Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2868/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə iddiaçı Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2, 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzilin iddiaçının mülkiyyətinə təhvil verilməsi və ya 3 saylı bina inşa edilməyəcəyi halda müqavilədə göstərilən eyni şərtlərlə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ona yaxın ərazidə mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC ilə iddiaçı Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2, 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzilin iddiaçının mülkiyyətinə təhvil verilməsi və ya 3 saylı bina inşa edilməyəcəyi halda müqavilədə göstərilən eyni şərtlərlə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ona yaxın ərazidə mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, mənzillərin iddiaçıya təhvil verilməsi mümkün olmadıqda 372798 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş 22 avqust 2023-cü il tarixdə e-2(007)-215/2024 nömrə ilə icraata daxil olmuşdur. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 m2 olan mənzilin əvəzinə Bakı şəhəri, K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89.4 m2 olan 2 otaqlı 31 nömrəli və sahəsi 89.4 m2 olan 2 otaqlı 58 nömrəli təmirsiz mənzil verilməsi, Cavabdeh isə "xxxx" MMC-yə 22000 (iyirmi iki min) manat pul ödəməsinə dair 04 iyul 2021-ci il tarixli müqavilələrin ləğv edilməsi, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan mülki iş 20 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 2(007)- 2868/2024 nömrə ilə qeydə alınaraq icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 bildirdi ki, mülki işlərin birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, mülki işlər növbəti məhkəmə iclasında birləşdirilsin. İşin materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan, prosessual qənaət prinsipi baxımından qeyd edilən mülki işlər birlikdə baxılması üçün işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, e-2(007)-215/2024 saylı mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olduğundan iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(007)-2868/2024 nömrəli mülki iş, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair e-2(007)-215/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-215/2024 nömrə saxlanılmaqla 2(007)-2868/2024 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(007)-2868/2024 nömrəli mülki iş, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair e-2(007)-215/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-215/2024 nömrə saxlanılmaqla 2(007)-2868/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş e-2(007)-215/2024 nömrəli mülki iş saxlanılmaqla 2(007)- 2868/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2868/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2868/2024
02.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver