Məhkəmə qərarları › İş №2(007)-2665/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2665/2022

25.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2665/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, ünvan 1riat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, ünvan 1riat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə ünvan 1riat Kontorunda AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evinə dair ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********4810301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət əsasında o, İddiaçı adına, daha sonra isə ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evinə dair ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətinə keçmişdir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən, qeyd edilən torpaq sahəsi üzrə fərdi yaşayış evinə dair müqavilədə göstərilən məbləğ 70000 (yetmiş min) manat pul vəsaiti guya ki, ona ödənilmişdir. Lakin qeyd edilməli əsas hal ondan ibarətdir ki, Cavabdeh2 Əlmərdan oğlu bu vaxta qədər müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, onu aldadaraq guya ki, evin pulunu tam ödəyərək ev almışdır. Halbuki, aralarındakı danışığa və hətta yanlarında olan şahidlərə əsasən cavabdeh heç bir ödəniş etməmiş, müqavilə nisyə alğı-satqı müqaviləsi bağlanmalı halda bağlanmamış, onları aldadaraq qeyd edilən müqavilə bağlanmışdır. Dəfələrlə cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməsini bildirsə də, cavabdeh tərəfindən bu günə qədər ona qeyd edilən torpaq sahəsinə dair heç bir ödəniş edilməmişdir. O, indiki vaxta qədər qeyd edilən ünvanda yaşayır. Bu səbəbdən də, qeyd edilənlərlə bağlı öz hüquqlarının bərpa olmasını, onu aldadaraq bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair məhkəməyə müraciət edir. Qanunvericiliyin məzmundan aydın olur ki, alıcı qəbul edilən əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüş olur. Qeyd olan qanunun tələbinə görə Cavabdeh2 Əlimərdan oğlu aralarında olan razılaşmaya əsasən müqavilədə qeyd edilən 70000 (yetmiş min) manat pulu ona ödəməli olduğu halda, ödəməkdən imtina elmişdir. Onu aldadaraq müqavilə bağlanılmış, guya ki, pulu ödədiyi müqavilədə qeyd edilmişdir. Hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən ümumi sahəsi 145,4 kv.m olan 0,0807 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair onunla Cavabdeh2 arasında müqavilə bağlanarkən cavabdeh tərəfindən qeyd edilən fərdi yaşayış evinə dair ona ödənilməsini ümid etdiyi 70000 (yetmiş min) manat pul məbləğindən məhrum olduğundan cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə ünvan 1riat Kontorunda bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müaviləsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən, ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixdə ünvan 1riat Kontorunda bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbinə öz etirazını bildirir. İddia tələbi vaxt uzatmaq anlamına gəlir. Belə ki, İddiaçı mənzili Cavabdeh2 satdıqdan sonra evi Cavabdeh2 faktiki sahibliyinə verməyə söz versə də, indiyə kimi sözlərinə əməl etməmişdir. Bütün bunlarla bağlı Cavabdeh2 Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və onun həyat yoldaşı olan X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi evdən çıxarılması ilə əlaqədar iddia qaldırmış və iddia tələbi təmin olaraq Xəzər Rayon Məhkənməsinin 2(003)-1776/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir (həmin qətnamənin surətini ərizəsinə əlavə edirəm). Xəzər Rayon Məhkəməsində məhkəmə prosesləri davam etdirilərkən İddiaçı cəmi bir dəfə məhkəmə prosesinə gəlmiş və məhkəmənin növbəti proseslərində iştirak etməyərək, məsələyə laqeyid yanaşdığını və sadəcə olaraq həmin mənzildə nə qədər çox olsa qalıb yaşamaq istəyini biruzə vermişdir. O, hətta sözügedən “alğı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair qarşılıqlı iddia belə verməkdən yayınmışdır. Digər cavabdeh olan onun həyat yoldaşı X5 isə heç məhkəməyə belə gəlməmişdir. İddiaçı iddiası üzün müddət mənzili öz sahibliyində saxlamaq analmına gəlir. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1riat ofisində bağlanılan 09.08.19-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliklər icra edilməmiş, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Müqavilənin 5-ci bəndində nəzərdə tutulan 30000 manat ödənişi notariusun bankda açılmış depozit hesabına X1 ailəvi tanışı X2 etmişdir. Müqavilənin 5-ci bəndində nəzərdə tutulan alıcı tərəfindən xx.xx.2019-cu il tarixində ödənilməli olan 40000 manat isə ümumiyyətlə ödənilməmiş, bu məbləğlə bağlı hər hansı əməliyyat aparılmamışdır. Buna baxmayaraq, qeyd olunan alğı-satqı müqaviləsi əsasında cavabdehə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli AN-İ №0729138 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən həmin alğı-satqı müqaviləsi ləğv edilməli, eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən, ümumi sahəsi 145 m2 olan fərdi yaşayış evinə dair ünvan 1riat ofisində bağlanılmış xx.xx.2019-cu il tarixli AN-İ №0729138 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və bu alğı-satqı müqaviləsinin əsasında cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, 70000 manat pulu Cavabdeh2 ödəməmişdir. Şahidin dediyi sözlər də tamamilə düzgündür və olduğu kimi söyləmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki iş üzrə alğı-satqı müqaviləsi bağlansa da, həmin alğı-satqı müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Alğı-satqı müqaviləsi üzrə 70000 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Lakin bu ödənişi Cavabdeh2 yox, digər şəxs tərəfindən ödənilmişdir. Bunu şahid özü gəlib təsdiq edir. Kamera görüntüləri ilə bağlı banka sorğu da vermiş, lakin bank sorğuya cavab verməkdən imtina etmişdir. Bununla bağlı məhkəməyə vəsatətlə müraciət etmişdir. Kamera görüntülərinə baxılması üçün həmin vəsatət təmin olunub banka göndərilə bilər. Eyni zamanda qeyd etmək istəyir ki, evin real dəyəri 110000 manatdır. Bununla bağlı notariat işində arayış vardır. Həmçinin, həmin arayış məhkəməyə də təqdim olunmuşdur. Lakin alğı-satqı müqaviləsində 70000 manat rəsmiləşdirilmişdir. Səbəbi isə iddiaçının cavabdehə 40 min manat borcunun olmasıdır. Lakin 70000 manat ödənilmədiyinə görə bu şəxslər də evi tərk etməmişlər. Uzun müddət keçdikdən sonra Cavabdeh2 həmin şəxslərin evdən çıxarılması ilə bağlı digər məhkəmədə iddia qaldırmışdır. Cavabdeh şəxs iddiaçı tərəfin borcu ödəyə bilməməsindən istifadə edərək belə bir iddia qaldırmışdır. Hesab edir ki, müqavilə öhdəliyi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə həmin müqavilə ləğv olunmalıdır. Həmçinin, müqavilədə göstərilən məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda hüquqi nəticələrinə dair çıxarış da ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia tamamilə əsassızdır. İşin içərisində qarışılıqlı razılaşma vardır. Satıcı ilə alıcı arasında qarşılıqlı razılaşma əsasında alğı-satqı müqaviləsi bağlanmışdır. Bildirmək istəyir ki, 70000 manat pulu Cavabdeh2 kassaya özü ödəmişdir. İşin içərisində çek də vardır. Eyni zamanda dindirilən şahidin ifadələri də əsassızdır. Bu şəxslər rəsmi bağlanmış alğı-satqı müqaviləsini ləğv etmək niyyətindədirlər. Cavabdehin mənzil hüquqları pozulur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh ünvan 1riat Ofisinin notarisusu Elman Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadəsində göstərdi ki, qardaşı ona zəng edərək demişdir ki, Şamonun qardaşından maşın götürür. Ona görə alğı-satqı etmək lazımdır. Sonra qardaşı Zaurun və Rəqsanə xanımın nömrəsini vermişdir ki, gedib onlarla alğı-satqı etsin. Alğı-satqı etmək üçün onların pulu yox idi. Banka pul qoyub çıxartmaq lazım idi. Buna görə də o, pulla notariusa iki gün gedib gəlmişdir. Birinci gün torpağın alğısatqısını, ikinci gün isə evin alğı-satqısını etmişlər. Pulu banka o qoymuşdur. Pulun miqdarı 70000 manat idi. Qardaşı iki maşın götürmüşdür. Hər maşın üçün 20000 manatdan yuxarı məbləğ idi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh2 arasında 09 avqust 2019-cu il tarixdə ünvan 1riat ofisində bağlanaraq reyestrdə 4Ə-649 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ №-0729138 saylı müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvandan yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evi və 0,0807 ha torpaq sahəsini Cavabdeh2 sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 70000 manata satmış, alıcı isə həmin qiymətə almışdır (145,4 kv.m-60000 manat və 0,0807 ha 10000 manat); - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışının surətindən görünür ki, ünvan 2 ünvandan yerləşən fərdi yaşayış evi İddiaçı tam pay üzrə xüsusi mülkiyyətindədir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1176/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edərək, cavabdehlər İddiaçı və X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5655/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1176/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır; - Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-cu il tarixə bazar dəyəri 111000 (yüz on bir min) manat təşkil edir; - xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 tərəfindən 42500 manat X6 (notarius) hesabına köçürülmüşdür; - xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 tərəfindən 27500 manat X6 (notarius) hesabına köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 arasında 09 avqust 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqavilə ilə iddiaçı mülkiyyətində olan ünvan 2 ünvandan yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evi və 0,0807 ha torpaq sahəsini Cavabdeh2 70000 manata sataraq, onun mülkiyyətinə vermişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş ödənişin edilmədiyini iddia edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən, ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixdə ünvan 1riat Kontorunda bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmiş, daha sonra isə iddia tələbini dəqiqləşdirək, həmçinin, bu alğı-satqı müqaviləsinin əsasında cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hazırda isə iddiaçı müqavilə üzrə Cavabdeh2 tərəfindən ödənilməli olan 70000 manatın onun tərəfindən deyil, məhkəmədə şahid kimi dindirilmiş X4 tərəfindən ödənildiyini bildirmiş, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilmədiyi qeyd edilmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında 09 avqust 2019-cu il tarixdə ünvan 1riat ofisində bağlanaraq reyestrdə 4Ə-649 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğısatqısına dair AN-İ №-0729138 saylı müqaviləsi ilə İddiaçı ünvan 2 ünvandan yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evi və 0,0807 ha torpaq sahəsini Cavabdeh2 satmış, satıcı isə daşınmaz əmlakı 70000 manata almışdır. İş materiallarına olan notariat işindən də görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə 42500 manat və xx.xx.2019-cu il tarixdə isə 27500 manat X6 (notarius) hesabına köçürülmüşdür. Belə olan halda iş materialları ilə məhz Cavabdeh2 əmlakın dəyərinin ödəməsi, həmçinin müqavilə üzrə nəzərdə tutulmuş məbləğin tam şəkildə ödənilməsi halı öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu ərizələrdəki fikirləri, həmçinin şahid ifadəsi arasında ziddiyətlər müəyyən edilmişdir. Belə ki, iddiaçı ilkin iddia ərizəsində əmlakın dəyəri olan 70000 manatın ona ödənilmədiyini, nisyə alğı-satqı müqaviləsi bağlanmalı olduğunu bildirmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində isə 30000 manatın Əminova Lətafət tərəfindən ödənildiyi, qalan 40000 manatın isə ümumiyyətlə notariusun hesabına köçürülmədiyini bildirmiş, məhkəmədə şahid kimi dindirilmiş Əminova Lətafət isə ifadəsində notariusa 70000 manat pul təqdim etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1176/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia təmin edərək, cavabdehlər İddiaçı və X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı (hazırkı iş üzrə cavabdeh) ilə cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evinə dair İddiaçı adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ və mülkiyyət hüququ ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əvvəlki məhkəmə araşdırması zamanı da iddiaçı başqa məzmunda, hazırkı izahatları ilə ziddiyyətli izahatlar vermişdir. Belə ki, həmin vaxt iddiaçı Cavabdeh2 qohumlarının onun həyat yoldışına borc veridiyini, onun isə evi formal olaraq, borc müqaviləsini pərdələmək məqsədi ilə müqaviləni bağlamasını qeyd etmişdir. Halbuki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini fərqli şəkildə əsaslandırmış, ən sonda əmlakın dəyərinin X4 tərəfindən ödənildiyini iddia edərək, əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı tərəfin irəli sürdüyü əsaslar ilə iş materialların tədqiqi zamanı məhkəmə tərəfindən müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə ünvan 1riat Kontorunda bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsinin əsasları müəyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3A, 729 ünvanında yerləşən, ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixdə ünvan 1riat Kontorunda bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi mübahisələndirilən hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, ünvan 1riat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 145 m2 olan fərdi yaşayış evinə dair ünvan 1riat ofisində bağlanılmış 09.08.19-cu il tarixli AN-İ №0729138 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və bu alğı-satqı müqaviləsinin əsasında cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumunu tələb etmədiyindən, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, ünvan 1riat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 145 m2 olan fərdi yaşayış evinə dair ünvan 1riat ofisində bağlanılmış 09.08.19-cu il tarixli AN-İ №0729138 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və bu alğı-satqı müqaviləsinin əsasında cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar