Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-345/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh vurduğu mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlərə ("xxxx" MMC-yə və "xxxx" MMC-nin direktoru Cavabdeh) qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı barədə” iddia tələbi ilə əlaqədar olan 2(007)-1057/2024 saylı mülki iş Nizami Rayon Məhkəməsinin icraatındadır. Həmin mülki iş üzrə olan 2(007)- 1057/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla təyin edilib və mülki iş üzrə icraat dayandırılıb. Ekspertizanın aparılması ekspertiza mərkəzinin eksperti Murad Allahverdiyevə həvalə edilib. X4 xx.xx.2024-cü tarixli məktubla məhkəmədən əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının təqdim edilməsini xahiş edib: əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlər. Ekspertizanın tam, hərtərəfli, obyektiv və qısa müddətdə aparılmasını təmin emək məqsədilə iddiaçı tərəf olaraq tələb olunan həmin sənədləri almaq üçün cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh ünvanına (ünvan 1öndərib. Lakin cavabdeh həmin ünvanda yaşamasına baxmayaraq, qəsdən həmin məktubumu qəbul etməkdən imtina edib. Hətta “Whatsapp” proqramı vasitəslə də onun nömrəsinə (***-***-**-**) də ərizənin surətini göndəsə də, "xxxx" MMC-nin direktoru Cavabdeh qərəzli olaraq müraciətlərinə hec bir münasibət bildirməyib. Cavabdeh tərəfin qərəzli olaraq əzizəyə cavab verməməsi, yəni onunla əlaqədar olan mübahisəyə dair ekspertizanın aparılması üçün lazım olan sənədləri qərəzli olaraq verməməsi, onun hərəkətləri nəticəsində məhkəmədə mülki işə baxılmasının süni surətdə uzadilması nəticəsində əsəbləri korlanmış, mənəvi sarsıntılar keçirib. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hesab edir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. İddianın qanunsuzluğu ilə bağlı bildirir ki, iddia Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə uyğun olaraq tərtib edilməyib. Belə ki, əsl cavabdeh kimi "xxxx" MMC yaxud Cavabdeh olması dəqiq məlum deyil. Əgər cavabdeh "xxxx" MMC-dirsə o zaman pulun Cavabdeh tutulmasına dair tələb düzgün ifadə edilməyib. Əksinə, əsl Cavabdehdursa o zaman "xxxx" MMC-nin qeyd edilməsi nə məna verir?! Təbii ki, hazırkı işdə Cavabdeh ola bilməz, əsl cavabdeh "Metalquraşdırma” MMC olmalıdır. İddiaçının özünün iddia ərizəsində qeyd etdiyi digər iddia tələbi həm "Metalquraşdırma” MMC-yə və həm də Cavabdeh qarşı qaldırılıb. Bundan əlavə bildirmək istəyir ki, iddiaçının pul tələb etdiyi dövrlərdə "xxxx" MMC-nin direktoru atası X3 olub. O rəhmətə getdikdən xeyli sonra müəssənin qanuni təmsilçisi vəzifəsi ona keçib. Odur ki, fiziki şəxs olaraq onun iddia ərizəsində cavabdeh kimi qoyulmağı iddianın əsl olmayan cavabdehə yönəldilmiş olması fikrini deməyə əsas verir. İkinci hüquqi məsələ bundan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbi predmet baxımından ayrı olsa da, iddianın əsası baxımından Nizami Rayon Məhkəməsinin hakimi Sitarə Əliyevanın icraatında olan 2(007)- 1057/2024 saylı iş üzrə iddia tələbinin əsası ilə eynidir. Çünki hər iki işin kökü, faktiki əsası eyni hallara söykənir. Odur ki, hesab edir ki, məhkəmə prosessual qaydalara əsasən qeyd etdiyi məsələyə dair hüquqi araşdırma apararaq, münasibət bildirəcəkdir. Məsələnin faktiki əsassızlığı ilə bağlı hal bundan ibarətdir ki, iş üzrə təyin edilmiş ekpertiza üzrə ekspert tərəfindən sorğu göndərildikdə həmin sorğununun cavablandırılmasının təmin edilməsi məhkəmənin səlahiyətindədir. Əgər ekspert tərəfindən məhkəməyə hansısa sənədlərin təqdim edilməsi ilə bağlı müraciət göndərilibdirsə, məhkəmə dərhal həmin müracətdə qaldırılmış məsələlərin həlli üçün tədbir görür. Beləliklə də həmin müraciət daxil olduqdan sonra məhkəmə tərəfindən vəkillə əlaqə saxlanılıb, vəkil tərəfindən sorğunun qəbul edilməsi və cavablandırılması təmin edilib. Belə ki, ekspertin xx.xx.2024-cü il tarixli sorğusu məhkəmənin dəftərxanasında xx.xx.2024-cü il tarixdə qeydiyyata alınıb və vəkillə xx.xx.2024-cü il tarixdə “Whatsapp” vasitəsi ilə əlaqə saxlanaraq məlumat verilib. Vəkil tərəfindən bir neçə elektron poçt ünvanı məhkəməyə (hakim S.Əliyevanm köməkçisinin 070 *** ** ** Whats app nömrəsinə göndərilməklə) təqdim edilib. Məhkəmə tərəfindən bir neçə dəfə cəhd göstərilsə də, sorğunun elektron poçt vasitəsi ilə göndərilməsi mümkün olmayıb. Nəhayət xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən sorğu vəkilin mobil telefonuna “Whatsapp” proqramı vasitəsi ilə göndərilib, bundan sonra 3 gün ərzində sorğunun cavablandırılması mümkün olub, sorğunun Metalquraşdırma MMC tərəfindən cavablandırılması barədə xx.xx.2024-cü il tarixdə vəkil tərəfindən məhkəməyə məlumat verilib. xx.xx.2024-cü il tarixdə isə hakimin köməkçisi sənədlərin çatmasını təsdiq edib (Whatsapp yazışmaları əlavə olunur). Beləliklə, xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuş sorğu cavabdehə xx.xx.2024-cü il tarixə təqdim edilib, cavabdeh tərəfindən isə xx.xx.2024-cü il tarixdə cavablandırılıb. Bu sənədlər xx.xx.2024-cü il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunsa da, həmin materiallar geri qaytarılaraq, bildirilib ki, qeyd edilən iş icrasız geri qaytarılıb. Səbəb kimi müvafiq sənədlərin təqdim edilməməsi və eyni zamanda Əmək və Əhalinin Sosial Müdatıəsi Nazirliyi yanında DƏMX-nin mütəxəssisinin tədqiqata cəlb edilməməsi göstərilib. Qeyd edilən halların heç biri cavabdehin təqsirindən baş vermədiyi üçün, onun hər hansı mənəvi zərərin yaranmasında da rolundan söhbət gedə bilməz. Odur ki, hesab edir ki, bu cür bəhanə gətirməklə iddianın əsaslandırlınası hüquqi cəhətdən düzgün və ədalətli ola biməz. Qeyd edilənlərdən əlavə olaraq iddiaçı iddia ərizəsində qeyd etdiyi stresə düşməsi ilə bağlı hər hansı bir dəlilə də istinad edə bilməyib. Belə ki, iddiaçının stres keçirməsi ilə bağlı hansısa tibbi müayinə, qəfil baş vermiş nevroloji xəstəlik və s. ilə bağlı sübutlar işə əlavə edilməyib. İddiaçının qanunla hasısa məhkəmə sənədini çatdırmaq vəzifəsi olmadığı halda, bu vəzifəni öz üzərinə götürməsi lüzumsuz vaxt itkisindən başqa bir şey deyil. Məlum olduğu kimi həmin işdə cavabdehi vəkili təmsil edib və eyni zamanda vəkil iş materiallarına etibarnamə təqdim edib. Belə olduğu təqdirdə, cavabdeh təşkilatın özünə hansısa bildiriş və ya sorğunu göndərməyə ehtiyac yoxdur, çünki vəkilin etibarnaməsi cavabdehi təmsil etmək üçün kifayət edir. Məhkəmə sənədi cavabdehə çatdırmaq üçün onu vəkilə verib. O zaman iddiaçının xüsusi fədakarlığına ehtiyac olmadığı və məhkəmənin sorğunu çatdırmaq vəzifəsini iddiaçının üzərinə qoymadığı halda, iddiaçının sorğunu çatdırmağa çalışması öz mülahizəsi ilə baş verib. Yəni bu vəzifə ona məhkəmə tərəfindən tapşırılmayıb. Məhkəmə bu işi vəkilə həvalə edib və vəkil tərəfindən məhkəmənin tələbi layiqincə icra edilərək, sorğunun vaxtında cavablandırılması təmin edilib. Mütəxəssis cəlbi məsələsi isə cavabdehin imkanları xaricində olduğu üçün o məhkəmənin özü tərəfindən təmin edilməli idi. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddia ərizəsi əsassız olduğuna, iddiada qeyd edilmiş halların onun tərəfinədən təqdim edilmiş sübutlarla təsdiqini tapmadığına və işin faktiki hallarına uyğun gəlmədiyinə görə, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ilə danışıb, sənədlərin göndərilmədiyini bildirib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında tərəf olduğu digər mülki iş birinci dəfə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib, sənədlər təqdim olunmadığına görə iş dəfə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən geri qaytarılıb. İş ikinci dəfə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. O, poçtla da cavabdehə məktub göndərib, lakin məktubları qəbul etməyiblər. Ona lazım olan sənədləri vermək istəmirlər. Cavabdehin Mətanət adlı bacısı mühasib idi, ona da yazıb, sənədləri verilməyib. Cavabdeh və bacısının harada fəaliyyət göstərməsini də bilmir. Onda ekspertin, poçtun əməkdaşının və mühasibin səs yazıları var. Cavabdeh özü ilə danışıb, heç bir sənədi götürmədiyini bildirib. Cavabdeh "xxxx" MMC-nin direktorudur. Ona görə də ona qarşı məhkəmədə iddia qaldırıb. Ekspertizaya göndərilməli olan sənədləri bu gün əldə edib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 12 iyul tarixdə ekspert tərəfindən məhkəməyə sorğu göndərilib, həmin sorğu 25 iyul tarixdə daxil olub. Məhkəmə tərəfindən şəxsən onunla avqust ayının 2-də əlaqə saxlanılaraq sənədlər tələb olunub. Sənədlərin həcmi böyük olduğundan scan edib sistemə yükləmək mümkün olmayıb. A3 formatında çox geniş həcmdə sənədlərdir. Kompüter mütəxəssisi dəvət ediblər, bir həftə kompüterdə həmin sənədlərin həcmini kiçiltmiş və sistemə yükləyiblər. Hansı sənədləri elektron kabinetə yükləməyiblər, həmin sənədləri elektron poçt ünvanı vasitəsi ilə göndəriblər. Avqust ayının 26-a qədər sənədlərin tam şəkildə məhkəmənin rəsmi elektron poçt ünvanına göndərilməsinə nail olublar. Ekspert bir dəfə işi qaytarıb, qaytarmağının digər səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cəlb olunmuş mütəxəssisin həmin hesablamaları başa çatdırmaması olub. İddiaçı düzgün cavabdehə qarşı iddia qaldırılmayıb. İddiaçı mənəvi ziyan çəkməsini təsdiq edilən sənədləri təqdim etməyib. Həmçinin, məhkəməyə təqdim edilmiş səs yazıları iddiaçı ilə başqa şəxslər, yəni tərəf olmayan şəxslər arasında olan səs yazılarıdır və onlar hazırkı iş üzrə sübut kimi qəbul edilə bilinməz. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1057/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC və X2 qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı” tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. - Ekspert vəsatətinin surətindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Murad Allahvediyev, İddiaçı xx.xx.2017-xx.xx.2023-cü illər ərzindən işlədiyi dövrdə əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlər, Azərbaycan Respublikası ƏMək və X5 Nazirliyi DƏMX-nin mütəxəssisinin tətqiqata cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə vəsatət ünvanlamışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş məktubdan görünür ki, Məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə X1 xx.xx.2017-xx.xx.2023-cü illər ərzində işlədiyi dövrlərdə əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlərvə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin mütəxəsisinin tədqiqata cəlb olunması xahiş edilmişdir. Lakin hal hazıradək vəsatətdə qeyd olunan sənədlərin və mütəxəssisin cəlb olunması təmin edilməmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, məhkəmənin məktubu ilə məhkəmə ekspertiza mərkəzinə xx.xx.2024-cü il tarixdə 2(007)-1057/2024 saylı mülki iş üzrə əlavə sənədlər daxil olmuşdur. Həmin mülki iş xx.xx.2024-cü ildə icrasız geri qaytarıldığından mərkəzə təqdim olunmuş sənədlər geri qaytarılır. - Məhkəməyə iddiaçı tərəfindən səs yazılarının qeyd edildiyi 1 ədəd flaşkart təqdim edilmişdir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və onun direktoru Cavabdeh müştərək qaydada istifadə edilməyən 6 il müddətində məzuniyyətin əvəzi olaraq 4200 manat, işdənçıxma müavinəti olaraq 2100 manat, Mediasiya təşkilatına ödədiyi 61 manat, maddi ziyana görə ümumilikdə 6361 (altı min üç yüz altmış bir) manat məbləğində pulun və mənəvi ziyana görə 2000 (iki min) manat, cəmi 8361 (səkkiz min üç yüz altmış bir) manat məbləğində pulun onun xeyrinə olaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən həmçinin istifadə etmədiyi 4 il (2013-2017) üçün məzuniyyətin əvəzi olaraq 2800 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması və sosial sığorta ödənişlərinin düzgün hesablanması və sosial sığorta hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(007)-1057/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə həmin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Murad Allahvediyevin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş vəsatətindən görünür ki, İddiaçı xx.xx.2017-xx.xx.2023-cü illər ərzindən işlədiyi dövrdə əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlər, Azərbaycan Respublikası ƏMək və X5 Nazirliyi DƏMX-nin mütəxəssisinin tətqiqata cəlb edilməsinin təmin edilməsi xahiş edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən həmin sənədlər məhkəmənin elektron poçt ünvanına göndərilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş məktubdan görünür ki, Məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə X1 xx.xx.2017-xx.xx.2023-cü illər ərzində işlədiyi dövrlərdə əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin mütəxəsisinin tədqiqata cəlb olunması xahiş edilmişdir. Lakin hal hazıradək vəsatətdə qeyd olunan sənədlərin və mütəxəssisin cəlb olunması təmin edilməmişdir. Bundan sonra isə mülki iş yenidən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və müvafiq rəy xx.xx.2024-cü ildə məhkəməyə təqdim edilmişdir. Hazırkı iş üzrə iddiaçı 2(007)-1057/2024 saylı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Murad Allahvediyevin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş vəsatətinin Cavabdeh tərəfindən icra edilməməsi səbəbindən əsəblərinin korlandığını və mənəvi sarsıntılar keçirməsi əsası ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Belə ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya cavabehin əsl cavabdeh ilə əvəz olunması barədə təklif edilsə də, iddiaçı iddianı müdafiə etdiyini bildirmişdir. MPM-in 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh qarşı qaldırılsa da, iddiaçı xx.xx.2017-xx.xx.2023-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş, 2(007)-1057/2024 saylı iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tələb olunan sənədlərin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin mütəxəsisinin tədqiqata cəlb olunması istisna olmaqla) təqdim edilməsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilməli idi. Bu səbəbdən iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin, iddiaçıya izah edir ki, o, həmin iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Metalquraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tələb olunan sənədlər xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına göndərilməsi təmin edilmiş, həmin sənədlər əsasında artıq ekspertiza tətqiqatı aparılmış və müvafiq rəy verilmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-345/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-345/2025
06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver