Məhkəmə qərarları › İş №2(007)-3300/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3300/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3300/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü qızı X2 3 yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 100 (yüz) manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə daxil olduğu nikahlarından xx.xx.2020-ci il tarixdə Osmanova Almila adlı bir övladları anadan olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsinə görə nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1950/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra X1 onun himayəsində saxlanılması, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla onun xeyrinə hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması qət edilmişdir. Övladı körpə olduğu üçün özü hal-hazırda əmək fəaliyyəti ilə məşğul ola bilmir, bu səbəbdən də maddi yardıma ehtiyacı var. Belə ki, mübahisələndirilən məsələyə dair cavabdehlə razılıq əldə etmək mümkün olmamış, cavabdeh bu məsələni həll etmək üçün onun müraciət etdiyi mediasiya sessiasında iştirak etməmişdir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, aralarında olan nikah pozulmuş və uşaq onun himayəsinə verilmişdir və 200 manat aliment alır. O işləmir, heç yerdən gəliri yoxdur. Uşağın allergiyası var, tez-tez xəstələnir və 200 manat uşağın saxlanılması üçün azdır. Cavabdeh ən son 600 manat əmək haqqı aldığını demişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Azpetrolda işləyir, 491 manat əmək haqqı alır, başqa yerdən gəliri də yoxdur. Hazırda iddiaçıya 200 manat aliment ödəyir. 55 manat özünün təzyiq dərmanı, 70 manat yemək pulu, 40 manat da yol puludur və əlavə 100 manat ödəməyə imkanı yoxdur. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1950/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış 42 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması qət edilmişdir Hazırda ana uşağın 3 yaşına çatanadək saxlanılması üçün 100 manat aliment xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan, hazırda ana işləmədiyindən hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Osmanov Pərvı̇ z Şahı̇ n oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment Osmanova Sevı̇ nc Baba qızının xeyrı̇ nə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkmiş, 50 manat məbləğində isə dövlət rüsumu ödənilməlidir. Məhkəmə AR MPM-nin 119.2-ci maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci ona aid edilməli, Osmanov Pərvı̇ z Şahı̇ n oğlundan 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Osmanov Pərvı̇ z Şahı̇ n oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment Osmanova Sevı̇ nc Baba qızının xeyrı̇ nə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya xərcinə görə Osmanova Sevı̇ nc Baba qızı tərəfı̇ ndən ödənı̇ lmı̇ ş 50 manat xərc ona aid edilsin. Osmanov Pərvı̇ z Şahı̇ n oğlundan 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar