Məhkəmə qərarları › İş №2(007)-2877/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2877/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2877/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərclərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.09.2013-ci il təvəllüdlü X1 üçün Cavabdeh 200 manat sabit pul məbləğində alimentin və əlavə xərc kimi uşağın müalicəsi üçün hər ay 100 manat məbləğində pul tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 noyabr 2012-ci ildə ailə qurmuşlar və birgə nikahdan 03 sentyabr 2013-cü il təvəllüdlü X8 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğu üçün 2017-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur və cavabdeh uşağın saxlanması üçün köməklik etmişdir, lakin 3- 4 aydır ki, heç bir köməklik etmir. Hazırda özü heç bir yerdə işləmədiyinə görə uşağın saxlanmasında əziyyət çəkir, cavabdeh isə hər ay 260 manat pensiya alır, 2 evi var və həmin evləri kirayə verib hər ay hərəsindən 400 manat kirayə haqqı alır, yəni onun aylıq qazancı yüksəkdir və o, hər ay uşağn saxlanması üçün 200 manat aliment ödəyə bilər. Bundan başqa birgə nikahdan olan uşaqları Şövqi Hüseynov xəstədir, anadan gəlmə serebral-iflic diaqnozlu xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq onun müalicəyə ehtiyacı var, hər ay müalicə kursu alır. Hesab edir ki, Cavabdeh gələcəkdə çəkilməsi zəruri olan əlavə xərc kimi Şövqinin müalicəsi üçün hər ay 100 manat məbləğində pul alınmalıdır. Qeyd olunanlara əsasən, 03.09.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün əlavə xərc kimi hər ay 100 manat məbləğində pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 13 iyul 2021-ci il tarixli ərizədə iddia tələbinin həcminin azaldılaraq hər ay 175 manat məbləğində aliment və əlavə xərclər üçün 50 manat məbləğində pul tutulmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildirişlər göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 11.03.2015-ci il tarixli 2(53)-32/2015 saylı Neftçala rayon məhkəməsi tərəfindən qəbul edilən qətnaməyə əsasən, Cavabdeh və X4 arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 13.12.2010-cu il tarixdə verilmiş AZ-İİİ 785562 №-li doğum haqqında şəhadətnamənin surətinə əsasən, 03.09.2013-cü ildə Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh, anası X2r. İş materiallarında olan X6 tərəfindən verilmiş 23.06.2018-ci il tarixli 427 nömrəli epikrizə əsasən, X7 G80.0 Uşaq serebral iflici tetraparetik forma diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 14 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Təqdim olunan sənədlərdən görünür ki,birgə nikahdan doğulmuş uşaq müalicə olunur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 03.09.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 iyun 2021ci il tarixdən başlayaraq 175 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün əlavə xərclər qismində 50 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 03 sentyabr 2013- cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 iyun 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və 03 sentyabr 2013-cü il təvəllüdlü X3 müalicəsi üçün hər ay 50 (əlli) manat İddiaçı xeyrinə xeyrinə tutulsun. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar