Məhkəmə qərarları › İş №2(007)-2921/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2921/2020

10.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2921/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh “X1” Firmasının nümayəndəsi Rüstəmov Asif Şəmistan oğlunun İddiaçı cavabdeh “X1” Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” Firmasından 104 aylıq əmək haqqına görə 104*160=16640 manat, maddi ziyanla əlaqədar əldən çıxmış fayadaya görə 5000 manat olmaqla cəmi 21640 manat pulun, işlədiyi müddətdə almadığı 9 illik məzuniyyt pullarının tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim edərək göstərmişdir ki, cavabdeh “X1” Firmasından heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında cavabdeh “X1” Firmasının nümayəndəsi Rüstəmov Asif Şəmistan oğlu işin baxılmasını tələb etmədiklərini və icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mükün hesab etmişdir. Məhkəmə iddiaçının iddiasından etməsi barədə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin mənafelərinə toxunmadığından, qəbul edilərək mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, onun cavabdeh “X1” Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh “X1” Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar