Məhkəmə qərarları › İş №2(007)-2776/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2776/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2776/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər- Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin ödənilnməsi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin ödənilnməsi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 740 (yeddi yüz qırx) manat sığorta ödənişi məbləğinin və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 770.40 (yeddi yüz yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsinin məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Şığorta Şirkəti ASC-ti ilə X2 arasında 19 oktyabr 2016-ci il tarixdə PAT********** nömrəli sığorta müqaviləsi bağlanmış və “BMW 320” markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh1 05 dekabr 2016-cı il tarixdə, Cavabdeh2 məxsus olan “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili, sonuncu tərəfindən həmin maşının idarə edilməsinə dair ona verilmiş etibarnamənin müddəti keçməsinə görə idarə etmə hüquqi olmamasına baxmayaraq, həmin maşını idarə etmiş və İmişli rayonunda M.F.Axundov və Babək küçəsinin kəsişdiyi yerində yol-nəqliyyat hadisəsi törədərək “BMW 320” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 740 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İmişli Rayon Polis X3 Polisi Bölməsinin İddiaçı Sığorta Şirkəti ASC-nə təqdim etdiyi inzibatı xətanın törədilməsinə dair 05.12.2016-cı il tarixli, MYP 243850 nömrəli protokola əsasən törədilmiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmişdir. Bu səbəbdən də, zərərin aradan qaldırılmasına dair onun üzərinə mülki məsuliyyəti düşmüşdür. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 740 manat sığorta ödənişinin məbləğini hər iki cavabdehlərdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən cavabdehlərin ünvanına 28 avqust 2020-ci il tarixli P-3456/2020 nömrəli və 28.08.2020 il tarixli P-3457/2020 nömrəli geriyə tələb (subroqasiya) məktubları göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətin xeyrinə ödənilməmişdir. Ona görə də, həmin vəsaitin və 30.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Cəmiyyətin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, BDYPİ-dən daxil olmuş məlumatdan və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan aydın olur kı, "BMW 320” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarında olan, BDYPİ-dən daxil olmuş məlumatdan və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan aydın olur kı, “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan, Cavabdeh2 tərəfindən ona məxsus olan “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamədən görünür ki, onun müddəti 05.122016-cı il tarixə qədər bitmişdir. İş materiallarında olan DYPİ-nin YPXA-dan Cəmiyyətin ünvanına daxil olmuş 05.12.2016-cı il tarixli, MYP 243850 nömrəli İnzibati xəta haqqında Protokoldan müəyyən olunur ki, Cavabdeh1 05 dekabr 2016-cı il tarixdə, Cavabdeh2 məxsus olan “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili, sonuncu tərəfindən həmin maşının idarə edilməsinə dair ona verilmiş etibarnamənin müddəti keçməsinə baxmayaraq və idarə etmə hüquqi olmadan, onu idarə etmiş və İmişli rayonunda M.F.Axundov və Babək küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törədərək, “BMW 320” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmu və ona zərər vurmuşdur. Bu hadisə üzrə Cavabdeh1 inzibatı xəta törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 19 dekabr 2016-cı il tarixli, 056900 nömrəli hesabatından və 20.12.2016-cı il tarixli, 033875 saylı sığorta aktından görünür ki, “BMW 320” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 740 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan 21.12. 2016-cı il tarixli, 6882 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Səğorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 740 manat məbləğində sığorta ödənişi “BMW 320” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan X1 ödənilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanladığı 28.08.2020-ci il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, müvafiq zərərin aradan qaldırılması üçün cəmiyyət tərəfindən ödənilmiş 740 manat sığorta ödənişinin 10 gün müddətində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tərəfindən iş olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 05 dekabr 2016-cı il tarixdə, Cavabdeh2 məxsus olan “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili, sonuncu tərəfindən həmin maşının idarə edilməsinə dair ona verilmiş etibarnamənin müddəti keçməsinə baxmayaraq və idarə etmə hüquqi olmadan, həmin maşını idarə etmiş, İmişli rayonunda M.F.Axundov və Babək küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törədərək, “BMW 320”markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona 740 manat dəyərində zərər vurmuşdur. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, sığortalı "Opel Vektra" markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 oğluna məxsus olmuş və o, mülkiyyətçi kimi avtomobili idarə etmək üçün Cavabdeh1 verdiyi etibarnamənim müddəti keçdiyinə baxmayaraq, yenidən etibarnamə vermədən maşını ona vermiş, sonuncu isə həmin maşanı idarə etmək hüquqi olmadan, onu idarə etmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsinin sahibi mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etdiyindən, sığorta ödənişi vermiş sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki,İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmış "BMW 320" markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə, təqqsirli bilinən şəxs Cavabdeh1 etibarsız idarə etdiyi, eləcə də, həmin maşının mülkiyyətcisi olan Cavabdeh2 bu maşını ona etibarnaməsiz verdiyi səbəbindən, “Opel Vektra” markalı **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 740 manat məbləğində sığorta ödənişi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 740 (yeddi yüz qırx) manat sığorta ödənişi məbləğinin və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 770.40 (yeddi yez yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar