Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2682/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək əlavə xərclər üçün 100 manat, cəmi 335 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixində rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra onların münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Aralarında böyük narazılıqlar olduğuna görə bir yerdə yaşamırlar. Hal-hazırda onun maddi vəziyyəti çox ağırdır. O, dəfələrlə cavabdehdən azyaşlı uşaqlarının saxlanması üçün maddi kömək tələb etsə də, cavabdeh bundan boyun qaçırır. Buna görə də cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək əlavə xərclər üçün 100 manat məbləğində pul məhkəmə qaydasında alınıb ona ödənilməlidir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Buna görə də onların uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulması vacibdir. İddia tələbinə etiraz: Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, o, “X5” MMC-də sahə nəzarətçisi vəzifəsində işləyir və aylıq orta əmək haqqısı 345 manat təşkil edir. Maddi vəziyyəti ağır olduğu üçün iddianı qismən qəbul edir, yəni hər ay orta əmək haqqısının 25 faizi miqdarında alimentin xx.xx.2024-cü il təvəllüdlü X1 üçün tutulmasına etiraz etmir. İddia tələbinin qalan hissəsində təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, evdən xx.xx.2024-cü ildə qayınanası və cavabdeh getməyini dediyi üçün getmişdir. O, evdən gedəndən bəri cavabdeh tərəfindən ona və övladına heç bir köməklik edilməmişdir. Bundan sonra o, aliment ilə bağlı ərizə ilə, cavabdeh də uşaqla görüş ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh 2024-cü ilin avqust ayında 235 manat aliment ödəmiş, alimenti ödədiyi gün o da uşağı cavabdehə göstərmişdir. Uşaq hal-hazırda 8 aylıqdır, uşağın ehtiyacları var, uşaq 35 manatlıq uşaq yeməyi yeyir, 10 gündən bir ona yemək alınmasına ehtiyac vardır. Cavabdeh uşaqla görüşəndə belə onların necə yaşamaları ilə maraqlanmamışdır. Cavabdeh ən azından 235 manat alimenti ödəməlidir. Cavabdeh 1000 manat əmək haqqı alır, ancaq sənəd üzərində əmək haqqı məbləği 345 manat olaraq qeyd edilir. Onlar birlikdə yaşayanda cavabdeh 1000 manat qazanırdı, həmin məbləğlə onlar borclarını da ödəyirdilər. Cavabdeh əslində alimenti əmək haqqısının ¼ hissəsi və 100 manat kimi ödəməlidir. O, işləmir, başqa yerdən gəliri yoxdur və uşağa özü baxır. Ona valideynləri, qardaşı maddi cəhətdən köməklik edir. Elə olurdu ki, uşağa həftəsinə 1 qab uşaq yeməyi kifayət etmir, anası dava-dərman pulundan kəsib nəvəsi üçün verirdi. Tərəfindən müvəqqəti alimentin tutulması barədə məhkəməyə müraciət olunmuş, cavabdeh tərəfindən avqust ayının aliment məbləği ödənilmişdir. Cavabdeh həftədə bir dəfə ona yazaraq uşağın səhhəti ilə maraqlanmış, onun necə olduğunu soruşmuş və ondan uşağın şəklini göndərilməsini istəmişdir. O da uşağın atası olduğu üçün cavabdehə uşağın şəklini göndərmişdir. Lakin şəkilə baxmaqla uşağın xərcləri qarşılanmır, ona uşağın xərci ilə bağlı heç bir köməklik edilmir. Cavabdeh ona kömək etmək istəsə idi, bir yolunu tapıb edə bilərdi. Cavabdeh eyni evdə qaldıqları müddət diqqətli ata idi, birgə yaşadıqları müddət onlar 1000 manat ilə uşağın yeməyinə, xərcinə çatdıra bilmirdilər. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianı qismən qəbul etdiyini, aldığı 345 manat əmək haqqısının 50 faizi miqdarında alimentin tutulmasına etiraz etmədiyini, uşağa baxmaq üçün iddiaçının 100 manat tələb etməsini isə ümumiyyətlə qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Pərvanənin özünə də, anasına da uşağı ilə bağlı yazmış, uşağının harada olduğunu, vəziyyətinin necə olduğunu soruşmuşdur. Uşağı ona göstərmirlər, uşağı 3 aydır ki görə bilmir. İddiaçıgilə uşağı ilə bağlı yazanda cavab yazmırdılar. Köçüb gediblər, hara gediblər bilmir. O, uşağını görməyəgörməyə necə pul göndərə bilər. O, iddiaçıdan uşaqla bağlı telefon vasitəsilə maraqlanmış, hər hansı bir şeyə ehtiyacının olub-olmamasını soruşmuş, iddiaçı isə uşağın hazırda heç nəyə ehtiyacı olmadığını, nəsə ehtiyac olarsa ona bildiriləcəyini qeyd etmişdir. Faktiki olaraq iddiaçı ilə ayrı yaşayırlar. İddiaçı ona deyir ki, övladını görmək üçün rəsmi qaydada müraciət etsin. Övladı dünyaya gələndə o işləmirdi, uzun müddət işsiz olmuş, çalışıb maddi imkanını düzəltmişdir. O, əvvəl başqa işdə işləyirdi, ustalıq, fəhləçilik edirdi. Hər gün iddiaçını anasıgilə taksi ilə yola salırdı, günə 5 manat, aya 150 manat taksiyə pul verirdi, çatdıra bilmirdi. Hal-hazırda kirayə qalsa, minimum 250-300 manat kirayə haqqı ödəməlidir. O, fəhləçilik, ustalıq edə-edə bu xərcləri necə çatdıra bilərdi? Tərəfindən 235 manat məbləğində müvəqqəti aliment ödənilmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 16 saylı Mediasiya Təşkilatının MŞB/16/2024-01084 saylı xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci, 84.1 və 84.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 235 manat sabit pul miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə Ailə Məcəlləsinin 84.1-ci və 84.2.2-ci maddələrini nəzərə alaraq qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2024-cü il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsini nəzərə alaraq, hesab edir ki, aliment iddia ərizəsinin verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 09 yanvar 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-191/2024 saylı, xx.xx.2024-cü il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla) və 09 yanvar 2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 09 yanvar 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-191/2024 saylı, xx.xx.2024-cü il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla) və 09 yanvar 2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğinda dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2682/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2682/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver