Məhkəmə qərarları › İş №2(007)-2652/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(007)-2652/2021

27.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(007)-2652/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, KreditorMMC-nin Borclu qarşı borcun məcburi qaydada tutulmasına dair ərizəsinə əmr icraatı qaydasında baxaraq MÜƏYYƏN E T D İ M: KreditorMMC Borclu qarşı əmr icraatı qaydasında borcun məcburi qaydada tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 6506 manat manat məbləğində pul vəsaitinin Borclu KreditorMMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, KreditorMMC ilə Borclu arasında bağlanmış 08 iyun 2019-cu il tarixli,malın nisyə satılması barədə alqı-satqı müqaviləsinə əsasən borclu kreditordan 1 ədəd, dəyəri 2388 manat olan İPHONE X 64 GB SİLVER markalı telefon əldə edib.Borclu göstərilən məbləği hər ay 199 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb.Bundan başqa borclu ilə bağlanmış 24 iyun 2019-cu il tarixli,malın nisyə satılması barədə alqı-satqı müqaviləsinə əsasən borclu kreditordan 1 ədəd dəyəri 1836 manat olan AC VESTEL KDE70 AİLW markalı paltaryuyan əldə edib,Borclu göstərilən məbləği hər ay 102 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb.Bundan başqa, borclu ilə bağlanmış 15 avqust 2019-cu il tarixli,malın nisyə satılması barədə alqısatqı müqaviləsinə əsasən borclu kreditordan 1 ədəd dəyəri 1638 manat olan REF DAEWOOD RNH 321 OSCH markalı soyuducu əldə edib,Borclu göstərilən məbləği hər ay 91 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb.Bundan başqa, borclu ilə bağlanmış 18 sentyabr 2019-cu il tarixli,malın nisyə satılması barədə alqı-satqı müqaviləsinə əsasən borclu kreditordan 1 ədəd dəyəri 624 manat olan AİRPODS A2032 markalı qulaqcıq əldə edib,Borclu göstərilən məbləği hər ay 52 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb.Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib.Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edisə də o,öhdəliklərini icra etməyib.Odur ki,Borclu KreditorMMC-nin xeyrinə 6486 manat əsas borcun və 20 manat dövlət rüsumunun,cəmi 6506 manat məbləğində pulun tutulmasına dair əmr çıxarılmasını xahiş etmişdir. Ərizəyə elektron qaydada əlavə olunmuş: KreditorMMC ilə Borclu arasında bağlanmış 08 iyun 2019-cu il tarixli,malın nisyə satılması barədə alqı-satqı müqaviləsindən görünür ki, borclu kreditordan 1 ədəd, dəyəri 2388 manat olan İPHONE X 64 GB SİLVER markalı telefon nisyə almışdırBorclu göstərilən məbləği hər ay 199 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. KreditorMMC ilə Borclu arasında bağlanmış 24 iyun 2019-cu il tarixli,malın nisyə satılması barədə alqı-satqı müqaviləsindən görünür ki, borclu kreditordan 1 ədəd dəyəri 1836 manat olan AC VESTEL KDE70 AİLW markalı paltaryuyan maşını nisyə almışdır.Borclu göstərilən məbləği hər ay 102 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb. KreditorMMC ilə Borclu arasında bağlanmış 15 avqust 2019-cu il tarixli,malın nisyə satılması barədə alqı-satqı müqaviləsindən görünür ki, borclu kreditordan 1 ədəd dəyəri 1638 manat olan REF DAEWOOD RNH 321 OSCH markalı soyuducunu nisyə almışdır.Borclu göstərilən məbləği hər ay 91 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. KreditorMMC ilə Borclu arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli,malın nisyə satılması barədə alqı-satqı müqaviləsinə əsasən borclu kreditordan 1 ədəd dəyəri 624 manat olan AİRPODS A2032 markalı qulaqcıq nisyə almışdır.Borclu göstərilən məbləği hər ay 52 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb 01 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, BorcluKreditorMMC-yə 6486 manat borcu vardır. Ödəniş qəbzindən görünür ki,kreditor məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalı və borcun məcburi qaydada tutulması barədə əmr verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsində qeyd olunur ki, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2.-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, kreditorun tələbi aşkardır, ona görə də məhkəmə əmri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM 275-276, 280-284-cü maddələrini rəhbər tutaraq ƏMR E D İ R Ə M: xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Büdəngə kəndində anadan olmuş,Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 26 saylı evin 6 saylı mənzilində yaşayan Borclu KreditorMMC-nin xeyrinə 6486 manat əsas borc və 20 manat dövlət rüsumu,cəmi 6506 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar