın diqqətəlayiq mənafeyi pozula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2529/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2529/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver