Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2752/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadı Emil Mirələm oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 Cavabdeh qızı X5 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahdan uşaqları yoxdur. İlkin zamanlarda onların ailə-nikah münasibətləri normal şəraitdə keçmişdir. Lakin bir müddət keçdikdən sonra onların arasında xasiyyətlərinin uyğun gəlməməsi aşkar olunmuşdur. Bununla əlaqədar, bu ilin may ayında ailə münasibətləri tam pozulmuşdur. Həmin vaxtdan iddiaçı Tağı X1 ilə ayrı-ayrı yaşayır. Hal-hazırda məhkəmədə onların nikahın pozulması prosesi qedir. Cavabdeh qızı Ləman Əzimova ilə İddiaçı1 nikahda olduğu müddətdə İddiaçı1 anası İddiaçı2 mülkiyyət hüququ üzrə məxsus olan mənzil satılmışdır. Mənzilin alğı-satqısı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanılmışdır. 10 gün sonra, xx.xx.2021-ci il tarixildə, mənzilin satışından əldə olunan gəlir məbləğindən cavabdehin kürəkəni İddiaçı1 cavabdehə 34000 manat vermişdir. Həmin gün Cavabdeh öz adına bank hesabı açmışdır və 34000 manat məbləğində pul həmin bank hesabına qoymuşdur. Bununla əlaqədar Cavabdeh öz əli ilə iltizam tərtib etmişdir. İltizamdada qeyd etmişdir ki, o, kürəkən İddiaçı1 xx.xx.2021-ci il tarixdə 34000 manat pul məbləğində pul almışdır. Həmin pul Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında öz adına qoymuşdur, bunun məqsədi o idi ki, pul yığaraq qızı Ləman Əzimovaya və kürəkən İddiaçı1 ev alsın. İltizamdada qeyd etmişdir ki, onun bu pulları xərcləməyə heç ihtiyarı yoxdur və həmin puldan yalnız faiz götürür. Ləman Əzimova ilə ailə münasibətləri kəsildiyi üçün İddiaçı1 cavabdehdən pulunu geri tələb etmişdir. Bununla bağlı yazılı təkliflə ona müraciət etmişdir. Lakin heç bir cavab cavabdehdən almamışdır. Bununla əlaqədar iddiaçılar Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hazırda onlara məxsus olan 34000 manat məbləğində pulun tutulmasını cavabdehdən tələb etməyə məcburdurlar. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 34000 (otuz dörd min) manat məbləğində pul Cavabdeh tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı etiraz ərizəsi ilə həmin iddianı rədd edir. Onun iddiaya mövqeyi aşağıdakı kimidir: “İlkin iddia onunla əsaslandırılmışdır ki, guya iddiaçılar onlara məxsus hansısa mənzili sataraq, pulunun bir hissəsini mənə veriblər, mən isə qızıma və kürəkənim olacaq İddiaçı1 gələcəkdə ev almaq üçün pullarını qorumaq məqsədilə həmin vəsaiti alıb, mənim adıma açılmış bank hesabına qoymuşam”. Nəzərinizə çatdırır ki, belə bir pul məbləğini bank hesabına mədaxil etmiş və hazırda da hesabdadır. Sadəcə, həmin vəsaitin iddiaçılara heç bir aidiyyəti yoxdur. Həmin vəsait ona məxsus olan Azadlıq prospektində yerləşən 4 otaqlı mənzilin satışından əldə etdiyi pulun bir hissəsidir. Belə ki, satışdan əldə vəsaitin bir hissəsinə (60000 manata) Bakıxanov qəsəbəsində oğluna bir otaqlı mənzil almış, bir hissəsinə həyətində hovuz tikdirmiş, qalan 30000 manatı isə qızı Ləmana vermişdir ki, ailə üçün ev alsınlar. Sonradan ona məlum olmuşdur ki, qızı həmin pulu saxlamaq üçün İddiaçı1 vermişdir. Həmin ərəfədə qızı Ləman İddiaçı1 ilə nişanlı idilər. O, İddiaçı1 bildirmişdir ki, vəsaiti özlərində saxlasalar xərcləyəcəklər, ona versinlər, bank hesabında saxlasın. Eyni zamanda, bir ana kimi əslində ona məxsus olan 30000 manatın hələ tam güvənmədiyi bir şəxsdə qalmasını istəməmişdir və bu bu barədə iradını qızına da bildirmişdir. O, hiss eləmişdir ki, qızı və İddiaçı1 pulu ona qaytarmaqdan ehtiyat edir, onların yanında bir qəbz yazaraq, gələcəkdə ev almaq üçün yetərincə pul yığacaqları halda vəsaiti ordan çıxarıb onlara verəcəyini vəd etmişdir və qızına bir qəbz yazmışdır ki, o tam rahat olsun ki, pulu gələcəkdə ona verəcəkdir. Çünki İddiaçı1 qızını qorxutmuşdur ki, o, həmin vəsaiti qızından alıb oğluna verəcəkdir. Nəzərə çatdırır ki, həmin vəsait iddia ərizəsində göstərildiyi kimi nikah dövründə deyil, nikahdan əvvəl onun bank hesabına mədaxil edilmişdir. Belə bir sual yaranır ki, əgər 30000 manat İddiaçı1 məxsus olsaydı, o bu qədər vəsaiti ona verərdimi? Beləliklə, qızı ilə İddiaçı1 onlara verdiyi 30000 manatı və birgə yığdıqları 4000 manatı ona vermişlər. O, isə onlarla birgə banka gedib, həmin vəsaiti öz adına açdırdığı hesaba mədaxil etmişdir. Hazırkı iddia ilə tanış olduqda ona məlum olmuşdur ki, iddiaçı qəsdən qəbzin yalnız üçüncü səhifəsini məhkəməyə təqdim etməklə əslində saxtakarlıq etmək istəyir. Belə ki, əvvəlki səhifələrdə işin həqiqi halı dəqiq bəlli olur. Onda həmin ərizənin kserosurəti var və qeyd etdiklərinin hamısı orada öz əksini tapmışdır. Həmin qəbzin bir əsli və 3 kserosurəti var idi. İddiaçı1la araları dəyəndə qızı ilə onlara yaşamaq üçün verdiyi evdən bütün sənədlərini, o cümlədən əvvəlki evin alğı-satqı müqaviləsi və qəbzin əsli ilə 2 kserosurətini də aparmışdır. Lakin nəzərə almamışdır ki, həmin qəbzin üçüncü nüsxəsini o, özü ilə Mərdəkandakı evinə aparmış, oğluna göstərmiş, ona da izah etmişdir ki, başına bir iş gəlsə, həmin vəsaiti bacısına versin. İddia ərizəsinə əlavə olunan qəbzin 3-cü səhifəsindəki məlumat da tam deyil. Belə ki, orada əvvəla qəbz sözü yazılmamiş, ikincisi onun mətni tam deyil, kimin kimdən vəsait aldığı bəlli olmur. İkinci bir məsələ isə, iddiaçı hazırkı ərizə ilə ona təxminən 2 ay əvvəl müraciət etmişdir. Həmin vəsait ona məxsus olmasaydı, həmin pulu həbsdən qorumaq üçün həmin anda onu bank hesabından çıxarardı və nəhayət, əgər bu vəsait İddiaçı1 məxsus idisə, o borc müqaviləsi bağlamaqla bunu ona verərdi. Bununla yanaşı, İddiaçı1 onlara aşağıdakı ziyanı vurmuşdur. 1. Toyun bütün xərclərini onlar çəkmişlər, lakin toydan yığılan 6300 manat pulu sonra qaytaracağı vədi ilə götürmüşdür. Toyda onun yalnız atası və anası iştirak etmiş və yığılan hədiyyəni yalnız onların qonaqları vermişlər. 2. Ləmanın adına olan bank kartını götürmüş, onda 1000 manatı xərcləmiş, kartı qaytaranda kart tam boş olmuşdur. 3. 2021ci ilin sentyabr ayında Ləmanın adına 5000 manat kredit götürərək, xərcləmişdir, hazırda krediti Ləman ödəyir. 4. Ləmana məxsus iphone 11 markalı telefonu 1000 manata sataraq, öz adına iphone 12 pro max telefonu almış, onu işlətmək üçün Ləmana versə də, hazırda onu bloklamış və telefon yararsız vəziyyətə düşmüşdür. Beləliklə, hesab edirlər ki, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin sənəd bir vərəq olmuş və Beynəlxalq Bankda yazılmışdır. Sənədin əsli onda olmuş, dublikatı isə cavabdehdə olmuşdur. Avqust ayında anası evi satanda evin pulunu ona vermişdir. Cavabdeh isə evini mart ayında satmışdır. Həmin zaman o, cavabdehi heç tanımırdı. Cavabdeh ona demişdir ki, “siz cavansınız pulu xərcləyərsiniz, ona görə də verin pulu mən saxlayım, banka qoyaram”. Həmçinin həmin yerdə, yəni bankda vərəqdə qəbzi yazıb ona vermişdir. O, notariusa getməsini bildirsə də, lakin cavabdeh razılaşmamışdır və onların qohumuq əlaqələri olduğundan ehtiyac olmadığını, alınmasa pulunu qaytaracağını demişdir. Əgər pul onun idisə, niyə onun adına yazmışdır. Deməli fakt bu pul onundur ki, onun da adına yazılmışdır. Lalə xanım bildirmişdir ki, qızı ilə birlikdə 4000 manatı yığıb həmin pulun üstünə əlavə etmişlər. O, cavabdehin qızı ilə birlikdə yaşamaya-yaşamaya o pulu necə yığa bilər. 50000 manata yaxın pul var idi. 10000 manatını qızın evinin təmirinə xərcləmişdır. Qalan 6000 manat isə digər işlərinə xərcləmişdir. Ev almaq məqsədilə anası pulu ona vermişdir. Qarayevdə bir otaqlı almaq istəmişlər, amma Lalə xanım demişdir ki, bir otaqlı almayın, pulu versinlər və o, saxlasın, yığar iki otaqlı alarlar. O, taksi sürücüsüdür. Ailə quran vaxtı da taksi sürücüsü olmuşdur. Aylıq qazancı 1000-1200 manat olur. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Lalə xanım ona zəng edərək demişdir ki, onların pulunun faizi ilə dolanar. O, bu sözləri ona deyəndə çox təəccüblənmişdir. Evini satıb oğluna bir otaqlı ev almışdır. Bu oğluna da almaq istəyirdi, amma mümkün olmamışdır. Təzə quda olmuşdurlar. O, utandığından bir söz deyə bilməmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən sənəd yalnız bir vərəq olmuşdur. Digər vərəqlər sonradan cavabdeh tərəfindən yazılmış vərəqlərdir və sonradan yazılanların heç bir əsası yoxdur. Eyni zamanda nəzərə çatdırır ki,o, məhkəmədən qabaq iddiaçının nümayəndəsi və vəkili olaraq İddiaçı1 məxsus 34000 manat pulun götürülməsi ilə bağlı qarşı tərəfə 3 dəfə təklif göndərmişdir. Lakin 1 ay gözləməklərinə baxmayaraq müsbət cavab ala bilməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs yəni Cavabdeh evi satmış və əldə etdiyi vəsaiti yəni 30000 manatı qızına vermişdir. Həmin evdən oğluna da pay düşdüyünə görə həm qızına, həm də oğluna pul vermişdir. Qızı həmin pulu gətirib Tağıya vermişdir. Lakin Lalə xanım pulu bir neçə dəfə istəmişdir. Buna görə də, Ləman xanım anasının pulu götürüb bir daha verməyəcəyini Tağıya bildirmişdir. Bu zaman Lalə xanım onların rahat olması və onları inandırması üçün qəbz vermiş və həmin pulu götürüb xərcləməyəcəyini, onların pulu kimi yığıb saxlayaraq, gələcəkdə onlara ev alacağını bildirmişdir. Evin kişisi Tağı olduğuna görə, həmçinin qızı ilə münasibətlərinin korlanmaması üçün qəbzi Tağının adına vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 457739 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə X5 26 avqust 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3668 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Əzimova Məmmədova” soyadı verilmişdir; - İddiaçı2 ilə X3 arasında 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1409 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilini X2 124000 sataraq, onun mülkiyyətinə vermişdir; - İpoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan X4 və mülkiyyətçi Cavabdeh arasında bağlanılmış 10 mart 2021-ci il tarixli 862İK-SAB/2021 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən mənzilini alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 130000 manatdır, mənzilin dəyərinin 70000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 60000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli 862İK-SAB/2021 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. - Cavabdeh, İddiaçı1 və Əzimova Ləman tərəfindən tərtib edilmiş sənəddən və onun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “13 avqust 2021-ci ildə mən, kürəkənim İddiaçı1 34000 manat məbləğində pul alıb Razin qəsəbəsində yerləşən Beynəlxalq Bankın filialında öz adıma olan hesaba qoymuşam, məqsəd qızım Ləman Əzimova və kürəkənim İddiaçı1, ümumi ev almaqdır. Bununla mən onlara pul yığmağa kömək edirəm. Mənim bu pulları xərcləmək hüququm yoxdur. Yalnız hesablanan faizi götürürəm”. - Cavabdeh, İddiaçı1 və Əzimova Ləman tərəfindən tərtib edilmiş iltizamın surətindən və onun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Mən, Cavabdeh, Azadlıq prospekti 127/131 ünvanında yerləşən 4 otaqlı mənzilimi 130000 manata satdım və oğlum Əzimov Nərimana Bakıxanovda 60000 manata mənzil aldım. Bundan sonra mən bağımızda hovuz tikdirdim, oğluma toy elədim və qalan 30000 manatı qızım Ləmana verdim. Bu iltizamı ona görə yazıram ki, qızım əmin olsun ki, mən onun 30000 manatını əlindən almıram, əksinə onu qızım üçün artırmaq istəyirəm, belə ki, bəzi insanlar qızımı inandırmağa çalışırlar ki, anan sənə pulu qaytarmayacaq. Qızımın nişanlısı İddiaçı1 həmçinin bu 30000 manatı artırmağa mənə kömək edir və bu məbləğin üzərinə 4000 manat əlavə edib, lakin bu pulu evində saxlayır. Bu qədər məbləği evdə saxlamaq təhlükəsiz olduğuna görə, mən pulu banka qoymağı təklif etdim. 13 avqust 2021 ci ildə kürəkənim İddiaçı1 qızım Ləman Əzimova və kürəkənim İddiaçı1 üçün ev almaq məqsədilə 34000 manat pul aldım və bu pulu Razindəki Beynəlxalq banka öz adıma qoydum. Mən onlara ev almağa kömək edirəm, mən bu pulu xərcləməyə hüququm yoxdur, yalnız faizləri alıram”. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********20 saylı məlumatından görünür ki, Cavabdeh adına Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 27 saylı fərdi yaşayış evinin 1/3 hissəsi və Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 53A, mənzil 85 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 016-83999-1222 saylı məlumatından görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin kompütür uçot bazasına görə xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2022-ci il tarixdən “BMW 735” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 ilə cavabdehin qızı X5 26 avqust 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh məxsus bank hesabına 34000 manat məbləğində pul yerləşdirildiyini bildirərək, həmin pulun qaytarılmasını tələb etmişlər. Belə ki, iddiaçılar iddia tələbini əsaslandırarkən qeyd etmişlər ki, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini xx.xx.2021-ci il tarixdə 124000 manata satmış və əldə edilən pulun bir qismini oğluna ev almaq üçün ayırmışdır. Bu məqsədlə əldə edilən pulun 34000 manatını cavabdehə verilmiş və cavabdeh tərəfindən buna dair sənəd də tərtib edilmişdir. Cavabdeh isə buna etiraz edərək, onun bank hesabında olan pulun iddiaçılara məxsus olmadığını bildirmişdir. Belə ki, cavabadeh etirazında göstərimişdir ki, o, özünə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilini xx.xx.2021-ci il tarixli müqavilə əsasında 130000 manata satmışdır. O, əldə edilən vəsaitin bir hissəsinə (60000 manata) Bakıxanov qəsəbəsində oğluna bir otaqlı mənzil almışdır, bir hissəsində həyətində hovuz tikdirmiş, qalan 30000 manatı isə qızı Ləmana vermişdir ki, ailə üçün ev alsınlar. Cavabdeh həmçinin qeyd etmişdir ki, qalan 4000 manatı isə qızı və kürəkəni birgə formalaşdırmışlar. Göründüyü kimi, iddiaçı üzrə bir-birinə zidd əsaslar irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. Hazırda iddiaçılar məhkəməyə Cavabdeh, İddiaçı1 və Əzimova Ləman tərəfindən tərtib edilmiş bir vərəqdən ibarət sənəd təqdim edərək, cavabdehin İddiaçı1 34000 manat məbləğində pulu alaraq, Razin qəsəbəsində yerləşən Beynəlxalq Bankın filialında yerləşdiyini bildirmişdir. Cavabdeh isə məhkəmə iltizam təqdim edərək, iddiaçılar tətəfindən təqdim edilmiş sənədin tam olmadığını, sənədin ilk iki səhifəsinin məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iltizam ilə müəyyən edilir ki, o, evinin satışından əldə edilən pulun 30000 manatını qızı Ləmana, qızı isə İddiaçı1 vermişdir. Daha sonra isə həmin pulu təhlükəsiz şəraitdə saxlamaq üçün bank hesabına yerləşdirmişdir. Göründüyü kimi, hazırda iddiaçıların tələblərini əsaslandırdığı dəlillərə qarşı cavabdeh tərəf öz dəlillərini irəli sürmüş və məhkəmədə iddiaçının təqdim etdiyi sübutların mötəbərliyi mübahisələndirilmişdir. Qeyd edilməlidir ki, iddiaçılar adı çəkilən sənədin əslini məhkəməyə təqdim etmiş, cavabdeh isə həmin sənədin 3 vərəqdən ibarət olduğunu və əslinin iddiaçılarda olduğundan təqdim edə bilmədiyini göstərmişdir. Qeyd edilməlidir ki, İddiaçı1 məhkəmədə vermiş olduğu izahatında sənədin əslinin onda, surətinin isə cavabdehdə olduğunu özü də təsdiq etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən pulun formalaşdırmasına və bank hesabına yerləşdirilməsi ilə bağlı iltizam təqdim edilməsi ilə iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı sübutlar arasında ziddiyyətlər akşarlanmışdır. Həmçinin, müəyyən edilir ki, həm İddiaçı2, həm də Cavabdeh mülkiyyətlərindən olan əmlakları satmış və pul vəsaiti əldə etmişlər. Nəticədə, hər iki tərəfin mübahisələndirilən pulu formalaşdırmaq üçün vəsaiti olmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş 1 vərəqdən ibarət olan sənədin (qəbzin) tədqiqi zamanı onun özü-özlüyündə yarımçıq və hansısa sənədin davamı olması vizual olaraq müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş sübutların tətqiqi zamanı iddiaçı tərəfin məhz özlərinə məxsus olan pul vəsaitini cavabdehə məxsus olan bank hesabına yerləşdirilməsi, həmin pulun cavabdehə məxsus olmaması, cavabdehin onları pullarından məhrum etməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh mübahisələndirilən məbləğin 30000 manatının ona məxsus olduğu qeyd etmişdir. Qalan 4000 manatın isə qızı və kürəkəni İddiaçı1 məxsus olduğunu etiraf etsə, həmin vəsaitinin iddiaçının yoxsa cavabdehin qızının birgə formalaşdırdıqları, ya da hansısa birinə məxsus əmlak olması, hansı formada və nə vaxt əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə həmçinin qeyd edir ki, ümumiyyətlə iddiaçıların özlərinə məxsus olan pulu məhz cavabdehə məxsus olan bank hesabına yerləşdirmələri, həmçinin cavabdehin də iddiaçılara məxsus olan puldan faiz gəliri əldə etməsi ağlabatan hesab edilmir. İddiaçı tərəf məhkəmənin bu istiqamətdə verdiyi sualları qohumluq və ailə münasibətləri ilə əsaslandırmağa çalışsa da, bu mülahizələr məhkəmədə daxili inamı formalaşdırmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə araşdırması ilə hazırda mübahisələndirilən pul vəsaitinin iddiaçılara məxsus əmlak olması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçılar iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, habelə sərbəst daxili inamını rəhbər tutub, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “34000 (otuz dörd min) manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “34000 (otuz dörd min) manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2752/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2752/2022
30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver