Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2947/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. “Elektron məhkəmə” informasiya sisteminə sorğulanmış çıxarışla müəyyən edilmişdir ki, Borclu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X1 küçəsi, ev 1, inzibati bina ünvanında qeydiyyatdadır. Belə olan halda, ərizənin icraata qəbul edilərək baxılması üçün əsaslar yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ərizə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə deyil, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ kreditora izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,152, 263-264, 267-268, 277 və 278-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ kreditora izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2947/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2947/2022
07.09.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver