Məhkəmə qərarları › İş №2(007)-3268/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3268/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3268/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2007-ci il təvəllüdlü X2 görə hər ay ödədiyi 200 manatın və digər uşaqları xx.xx.2014-cü il təvəllüdlü X1 və X4 18 yaşına çatana kimi 440 manat aliment pulunun miqdarının əmək haqqının yarısı miqdarında hesablanmaqla aldığı 800 manat pulun yarısı 400 manat pulun 3 uşaq arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə nikaha daxil olmuş və məhkəmənin qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə nikahları pozulmuşdur. Həmin nikahdan tərəflərin xx.xx.2006-cı ildə Nəzrin və xx.xx.2007ci ildə Sevlan adlı övladları olmuşdur. Həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat alimentin tutulması qət edilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2013-cü ildə X3 ilə nikaha daxil olmuş və həmin nikahdan isə xx.xx.2014-cü ildə İsmayıl və xx.xx.2016-cı ildə Nur adlı övladları olmuşdur. İddiaçı ilə digər cavabdeh X3 arasında bağlanmış nikah isə məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçı, iddia ərizəsində Cavabdeh ilə birgə nikahından doğulmuş uşağa görə ödədiyi alimentin azaldılmasını xahiş etsə də, digər nikahından doğulmuş uşaqlara münasibətdə də alimentin azaldılmasını xahiş etmişdir, hansı ki, Cavabdeh iddiaçının digər nikahından doğulmuş uşağa görə alimentin azaldılmasına münasibətdə iddia tələbinə cavab verməli olan şəxs deyil. Belə olan halda, iddia ərizəsinin icraatı mümkün hesab edilməklə icraata qəbul edilə bilməz. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar