Məhkəmə qərarları › İş №2(007)-3395/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3395/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3395/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka hüququn tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 35000 manat məbləğində pulun və məhkəməyə müraciət üçün ödənilmiş 290 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Həmin iş 06 iyul 2024-cü il tarixdə 2(007)-2516/2024 nömrə ilə icraata daxil olmuşdur. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və pul vəsaitinə hüququn tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəyəri 400 manat olan 5 qramlıq boyunbağı, dəyəri 450 manat olan 5 qramlıq alyans üzük, dəyəri 280 manat olan 3 qramlıq üzük, dəyəri 450 manat olan 6 qramlıq setka üzük, dəyəri 750 manat olan 10 qramlıq-qalın əl işi bilərzik, dəyəri 700 manat olan 8 qramlıq əl işi sırğa, dəyəri 300 manat olan 3 qramlıq məscidi klonun, ümumi dəyəri 3330 manat olan qızıl-zinət əşyalarımın özümə qaytarılması, 35000 manat pulun yarısına pay hüququmun tanınmaqla bölünüb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş 08 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 2(007)-3395/2024 nömrə ilə qeydə alınaraq icraata qəbul olunmuşdur. İddiaçı vəsatət verərək Nizami Rayon Məhkəməsində icraatda olan 2(007)- 3395/2024 saylı və 2(007)-3396/2024 saylı mülki işlərin həmin Məhkəmənin Hakimi Qumru Əliyevanın icraatında olan və eyni tərəflərin iştirak etdiyi e 2(007)-2458/2024 saylı və e-2(007)-2516/2024 saylı mülki işlərə ayrı-ayrılıqda birləşdirilməsi barədə qərardad qəbul ediləsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan, prosessual qənaət prinsipi baxımından vəsatət təmin edilməli, qeyd edilən mülki işlər birlikdə baxılması üçün işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 2(007)-2516/2024 saylı mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olduğundan İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və pul vəsaitinə hüququn tanınması” tələbinə dair 2(007)-3395/2024 nömrəli mülki iş, iddiaçı Cavabdeh X2 qarşı “pul” tələbinə dair 2(007)- 2516/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-2516/2024 nömrə saxlanılmaqla 2(007)-3395/2024 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş İddiaçı Cavabdeh qarşı “qızılzinət əşyalarının qaytarılması və pul vəsaitinə hüququn tanınması” tələbinə dair 2(007)- 3395/2024 nömrəli mülki iş, iddiaçı Cavabdeh X2 qarşı “pul” tələbinə dair 2(007)- 2516/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-2516/2024 nömrə saxlanılmaqla 2(007)-3395/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş 2(007)-2516/2024 nömrəli mülki iş saxlanılmaqla 2(007)- 3395/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar