Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3434/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007ci il təvəllüdlü X4 və X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər biri üçün 230 manat olmaqla 460 manat, vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə iş üzrə cavabdeh V.T. Məmmədovla el adət-ənənəsi ilə toy edərək ailə həyatı qurmuş, lakin nikahları qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdir. Bu nikahdan onların 4 uşağı var. 2001-ci ildə Aydan, 2002-ci ildə Ceyhun, 2007-ci ildə isə iki əkiz uşaqları Bəhruz və Bəhruzə anadan olmuş, onlardan ikisi artıq yetkinlik yaşına çatmışdır. 2007-ci il təvəllüdlü Bəhruz və Bəhruzə isə yetkinlik yaşma çatmamışlar. Nizami Rayon Qeydiyyat Şöbəsində 2007-ci ildə atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Ailə münasibətləri pisləşdiyindən ayrılmışlar. Uşaqların hamısı onun himayəsində qalıb və indidə onunla yaşayırlar. Onları tək böyütmüşdür. Cavabdeh ayrıldıqdan sonra 4 uşağa görə nəinki maddi, heç mənəvi yardım belə göstərməyib. Hal-hazırda maddi vəziyyətləri çox acınacaqlıdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə verərək, X4 və X3 üçün hər ay 230 manat olmaqla 460 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehin həyat yoldaşı onun övladlarını təhdid etdiyi və cavabdehi uşaqla görüşə həyat yoldaşı ilə gəldiyi üçün uşaqlarla görüşməsinə maneə yaradır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizənin məzmununa uyğun izahat verərək uşaqlar üçün hər ay 230 manat olmaqla 460 manat aliment ödəməyə razı olduğunu bildirdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə qeyri-rəsmi nikahda olmuş və övladlarına atalıq vermişdir. O, uşaqların saxlanılmasında köməklik edir. İddiaçı uşaqlarla görüşünə maneə olur. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahda olmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və X3 yetkinlik yaşına çatmamışdır. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində iştirak etmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün hər ay hər biri üçün 230 manat olmaqla 460 manat sabit pulməbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay hər uşaq üçün 230 manat olmaqla ümumilikdə 460 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Buna cavabdeh də razı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşna çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər biri üçün 230 manat olmaqla, ümumilikdə 460 manat sabit pul məbləğində aliment tutulmalıdır. AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsinə görə 210 manat və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat vəsaitin əvəzi iddiaçının xeyrinə cavabdehdən tutulmalı, bundan əlavə cavabdehdən 50 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşna çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər biri üçün 230 manat olmaqla, ümumilikdə 460 manat sabit pul məbləğində aliment, hüquqi yardım göstərilməsinə görə 210 manat və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat vəsaitin əvəzi Mı̇ rzəyeva Leyla Əfras qızının xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3434/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3434/2022
26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver