Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-26/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı X8, Cavabdeh və onun vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X8 Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ata qrafasında qeydin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 Cavabdeh qarşı “ata qrafasında qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 1999-cu ildə anadan olan X12 və 30 iyun 2006-cı il təvəllüdlü X9 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə ailə qurmuş, lakin bir müddət yaşasalar da uşaqları olmamışdır və həkimlərin bildirdiyinə görə onun uşağı ola bilməzdi. Ona görədə cavabdeh ona bildirmişdir ki, bacısı uşaq evində işləyir və istəyir ki, qeyri- rəsmi bir uşaq götürüb saxlasın. Həmin vaxt Cavabdeh ilə rəsmi nikaha daxil olmamışdı və uşağı saxlamağa etiraz etməsə də, atalığını qəbul etməmiş, heç bir yerdə bu barədə razılıq verməmişdir. Sonradan cavabdehlə 19 aprel 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq yaşasalar da uşaqları olmamışdır və o, 2004-cü ilin sonlarından Rusiya Federasiyasına işləməyə getmişdir. Bundan sonra Bakı şəhərinə gələrkən evdə cavabdehin başqa şəxsdən ikinci uşağının olmasını görmüş, buna görə aralarında mübahisə olmuş və o, polis şöbəsinə şikayət etmiş, orada uşaqların ona aid olmaması ilə əlaqədar araşdırma aparılmışdır. Cavabdehin xəyatətindən sonra o, Rusiya Federasiyasına qayıdaraq bir daha geri qayıtmamış və həmin hadisədən sonra onunla heç bir vaxt əlaqə saxlamamışdır. Cavabdeh bundan istifadə edib başqa şəxsdən əldə etdiyi Murad və Rəsul adlı uşağı da nikahda olduqlarına görə onun adına sənədləşdirmişdir. Halhazırda cavabdehin onunla nikahda olmasına baxmayaraq üçüncü uşağı da olmuşdur. Nikahdan əvvəl əldə edilən Murad adlı uşağın doğum haqqında şəhadətnaməsində uşağın valideyini olmasına dair heç bir yerdə razılıq verməmişdir. Nikahdan sonra doğulan Rəsul adlı uşağın doğum haqqında şəhadətnaməsində isə ata kimi onun adı qeyd olunsada bundan xəbəri olmamışdır. Uşağın anadan olmasından 9 (doqquz) ay əvvəl Azərbaycanda olmamışam və həmin müddətdə cavabdeh də Azərbaycandan kənarda olmadığı halda 30 iyun 2006-cı ildə anadan olan uşağın atası olması istisnadır və ona görədə 11 mart 1999cu ildə anadan olan X12 və 30 iyun 2006-cı il təvəllüdlü X9 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunması etibarsız sayılmalıdır. Uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında onun adının yazılmasını 03 mart 2017-ci il tarixdə aliment tələbinə dair qətnaməni rəsmi qaydada əldə edəndən sonra bilmişdir. Hazırki, iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iclasında 30 iyun 2006-cı il təvəllüdlü X10 bioloji atası olmamasına dair müvafiq ekspertiza keçirilməsinə dair vəsatət verəndən sonra cavabdeh məhkəməyə Nizami rayon Məhkəməsinin 2(007)-5906/20İ6 saylı 27 oktyabr 2016-cı il tarixli qətnaməsini təqdim etmişdir və həmin qətnamədən müəyyən olunmuşdur Cavabdeh onu ölmüş elan etdirmişdir. Ona görədə Nizami rayon Məhkəməsinin 2(007)-4171/2017 saylı 25 iyul 2017-ci il tarixli qərardadı ilə onun, Cavabdeh qarşı “uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılmasına dair” iddia ərizəsi ilə əlaqədar mülki işin icraatına xitam verilmişdir. Halhazırda Nizami rayon məhkəməsinin 2(007)-5906/2016 saylı 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin onun ölmüş elan olunmasına dair qətnamə ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, 11 mart 1999-cu ildə anadan olan X14 güya o, doğum evindən götürmüşdür. Doğum evi uşaq paylamır ki, oradan uşaq götürsün, həmin uşağı cavabdehin bildirdiyinə görə bacısı uşaq evində işlədiyindən oradan götürmüşdür. Məhkəmə iclasında iddiaçı X13 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, X3 özü evə gətirib övladları kimi böyütməyi təklif etmiş, hətta iddia ərizələrində də özü təsdiq etmişdir ki, uşağı götürüb saxlamağa etiraz etməmişdir. Uşaqların 8 yaşına kimi böyüdülməsində çox böyük zəhməti olmuş, uşaqlarına və ailəsinə böyük qayğı göstərmiş, uşaqlarının yolunda dəfələrlə qurban kəsib paylamış, qohum-əqrabasının evinə aparıb-gətirmişdir. Nəriman qardaşı qızı 13 yaşlı Leyla Rəhimovanın onların evinə gəlib uşaqlara baxmaqda ona kömək etməsinə də şəxsən özü təşəbbüs göstərmişdir. Bütün bunları sübut edən fotoşəkillər də vardır ki, onları məhkəməyə təqdim edəcəkdir. X18 1999-cu ildə, X15 2006-cı ildə doğulmuş, R.Nəriman isə 2007-ci il yanvarın 18-də öz xətti ilə əlyazması ilə ona məktub yazaraq qeyd etmişdir ki, «mən Rusiyaya gedim, 3 gündən sonra Sizə pul göndərəcəyəm, daha sonra isə sizi öz yanıma aparacağam». Çünki Nəriman ailəsini və uşaqlarını həmin vaxtlarda çox sevib qayğı göstərmişdir. Sonradan Nərimanın ailəsindən uzaqlaşıb, pul göndərməməsinə səbəb isə qardaşı ilə arvadının onu ailəsindən uzaqlaşdırmaq və onlara pul göndərməmək, həmin pulları onlara xərcləmək üçün min bir yolla etdikləri cəhdlər, yalanlar olmuşdur. R.Nəriman onun üstünə şər ataraq, ərizəsində qeyd etmişdir ki, polislər Sədaqətin Nərimana xəyanət etməsini, Nərimandan uşağının olmamasını sübut etmişlər. Axı polislərin bu işlə nə əlaqəsi ola bilər və buna dair Nərimanın heç bir sübutu belə yoxdur. Bütün bu yazdıqları ilə Nəriman ona şər-böhtaniftira ataraq, şərəf və ləyaqətini alçaltmaq istəmişdir. Lakin onun söylədiklərinin sübut olunmaz olduğu, şər-böhtan olduğu aşkardır. O, hazırda özü İİ qrup əlil olmaqla qanazlığından (anemiya) əziyyət çəkən 2 uşağını Murad və Rəsulu saxlamaqla, onların müalicəsi ilə məşğul olmaqla, çox çətin maddi sıxıntılar içərisində yaşayır. Özünün də müalicəyə ehtiyacı var. Belə çətin vəziyyətində Nərimanın ona dəstək olmaması, ona maddi və mənəvi yardım göstərməməsi, qaçıb gizlənməsi, bu günə qədər bir qəpik də olsa aliment verməməsi, aliment verməmək üçün müxtəlif bəhanələr taparaq ona şər-böhtan atması onun onsuz da pis olan vəziyyətini bir daha pisləşdirmiş, onu depresiyaya, çıxılmaz vəziyyətə salmışdır. Bu neçə illər ərzində qohum-əqrabadan, tanışlarından aldığı borc və götürdüyü kreditlər hesabına uşaqlarını güc-bəla ilə böyüdüb saxlasa da, həmin pulları qaytarmalı olduğu təqdirdə, özünün və uşaqlarının müalicələrini davam etdirmək üçün hazırda Nərimanın ona borclu olduğu 25.000 manat alimentə çox böyük ehtiyacı vardır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X6 iddia tələbini qəbul etmədiklərini bildirdi və cavabdehlə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmaması barədə qənamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, 3-cü şəsxin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)- 370/2009 saylı qətnaməsinin surətindən görünür ki, X7 11 mart 1999-cu ildə Kürdəmir rayonuda anadan olmuş X18 və 30 iyun 2006-cı ildə Bakı şəhərində anadan olmuş X1 üçün hər ay hər bir uşağa görə 100 manat sabit pul məbləğində aliment 14 yanvar 2009cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana kimi, anası Cavabdeh verilməsi, alınması X7 əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan həyat yoldaşı Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manat, 14 yanvar 2009-cu il tarixdən başlayaraq, Cavabdeh əmək qabiliyyətli hesab edildiyi vaxtadək Cavabdeh verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 19 may 2017-ci il tarixli 2(103)- 5461/2017 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)- 370/2009 saylı qətnaməsi “X7 Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manatın xx.xx.2009-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv olunaraq, Cavabdeh iddia tələbinin “cavabdehdən özünün saxlanması üçün hər ay ölkə üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli 2(007)-7029/2017 nömrəli qərarının surətindən görünür ki, cavabdeh X13 tərəfindən verilmiş kasssasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 19 may 2017-ci il tarixli 2(103)-5461/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi nəticələrdən görünür ki, cavabdehlə faktiki ər-arvad kimi yaşadığını və onunla uşaq doğması ilə nəticələnə biləcək münasibətlərdə olduğunu sübutetmə yükü iddiaçının, uşaqların ondan törəmədiyini - bunu nəsil artırma qabiliyyətinə sahib olmadığ ilə əlaqələndirdiyi üçün - sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından, cavabdehlə 1998-ci ildən bərabər yaşadığının və onunla ər-arvad münasibətində olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac olmamışdır; çünkü bu fakt cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni şəkildə cavabdeh də, 11 mart 1999cu il təvəllüdlü Muradın ondan törəmədiyini sübutetmə yükündən azad olunmalıdır; çünkü həmin fakt iddiaçı tərəfindən etiraf olunmuşdur. Bununla belə cavabdeh, xx.xx.2006-cı il təvəllüdlü Rəsulun ondan törəmədiyinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin 30 iyun 2006-cı il təvəllüdlü Rəsul onun iddiaçı ilə rəsmi nikahda olduğu dövrdə dünyaya gəlməsi və onun doğumu haqqında şəhadətnamədəki valideyn (ata) qeydinin etibarsız hesab edilməməsi, 11 mart 1999-cu il təvəllüdlü Muradın isə nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın ona həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu cavabdehin özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunmasına dair nəticələri qanuni və əsaslı olmuşdur. - AZ-İ 825049 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 30 iyun 2006-cı il tarixdə doğulmuşdur. X5, anası Cavabdehdır. - AZ-İ 059558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 11 mart 1999-cu il tarixdə doğulmuşdur. X5, anası Cavabdehdır. - 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ərizəsi əsasında, 11 mart 1999-cu il təvəllüdlü Rəhimov Muradın ata haqqında məlumat qrafasında onun adı, yəni X13 olaraq qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli 647/2019 nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övladvalideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X15 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, atalığı müəyyən etmək haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “Pəhимoв.H” yazısı və imza X13 tərəfindən yox, başqa şəxs tərəfindən icara olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X13 ilə Cavabdeh 1998-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla birlikdə yaşamağa başlamış, nikahlarını xx.xx.2003cü il tarixdə rəsmiləşdirmişlər. Rəsmi nikahda olduqları dövrdə - 30 iyun 2006-cı il tarixdə Rəsul adını verdikləri uşaqları doğulmuşdur. Tərəflər nikah münasibətlərini rəsmiləşdirməmişdən əvvəl 11 mart 1999-cu il tarixdə onlarla bioloji bağlılığının olmadığını hər ikisinin etiraf etdiyi Murad adlı uşaq dünyaya gəlmiş, onun doğumu xx.xx.1999-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış, doğum haqqında şəhadətnamənin ata qrafasında iddiaçının, ana qrafasında cavabdehin adları göstərilmişdir. X2 “ata qrafasında qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin “11 mart 1999-cu ildə anadan olan X12 doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üçün əhəmiyyətli olan hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli 2(007)-7029/2017 nömrəli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X11 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.2-ci maddəsinə əsasən, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Ailə Məcəlləsinin yuxarıda qeyd olunan maddi normalarının məzmunundan görünür ki, valideynlər öz aralarında nikahda olmadıqda, uşağın atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında olan 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ərizəsi əsasında, 11 mart 1999-cu il təvəllüdlü Rəhimov Muradın ata haqqında məlumat qrafasında onun adı, yəni X13 olaraq qeyd edilmişdir. Bundan başqa 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində olan imzanın X13 tərəfindən icra olunub olnmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, atalığı müəyyən etmək haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “Pəhимoв.H” yazısı və imza X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli 2(007)-7029/2017 nömrəli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X11 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunması ümumiyyətlə istisna olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həçmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbini “30 iyun 2006-cı il təvəllüdlü X9 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” hissədə əsasslı sayaraq aşağıdakları qeyd edir: Belə ki, 30 iyun 2006-cı il təvəllüldü X15 ilə iddiaçı X8 bioloji bağlılığının olubolmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X15 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Göründüyü kimi, iddiaçı X13 ilə 30 iyun 2006-cı il təvəllüdlü X15 arasında qohumluq əlaqəsinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri həmin hissədə əsaslı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 iyun 2006-cı il təvəllüdlü X9 doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunması etibarsız sayılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 30 iyun 2006-cı il təvəllüdlü X9 doğum akt qeydinə müvafiq düşəlişlər edilməklə doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunması etibarsız sayılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə - xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş, ümumilikdə 127,0 (yüz iyirmi yeddi) manat pul İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-26/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-26/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver