Məhkəmə qərarları › İş №2(007)-2917/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2917/2025

12.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2917/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh X4in, onun vəkili və nümayəndəsi X5 qızının, X2 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 52 saylı Notariat Ofisi cəlb edilməklə “renta müqaviləsinin ləğvi” tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 52 saylı Notariat Ofisi cəlb edilməklə “renta müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili və nümayəndəsi X5 qızının elektron kabineti vasitəsilə xx.xx.2025ci il tarixdə məhkəməyə ünvanlanılmış və İddiaçı tərəfindən yazılıb imza edilmiş ərizə ilə iddiaçı qəyyumu Cavabdeh səmimi peşmanlığını nəzərə alaraq, renta müqaviləsinin ləğv edilməsi barədə 2(007)-2917/2025 №-li iş üzrə iddi tələbindən imtinasının qəbul edilməsini və işin geri götürülməsini məhkəmədən xahiş etmişdir. Bütün bunlar məhkəmə iclasında təqdim edilən iddiaçının videogörüntüsü ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ərizə verərək iddiaçının iddia tələbindən imtina etməsi barədə ərizəsinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 iştirakı ilə “Whatsapp” tətbiqi vasitəsilə izahatı alınmış İddiaçı ərizənin məzmununa uyğun izahat verərək ərizəni özünün yazdığını, iddia tələbindən imtina etdiyini, bu halda iddiadan imtinasının nəticəsinin ona aydın olduğunu bildirirək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X4 və onun vəkili və nümayəndəsi X5 qızı ərizənin məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiasından etməsi barədə ərizəsini və mülki işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin mənafelərinə toxunmadığından, qəbul edilərək mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən hakim iş üzrə icraata iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa xitam verir. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 52 saylı Notariat Ofisi cəlb edilməklə “renta müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 52 saylı Notariat Ofisi cəlb edilməklə “renta müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. Qərardad İddiaçı tərəfindən ödənilmiş 100,60 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2025-ci il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar