Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2569/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Cavabdeh qarşı “uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılmasına məhdudiyyət qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2011ci il təvəllüdlü X1 Cavabdeh tərəfindən atası İddiaçı razılığı olmadan ölkə xaricinə aparmaq hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2017-ci il tarixli, 2(103)-12380/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2017-ci il tarixli qətnamənin qismən ləğv edilməsi, həmin qətnamədə ifadə olunmuş və iddiaçı Cavabdeh verilmiş cavabdeh İddiaçı razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keçirilməsi üçün verildiyinin müəyyən edilməsi, iddiaçı Cavabdeh üzərinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 12 sentyabr 2017-ci il tarixli qətnaməyə əsasən cavabdeh İddiaçı razılığını almadan 05 may 2011-ci il təvəllüdlü X2 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, mümkün olduğu halda həmin ölkənin şəhəri (şəhərləri), səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 (on) gün qabaq yazılı məlumat vermək vəzifəsinin qoyulması, qalan hissədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. O cümlədən, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(007)-417/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı 05 may 2011-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək, 2 yanvar (Yeni il bayramında) saat 11:00-dan saat 17:00-dək və 22 mart (Novruz bayramında) saat 11:00dan saat 17:00-dək, Bakı şəhərində icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırkı halda, iddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını övladı 05 may 2011-ci il təvəllüdlü X1 Cavabdeh tərəfindən onun razılığı olmadan ölkə xaricinə aparmaq hüququnun məhdudlaşdırılması təşkil edir, hansı ki, işdə olan sübutlarla müəyyən olunur ki, uşağın ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı atanın razılığı məsələsinə münasibətdə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2017-ci il tarixli, 2(103)- 12380/2017 saylı yekun məhkəmə aktı mövcuddur. Bununla yanaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(007)-417/2018 saylı qətnaməsi ilə, hazırkı iddiaçının uşaqla ünsiyyət hüququ təmin edilmişdir, həmin qətnamənin icrasının təmin edilməsi icra məmurunun səlahiyyətindədir və qətnamənin icrası ilə bağlı müvafiq icra hərəkətləri qanunvericiliklə müəyyən olunmuş qaydada tənzimlənir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş 28755 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC, Neftçilər kart mərkəzi filialı, VÖEN: **********, büdcə səviyyə kodu: 142211, terminal nömrəsi K0211011, GPP qəbz nömrəsi: **********, Əməliyyat İD: 254232278, Tarix: xx.xx.2023, saat: 11:04). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, mülki işin məhkəmə icraatı mümkün olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, iddia ərizəsi əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılmasına məhdudiyyət qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, Neftçilər kart mərkəzi filialı, VÖEN: **********, büdcə səviyyə kodu: 142211, terminal nömrəsi K0211011, GPP qəbz nömrəsi: **********, Əməliyyat İD: 254232278, Tarix: xx.xx.2023, saat: 11:04) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2569/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2569/2023
14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver