Məhkəmə qərarları › İş №2(007)-3317/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3317/2020

13.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3317/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı X2 Cavabdeh qarşı “uşaqla görüşün dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X3 Cavabdeh qarşı “uşaqla görüşün dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 06.03.2015-ci il təvəllüdlü X4 və 07.01.2019-cu il təvəllüdlü X6 ilə (ananın iştirakı) hər həftənin bazar günü saat 10:00-dan saat 15:00 dək ünsiyyətdə olmaq hüqııqu verilməsinə dair Bak şəhəri Nizami rayon məhkəməsinin 2(007)209/2020 saylı 17.08.2020-ci il tarixli Qətnaməsinin icrasını övladları müalicə olunub sağalmasınadək və COVİD-19 Pandemiyasının sonuna kimi dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(007)- 209/2020 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh övladları 06.03.2015-ci il təvəllüdlü X4 və 07.01.2019-cu il təvəllüdlü X6 ilə (ananın iştirakı) hər həftənin bazar günü saat 10:00-dan saat 15:00 dək ünsiyyətdə olmaq hüqüqu verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin icrasının müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Azərbayca Respublikası “İcra Haqqında” Qanununun 17-ci maddəsinində icraatın dayandırılmasının məcburi olduğu halların dairəsi, 18-ci maddəsində isə icraatı dayandırmağın mümkün olduğu halların dairəsi müəyyən olunmuşdur. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı “uşaqla görüşün dayandırılması” tələbi barədə iddia ərizəsinə mülki icraat qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı “uşaqla görüşün dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci və 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı “uşaqla görüşün dayandırılması” tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməkdən imtina edilsin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar