Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2530/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçınnı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçınnı nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs 01 avqust 2018-ci ildən "xxxx" MMC-də 36 saylı marşurutda sürücü işləyib. İşə qəbul olunan günü o, əmək kitabçasını əmək müqaviləsi bağlanılması üçün müəssisənin rəhbərliyinə təqdim edib. Ona 300 manat əmək haqqı təyin ediblər. Lakin işlədiyi müddət ərzində bir dəfə də olsun iddiaçıya əmək haqqı ödənilməyib. 2022-ci ilin may ayının sonunda iddiaçıya böyük məbləğdə pul lazım oldu və müəssisənin rəhbərliyindən işlədiyi müddət üçün əmək haqqını tələb etdi. Bundan az sonra 2022-cı ilin iyun ayında iddiaçıya bildirdilər kı,işdən azad olunub, lakin ona heç bir sənəd təqdim etmədilər və bundan sonra iddiaçıya məlum oldu ki, müəssisənin müdiriyyəti tərəfindən iddiaçı ilə əmək müqaviləsi yalnız xx.xx.2022-ci ildə rəsmiləşdirilib. Bu çox ciddi qanun pozuntusudur. Beləki, bununla müəssisənin rəhbərliyi həm dövlətə, həm də iddiaçıya böyük zərər vurub. Yəni həm vergidən yayınıblar, həm də sosial müdafiə fonduna iddiaçının əmək haqqına görə ödənişlər edilmədiyi üçün iddiaçının gələcəkdə pensiya təminatına ciddi zərər vurublar.Həmçinin bildirmək istəyir ki, "xxxx" MMC tərəfindən iddiaçıya nəzərdə tutulan əmək haqqı bir dəfə də olsun ödənilməyib. İddiaçı ödənilməmiş əmək haqqının ödənilməsi üçün "xxxx" MMC-nin rəhbərliyinə müraciət edib, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməyib. Bundan sonra təkrar "xxxx" MMC yə müraciət edərək problemin Mediasiya vasitəsi ilə həll olunmasını təklif etmişlər. Lakin cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Qeyd olunanlara əsasən 01 avqust 2018-ci ildən 01 iyun 2022-ci ilə qədər müddət üçün ödənilməyən 13800 manat məbləğində əmək haqqının cavabdeh "VƏTƏN AZ-TRANS” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini,eyni zamanda cavabdeh tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia ərizəsində göstərilənlər və hazırda qarşı tərəfin bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, iddiaçı 07 yanvar 2022-ci ildən 13 may 2022-ci il tarixdə müəssisədə sürücü vəzifəsində işləyib. Həmin dövrdə ona təyin olunan əmək haqqını imza edərək təhvil alıb, onlar işçilərin əmək haqqını gündəlik olaraq təqdim edirlər və iddiaçı da hamı kimi öz pulunu alıb. İddiaçı müəssisədə cəmi 5 ay işləyib və ona hər hansı bir ödənilməmiş əmək haqqı qalmayıb. Odur ki, qeyd olunanları nəzərə alıb, iddianın təmin olunmamasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Əmək Müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000500 saylı,xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də 36 saylı marşrut xəttinə sürücü peşəsi üzrə işə qəbul olunub.Aylıq əmək haqqı 300 manat müəyyən olunub. İş materiallarında olan mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, İddiaçı xx.xx.2018-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019-cu il dövründə “Kənan-2000” şirkətində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən:
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 42.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada əmək müqaviləsi xx.xx.2022-ci il bağlanmışdır.İddiaçı 01 avqust 2018-ci il tarixdən 2022-cı ilin iyun ayına qədər cavabdeh müəssisədə işlədiyini bildirsə də, mərkəzləşdirilmiş portal çıxarışından görünür ki,o, xx.xx.2018-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019-cu il dövründə “Kənan-2000” şirkətində işləmişdir. İddiaçının təqdim etdiyi yol vərəqələri və qeyri rəsmi ödəniş sənədləri,onun rəsmi olaraq "xxxx" MMC-də müqavilə əsasında işləməsinə dələlət etmir. İddiaçının bu və ya digər şərtlərlə qeyd etdiyi tarixlərdə cavabdeh müəssisədə öz razılığı ilə,rəsmi əmək müqaviləsi bağlamadan müəyyən işlər gördüyü istisna olunmasa da,rəsmi müqavilə olmadığından,müəssisənin ona borcunun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki,iddiaçının təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün yetərli deyil. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev