Məhkəmə qərarları › İş №2(007)-2687/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2687/2021

06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2687/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X5, İddiaçı,onun nümayəndəsi-vəkili Vəkil1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət müddətinin azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət müddətinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli 2(008)- 2487/20 17 nömrəli qatnamasi ilə Cavabdeh ilə onun arasında vaxtilə 22 fevral 2013-cü il tarixinda Nizami rayon Qeydiyyat Şöbəsində 196 sayll akt qeydi ilə bağlanmış nikah pozulmuş,onların həmin nikahdan anadan olan övladları 07 may 2014-cü il tavallüdlü X7 anası ilə yəni onunla qalması qət edilmişdir. Hamin qətnamə ilə 07 fevral 2017-ci il tarixindən başlayaraq 07 may 2014-cü il tavallüdlü X7 yetkinİik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrina hər ay 137 manat sabit pul məbləğinda alimentin tutuİması da qət edilib. Bundan başqa, Cavabdeh Sabunçu Rayon Məhkəməsində ona qarşı irəli sürdüğü uşaqla ünsiyyət hüququnun müəyyən edilmesi təlabinə dair iddiası üzrə həmin məhkəmənin qət etdiyi 11 sentyabr 2017-ci il tarixli 2(008)-5280/2017 saylı qanuni qüvvəsini almış qətnaməsi də mövcuddur. Həmin qətnamaya asasan, sözügedan iddia qismən təmin edilərək Cavabdeh 07 may 2014-cü il təvəllüdlü X11 ilə hər həftənin ikinci günü saat 16:00-dan saat 20:00-dək, har həftənin beşinci günü saat 16.00-dan şənbə günü saat 14:00-dək, Bayram günlari: Yenil il bayramı 1 gün, Novruz bayramı 2 gün,9 may 1 gün, Azərbaycan Resp ublikasının Silahlı Qüvvələr günü 26 iyun 1 gün, Qurban bayramı 1 gün, Ramazan bayramı 1 gün, məktəbə gedəndən sonra yay tətilində 3 həftə uşağın atasının yaşadığı yer üzrə ünsiyyat hüqüqü müəyyən edilib. Bununla belə hazırda Cavabdeh valideynləri X10 va X2 ona qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində vaxtilə iddiaçıların oğlu Cavabdeh ilə onun birga nikahından anadan olmuş 07 may 2014-cü il təvəllüdİü X11 ilə nənə və babaya münasibətdə ünsiyyat vaxtlarının müəyyən edilməsinə dair yeni iddia tələbini irəli sürüblər. Həmin iş hazırda hakim Tahirə Əsədovanın icraatındadır. Həmin iddiaya yazıİı etirazını bildirməklə yanaşı hazırda Cavabdeh qarşı da aşağıdakı əsaslara görə bu iddia tələbini irəli sürməyə macburdur. Belə ki, hazırda Sabunçu Rayon Məhkəməsində Cavabdeh valideynləri X10 və X3 iddiaçılar qismində ona qarşı irəli sürdüklari öz iddia tələblərində məhkəmədən onlara da nəvələri ilə hər həftənin 6-cı günü saat 14:00-dan bazar günü saat 11:00-dək, Bayram günlərində: Novruz bayramı 6 saat, Ramazan bayramı 6 saat, Qurban bayramı 6 saat, 8 noyabr Zəfər günü 6 saat, Yeni il bayramı 6 saat, Cəfərin ad gününda 6 saat, babanın ad günündə 6 saat və nənənin ad gününda 6 saat hazırki iddiaçıların yaşadıqları yer üzrə ünsiyyət hüquqlarının təmin olunması barədə qətnamə qət edilməsini xahiş ediblər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, artıq həmin iddiaçıların oğlu, yəni onun kecmiş həyat yoldaşı Cavabdeh Sabunçu Rayon Məhkəməsində ona qarşı irəli sürdüyü uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə hamin məhkəmənin qət etdiyi 11 sentyabr 2017-ci il tarixli 2(008)-5280/2017 saylı qanuni qüvvəsini alan qətnaməsi artıqlaması ilə icra olunmaqdadır. Belə ki, həmin qətnamədə göstərildiyi qaydadan da artlq olaraq Cavabdeh 07 may 2014-cü il təvəllüdlü X12 ilə hər həftənin ikinci günü saat 16:00-dan saat 20:00-dək, hər həftənin beşinci günü saat 16:00-dan şənbə günüsaat 14.00-dak, Bayram günləri, Yeni iİ bayramı 1gün,Novruzbayramı2 gün, 9 may 1 gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü 28 iyun 1 gün, Qurban bayramı 1 gun, Ramazan bayramı 1 gün, məktəbə gedəndən sonra yay tətilində 3 həftə uşağın atasının yaşadığı yer üzrə ünsiyyət hüququ tam təmin edilir. Hətta bir cox hallarda Cavabdeh həmin uşağı özünün yaşadığı yer üzrə deyil başqa ünvanlara, hətta Bakı Şəhərindən kənara da apararag onunla öz ünsiyyət hüququnu istədiyi kimi həyata keçirir. Göründüyü kimi hazırda Cavabdeh valideyinləri də əlavə olaraq iddiaçılar qisminda Sabunçu Rayon Məhkəməsində ona qarşı yeni tələblə çıxış etmələrinin əsas səbəbi, maksimum dərəcədə onun oglunu özündən uzaqlaşdırmaq va faktiki olaraq oğulları ilə birgə daha çox özləri üçün ünsiyyətlə bağlı vaxt əldə etməkdir. Belə ki, həmin iddiaçıların hazırda öz iddia tələblərində oğulları Cavabdeh güya artıq bu ilin aprel ayından onların yaşadıqları ünvan üzrə deyil başqa ünvanda yaşamasına dair gətirdikləri asaslar sadəca bir bəhanədir. Çünki hər dəfə həmin uşağın atası Cavabdeh uşağı məhz öz ata va anasının yaşadıqları evə aparır və həmin evdə də uşağın nənə va babası uşaqla birbaşa unsiyyətdə olurlar. Bu faktın təsdiq olunması üçün artıq 7 yaşı tamam olmuş uşağın özünün məhkəmədə dindirilməsi mümkündür. Belə ki, artıq uşağın özü də 7 yaşlı şagirddir va onun orta tahsil alması üçün uşağın özünə də kifayət qədər vaxt ayırmasını zəruri edir. Hətta əlavə dərnək, idman va sair yarış və hazırlıq tədbirlərinə uşağın qatılması da kifayət qadar vaxt aparır. Ona göra də, əslində X6 valideyinlərinin iddiaçılar qismində belə bir qaydada hazırda ona qarşı iddia tələblərinin irəli sürmələri məhz ons asas verir ki, vaxtilə onun oğlunun atası sayılan Cavabdeh ogluna Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin qət etdiyi 11 sentyabr 2017-ci il tarixli 2(008)-5280/2017 saylı qətnaməsi ilə uşaqla ünsiyyət üçün ayrılmış vaxtların müddətlərinin azaldılmasını məhkəmədə yeni iddia qaldırmaqla tələb etsin. Belə ki, bu növ münasibətlər davam edəndir və qanunlada belə bir iddia tələbininonnuntə rəfindən irəli sürülməsi yol veriləndir. Çünki vaxtilə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qət etdiyi 11 sentyabr 2017-ci il tarixli 2(008)-5280/2017 saylı qətnaməsi ilə uşaqla ünsiyyət üçün ayrılmış vaxtlar müəyyən edilərkən 07 may 2014-cü il təvəllüdlü X7 cəmi 3 yaşı vardı. Lakin hazırda həmin vaxtdan 4 ildən artıq müddət keçmişdir və həmin uşağın 7 yaşı vardır. Ailə qanunvericiliyinin tələbinə əsasən isə, artıq 7 yaşı tamam olmuş uşağın bu məsələyə dair öz fikrini bildirmək hüququ vardır. Odur ki, qeyd olunanları nəzərə alıb, Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin qət etdiyi 11 sentyabr 2017-ci il tarixli 2(008)- 5280/2017 saylı qətnaməsi ilə Cəfərov Nadir Ələmdar oğluna 07 may 2014-cü il təvəlledle X11 ilə ünsiyyət üçün ayrılmış vaxtların həmin uşağın məhkəmədə fikri öyrənilməklə(o cümlədən hazırda Bakı şəhəri Sabunçu Rayon Məhəməsində Cavabdeh valideynləri X10 və X1 ona qarşı irəli sürülmüş iddia tələblərinə mütanasib şəkildə)azaldılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 oğlu da eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin 02 iyul 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki,onun tələbi əsasında işə baxılıb qətnamə çıxarılıb, qarşı tərəf bundan narazı olubsa həmin qətnaməni apellyasiya, kassasiya qaydasında mübahisələndirərdi. O, həmin müddətdə mübahisə açmayıb, lakin əsassız olaraq hal-hazırda məhkəməyə müraciət edərək görüş vaxtının azaldılmasını məhkəmədən xahiş edir. Nənə və babanın ünsiyyətlə bağlı iddilarını əsas gətirib, onun övladı ilə ünsiyyətini azaltmağa çalışır. O, bir ata kimi və onun valideyinləri bir baba-nənə kimi uşağa zəruri olan hər bir ehtiyacı təmin edirlər. Bundan əlavə o, uşağa görə kəsilən alimenti hər ay vaxtlı vaxtında ödəyir. İddiaçı isə bunları nəzərə almadan bu cür iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Hesab edir ki,iddia tələbi tamamilə əsassızdır.Ona görə də xahiş edir ki, iddia təmin olunmasın Məhkəmə iddiaçının,onun nümayəndəsinin-vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli 2(008)- 2487/20 17 nömrəli qatnamasi ilə Cavabdeh ilə İddiaçı arasında Nizami rayon Qeydiyyat Şöbəsində 196 sayll akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olan 07 may 2014-cü il tavallüdlü X7 anası İddiaçı ilə qalması, 07 fevral 2017-ci il tarixindən başlayaraq 07 may 2014-cü il təvallüdlü X7 yetkinİik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 137 manat sabit pul məbləğinda alimentin tutuİması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinini 11 sentyabr 2017-ci il tarixli 2(008)- 5280/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 07 may 2014-cü il təvəllüdlü X11 ilə hər həftənin ikinci günü saat 16:00-dan saat 20:00-dək, har həftənin beşinci günü saat 16.00dan şənbə günü saat 14:00-dək, Bayram günlari: Yenil il bayramı 1 gün, Novruz bayramı 2 gün,9 may 1 gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü 26 iyun 1 gün, Qurban bayramı 1 gün, Ramazan bayramı 1 gün, məktəbə gedəndən sonra yay tətilində 3 həftə uşağın atasının yaşadığı yer üzrə ünsiyyat hüqüqünun müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası “Zəngi”Liseyindən verilmiş 315 saylı,05 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki,X4”Liseyinin 2-ci sinfində oxuyur.Dərsləri 2-ci növbədə keçirilir.Dərs saatı 17:20-də bitir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki,tərəflərin övladları Cəfərin tərbiyəçisi olmuşdur. Cəfər çox məntiqli və ağıllı uşaqdır. Cəfəri atası gəlib aparırdı, uşaq da çox böyük məhəbbətlə atasını gözləyirdi.Uşaq atası ilə görüşəndə gözləri işıldayırdı. Uşağın hər iki validyeni gözəl insanlardırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Cəfərin valideyinldəri çox gözəl insanlardır. Atası Nadir isə çox ideal atadır. O, uşağa çox böyük qayğı ilə yanaşır. Uşaq atası ilə görüşdən qayıdandan sonra uşağa çox gözəl təsir edir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının 31 avqust 2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, “Yuxarıda deyilənlərə əsasən komissiya hesab edir ki,valideynlik hüquq və vəzifələrini həyata keçirən İddiaçı istəyinə əsaslanmaqla atanın uşağı ilə ünsiyyət vaxtının azaldılması Cəfərin yüksək maraqlarına,yəni,mənəvi,əxlaqi,fiziki və psixi durumuna mənfi təsir göstərər və mənafeyinə zidd olar”Ona görə də komissiya atanın uşaqla ünsiyyət müddətinin azaldılmasını məqsədəmüvafiq etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Aşağıda sadalanan maddələrinə əsasən: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 61.4. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Qeyd olunan maddi-hüquq normalarının məzmunundan göründüyü kimi uşağın məhkəmə qətnaməsi ilə valideynlərindən birinin yanında qalmasının müəyyən olunması ona uşaqla bağlı əlavə imtiyazlar verə, digər valideynin uşağa olan hüquq və vəzifələrini məhdudlaşdıra bilməz. Uşağın təlim-tərbiyyəsində, təhsilində hər bir valideyn bərabər hüquqlara malikdir. İddiaçı uşağın atası ilə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş görüş vaxtının azaldılmasını tələb etsə də,öz iddiasının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Şahidlərin ifadələri, işə əlavə olunan psixoloji rəylər,qəyyumluq və himayəçilik komissiyasının verdiyi rəy, işə əlavə edilmiş fotoşəkillər və işin digər halları ilə müəyyən olunmuşdur ki, qətnamə ilə müəyyən olunmuş görüş vaxtı azyaşlı Cəfərin təlim və tərbiyyəsinə,təhsilinə,fiziki və psixi inkişafına mənfi təsir göstərmir. Əksinə, uşaq atası ilə vaxtını səmərəli və rifah içində keçirir.İddiaçı məhkəməyə bunu təkzib edən hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı uşağın 7 yaşına çatdığını bildirməklə onun özünün də fikrinin öyrənilməsinin zəruri olduğunu qeyd etmişdir. Lakin keçirilən məhkəmə iclaslarında uşağın iştirakını təmin etməmişdir. İşin hallarından görünür ki,qəyyumluq və himayəçilik komissiyasında araşdırma aparılarkən uşaq iki dəfə psixoloq tərəfindən dinlənilmişdir.Hər ikisində uşaq atası ilə vaxt keçirdiyini sevdiyini,onunla özünü çox xoşbəxt hiss etdiyini bildirmişdir. Psixoloq belə qənaətə gəlmişdir ki, “uşaq atası ilə olmaqdan məmnundur,və bu vəziyyət onu xoşbəxt edir.Uşağın psixoemossianal vəziyyətində qeyri-sabitlik yaratmamaq,onun hazırkı yaşayacağı stresss situasiyalarının təsirindən (ata ilə görüşün məhdudlaşdırılması və ya bu fonda yaşanan gərginlik,əhval-ruhiyyənin aşağı olması və s.) yeniyetməlik və daha yuxarı yaş qrupunda qarşılaşacağı travmatik durumlardan qorumaq məqsədi ilə atası ilə görüşlərin məhdudlaşdırılması məqsədəuyğun hesab olunmur.Anasının bu vəziyyətlə barışması,ayrı olsalar belə,övladlarının sağlam şəxsiyyət kimi yetişməsində birgə əməkdaşlıq etmələri tövsiyyə olunur” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi özü sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki,iddiaçının təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün yetərli deyil. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət müddətinin azaldılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar