Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2651/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştiraklarıilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə Cavabdeh ilə birgə nikahdan doğulmuş 20 dekabr 2002-ci il təvəllüdlü X5 və 12 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün Nizami Rayoı Məhkəməsinin 2(007)-1815/2019 saylı 13.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 900 manat miqdarında alimentin dəyişdirilərək, 20 dekabr 2020-ci il tarixinədək hər ay aylıq qazancın və bütün gəlirlərin 1/3 hissəsi miqdarında olmaqla 20 dekabr 2020-ci il tarixindən başlayaraq aylıq qazancın və bütün gəlirlərin 1/4 hissəsi miqdarında olmaqla tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1815/2019 saylı 13.05.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 20 dekabr 2002-ci il təvəllüdlü X5 və 12 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün 19.04.2019-cu il tarixdən başlayaraq, hər uşağa görə ayda 300 manat olmaqla cəmi 600 manat və 20 dekabr 2002-ci il təvəlldülü X4 müalicə və müayinə xərclərinə görə hər ay 300 manat aliment olmaqla ümumilkidə hər ay 900 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamə qəbul edilərkən, cavabdeh qismində məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edimliş ərizəsi əsas götürülmüşdür. Həmin ərizədə ayda 900 manat məbləğində alimenıin tutulmasına razılq bildirilmişdir. Qətnamə tərəflərindən mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Hal-hazırda da qətnamədə nəzərdə tutulan məbləğ hər ay gecikməyə yol verilmədən ödənilməkdədir. İddia tələbləri üzrə cavabdehlə nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1745/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Qeyd etmək istəyir ki, aralarında hər hansı bir saziş yoxdur. Sadəcə aliment tutulmasına dair iddia tələblərinə məhkəmə qaydasında baxılarkən birtərəfli qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir ki, bu da saziş qüvvəsində deyil. Digər tərəfdən qeyd etdiyi kimi, ailə qurmuşdur. Ailə qurduqdan sonra ayda 900 manat məbləğində alimentin ödənilməsi onun üçün böyük maddi məhrumiyyətlər yaradır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun aylıq gəlirlərində bağlı alimentin tutulmasına dair məhkəmə qətnaməsində hal-hazırki iddia tələbləri üzrə cavabdehin bildirdikləri həqiqəti əks etdirmir. Onun aylıq gəlirləri vergilər çıxıldıqdan sonra 1500 manat civarında təşkil edir ki, bunun da 900 manatını aliment kimi ödəmək məcburiyyətindədir. Belə olan halda əmək haqqından qalan hissə ilə aylıq xərclərini qarşılaya bilmir. Bildirmək istəyir ki, iş yeri dəyişməmişdir. Yəni, “28 may” NQÇİ-nin idarəetmə aparatının Mərkəzi mühəndis texnoloji xidmətində dispetçer vəzifədə çalışır. Bundan başqa, qızım X5 həqiqətən də psoriaz xəstəsidir. Onun da bu xəstəliyi var. Həmin xəstəliyin müalicəsi yoxdur. Əlavə xərclər kimi onda tutulan məbləğ faktiki olaraq təyinatı üzrə istifadə olunmur. Belə ki, xəstəliyin daha da yayılmaması üçün istifadə edilən dərman preparatları üçün xərclənən vəsait ayda 300 manat məbləğində deyil. Məhkəməyə bununla bağlı məlumat vermək istəyir. Xəstəliyin yayılmaması üçün bir neçə adda dərman məlhəmlərindən istifadə oluna bilər ki, onların da satış qiyməti maksimum 7-8 manat təşkil edir. Həmin məlhəmlərin biri aylarla istifadə edilmə üçün kifayət edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəməyə, iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, hazırki iddia ərizəsini qəbul etmir. Belə ki, iddiaçı X2 onunla nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edərkən onunla razılıq əsasıda aliment tələbini qəbul etmiş və notariat qaydada ərizə təstiqləmişdir. Şifahi razılaşmaya əsasən, o, Afiqin əlavə gəlirlərindən pul, eləcədə hər hansı əmlak tələb etmədiyi üçün ümümilkdə 900 manat aliment məbləğinə razılaşmışdır. İddiaçı faktiki əmək haqqını az göstərmiş, və qeyri rəsmi gəlirlərini gizlətməkdədir. Afiq Sokar (neft daşlarına) hava uçuşu üzrə dispeccer (nizamlayıcı) məntəqəsinin baş nəzarətçisdir, eləcədə Sabunçu rayonu, Zabrat qəsəbəsində aerodromda əlavə iş günləri kimi çalışır, Başqasının adında saxladığı daimi sürdüyü maşını vardır. Qazax rayonunda kifayət qədər gəlir gətirən təssərüffatı vardır və hazirda da Qazax rayonunda yaşayır. Bundan əlavə birgə nikahdan doğulmuş övladları 2002-ci il təvəllüdlü X5 anadangəlmə xroniki dəri zöhrəvi xəstəliyinin daşıyıcısıdır və hal hazırda da mütəmadi müalicə alaraq bu xəstəlklə ömürlük yaşamağa məhkumdur. Hazırki durumda aliment məbləğinin azaldılması övdadlarının maddi və mənəvi durumuna zərbədir və qəbul olunmazdır. Hesab edir ki, iddiaçının evli olmasını əsas gətitərək aliment miqdarının azaldılması tələbi əsassızdır və aliment tələbinin azaldılması üçün tutarlı əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunan halları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(007)-1815/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 20 dekabr 2002-ci il təvəllüdlü X5 və 12 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün 19.04.2019-cu il tarixdən başlayaraq, hər uşağa görə ayda 300 manat olmaqla cəmi 600 manat və 20 dekabr 2002-ci il təvəlldülü X4 müalicə və müayinə xərclərinə görə hər ay 300 manat aliment olmaqla ümumilkidə hər ay 900 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - X3 Personalın uçotu şöbəsi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatının Mərkəzi mühəndis texnoloji xidmətində dispetçer vəzifəsində çalışır. - İddiaçı tərəfindən notarial qaydada yazılmış 06 may 2019-cu il tarixli ərizənin surətindən görünür ki, aliment, müayinə və müalicə xərcləri olaraq ümumilikdə 900 manat sabit pul məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 20 dekabr 2002-ci il təvəllüdlü X5 və 12 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün 19.04.2019-cu il tarixdən başlayaraq, hər uşağa görə ayda 300 manat olmaqla cəmi 600 manat və 20 dekabr 2002-ci il təvəlldülü X4 müalicə və müayinə xərclərinə görə hər ay 300 manat aliment olmaqla ümumilkidə hər ay 900 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda İddiaçı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən notarial qaydada yazılmış 06 may 2019-cu il tarixli ərizənin surətindən görünür ki, aliment, müayinə və müalicə xərcləri olaraq ümumilikdə 900 manat sabit pul məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, İddiaçı vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar müəyyən edilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı 20 dekabr 2002-ci il təvəllüdlü X5 və 12 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(007)-1815/2019 nömrəli qətnaməsi ilə aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilməsi yolverilməzdir, ədalətli və ağlabatan deyildir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun aylıq gəlirləri vergilər çıxıldıqdan sonra 1500 manat civarında təşkil edir ki, bunun da 900 manatını aliment kimi ödəmək məcburiyyətindədir. Belə olan halda əmək haqqından qalan hissə ilə aylıq xərclərini qarşılaya bilmir. Həmçinin ikinci dəfə ailə həyatı qurmuşdur. Məhkəmə iddiaçının həmin dəlilərini əsassız sayaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi ilə bağlı mövqeyində haqlı deyildir, həmin hallar alimentin miqdarının dəyişdirilməsi üçün mütləq əsas kimi qəbul edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə birgə nikahdan doğulmuş 20 dekabr 2002-ci il təvəllüdlü X5 və 12 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün Nizami Rayoı Məhkəməsinin 2(007)-1815/2019 saylı 13.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 900 manat miqdarında alimentin dəyişdirilərək, 20 dekabr 2020-ci il tarixinədək hər ay aylıq qazancın və bütün gəlirlərin 1/3 hissəsi miqdarında olmaqla 20 dekabr 2020-ci il tarixindən başlayaraq aylıq qazancın və bütün gəlirlərin 1/4 hissəsi miqdarında olmaqla tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə birgə nikahdan doğulmuş 20 dekabr 2002-ci il təvəllüdlü X5 və 12 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün Nizami Rayoı Məhkəməsinin 2(007)-1815/2019 saylı 13.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 900 manat miqdarında alimentin dəyişdirilərək, 20 dekabr 2020-ci il tarixinədək hər ay aylıq qazancın və bütün gəlirlərin 1/3 hissəsi miqdarında olmaqla 20 dekabr 2020-ci il tarixindən başlayaraq aylıq qazancın və bütün gəlirlərin 1/4 hissəsi miqdarında olmaqla tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2651/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2651/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver