Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3475/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: ilk tələb “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi”, qarşılıqlı tələb “mənzildən çıxarılma və maneələrin aradan qaldırılması”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, İlk tələb:
1. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Asan Xidmət Mərkəzində (reyestr №-li 4Ə-2373 xx.xx.2019-cu il) tərəfindən onunla Cavabdeh arasında bağlanmış bağışlanma müqaviləsinin ləğv edilməsi, iddianın qaldırılması ilə bağlı çəkilən xərclər, 50 manat mediasiya xərci, 100 manat dövlət rüsumu, hüquqi xidmətə görə ödənilən 550 manat cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlk iddia üzrə İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Sumqayıt Şəhəri “Asan xidmət” Mərkəzində (reyestr №-li 4Ə-2373 xx.xx.2019-cu il) tərəfindən onunla Cavabdehlə aralarında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qaldırılması ilə bağlı çəkilən xərclər, 50 manat mediasiya xərci, 100 manat dövlət rüsumu, hüquqi xidmətə görə ödənilən 550 manat cavabdehdən tutularaq ona qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir.
İlk tələbin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus evini Abşeron, Masazır kəndi, Yeni Bakı yaşayış kompleksi, bina 1B, mənzil 33, ümumi sahəsi 68,20 (texniki pasport **********41-05320-093001 reyestr nömrəsi inventar nömrəsi) mənzilini 21 avqust 2019-cu il tarixdə Rusiya Federasiyası vətəndaşı Azərbaycan Respublikasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küç, ev 112, mənzil 93-də müvəqqəti qeydiyyatda olmaqla yaşayan Cavabdeh Əliyeviçə cavabdehin anası ilə nikahda olduğu dövrdə ona bağışlamışdır. Belə ki, xx.xx.2005-ci ildə Rusiya vətəndaşı ilə X6 ilə Lipetsk şəhərində rəsmi nikaha daxil olmuş və həmin şəhərdə Politexnik küşəsi, ev 5, mənzil 73də sonuncuya məxsus evdə yaşamışlar. Cavabdeh onun oğludur. Həmin vaxtı Maratın 2 yaşı var idi və onu özü böyütmüş, bütün xərclərini çəkib övladı kimi ona baxmışdır. 2018-ci ildə Rusiya Federasiyasında Lipetsk şəhərində Politexnik küçəsi, ev 5, mənzil 73-də birgə nikah dövründə əldə etdikləri və yaşadıqları evin təmiri yaşayış üçün əlverişli olmadığından o, evi yenidən təmir etdirərək, yeni mebellər almış, onların pulu ilə 75000 manat pul ödəmişdir. 2019-cu ildə anası rəhmətə getdiyindən sonra onda panik atak deyilən psixoloji xəstəlik əmələ gəlmiş və müalicə almağa başlamışdır. Müalicə ərəfəsində həkim təyinatı ilə müxtəlif psixotrop dərmanlar içməyə başlamışdır. Həmin müddət özünü çox pis hiss edirdi. 2019-cu il avqustunda o, həyat yoldaşı Qalina və onun oğlu Marat ilə birlikdə Bakıya gəldilər. O, Masazır, Yeni Bakı kompleksində xx.xx.2019-cu ildə 2 otaqlı ev aldı. Alqı-satqı müqaviləsi Sumqayıt Asan Xidmət Mərkəzində baş tutdu. Həmin ev Masazır qəsəbəsində duz gölünün ətrafında yerləşir. Orada ev almağının səbəbi xəstəliyilə bağlı olmusdur. (Qalinanın dediyinə görə əqli geriliyə görə həkimlər həm də Maratın duz gölü ətrafında olan yerdə yaşamasını tövsiyə etmişdirlər.) Evə çıxarış aldıqdan sonra Qalina təkid edərək evini Marata bağışlamağı haqqında onu dilə tutmağa başladı. O, bunun nə səbəbdən etməli olduğunu soruşduqda o, bildirmişdir ki, “biz bir ailəyik, burada heç bir qəbahət yoxdur. Marat sevinsin və görsün ki, atası ona ev bağışlayıb. Onsuz da bu ev sənindir, onların Bakı ilə heç bir əlaqəsi yoxdur. Həm də Marat səni öz atası bilir. Qoy görsün ki, atası ona ev bağışlayıb. Sonra yenidən öz adına sənə verəcəyik. Sadəcə qoy oğlumuz müvəqqəti sevinsin. Mən sənə 18 yaşı olanda Maratdan etibarnamə alıb verərəm. Yenə də öz adına dəyişərsən”. O, da öz növbəsində bir ailə olduqlarını, bir yerdə yaşadıqlarını və evin kimə məxsus olmasının əhəmiyyətsiz olduğunu, adına geri qaytaracağını, Qalina dedikdən sonra onunla razılaşdı. Çünki ev onun Bakıda tək evi idi və başqa yaşayış yeri yox idi. Hazırda əlverişsiz vəziyyətə düşmüşdür. Onu tək yaşayış evindən çıxarmaq istəyirlər. Qalina bildirmişdir ki, onun Rusiyada birgə aldıqları evləri var. Maratın buna ehtiyacı yoxdur. O, ailə münasibətlərinin pozulmasından çəkinərək təklifin səmimi olduğuna mənzili özünə qayıdacağına inandı. 2019-cu ilin avqustun 21-də evi Marata bağışlayan kimi 1 gün müddətində Qalina, yəni xx.xx.2019-cu ildə evin çıxarışını əldə etdi. İlkin olaraq bu hal onun şübhələrini artırdı. Lakin bir daha düşündü ki, burada heç bir pis niyyət ola bilməz. Bundan sonra Qalina onunla əsassız mübahisələr etməyə başladı, hətta onu evdən çıxarmaqla hədələdi. Mənzilinin ehtiyat açarlarını ona verməkdən imtina etdi. Bir sözlə, açıq-aşkar onu evdən kənarlaşdırmaq niyyətdə olduğunu anladı. Beləliklə, o, bu qənaətə gəlməyə başladı ki, həyat yoldaşı Qalinanın və onun oğlu Maratın məqsədi Masazırda olan evi ələ keçirmək olmuşdur. 2021-2022-ci illərdə Qalina oğulları Marat və Ali qanunsuz spirtli içki satdıqlarına görə həbs edildilər. O, onlara kömək etmək məcburiyyətində qaldı, onların hər biri üçün ayrı-ayrılıqda vəkil tutdu, Lipetsk şəhər,Yeletski rayonunda yerləşən şəxsi 1 otaqlı evini 4 milyona (onların pulu ilə 90000 manat) təcili satdı və onların pulu ilə 48000 manat istintaqın gedişi müddətində pul xərclədi. Lakin bunlar kifayət etmədiyindən 2024-cü il tarixdə həyat yoldaşı Qalina və oğlanları tərəfindən vurduqları ziyanın aradan qaldırılması məqsədi ilə bankdan pul götürərək 70000 manat ödəniş etdi. Lakin bütün bunlara baxmayaraq Qalina təkrar 2024cü ildən etibarən onunla əsassız mübahisələr etməyə davam etmiş, birgə nigah dövründə aldıqları Lipetsk şəhərində Politexnik küçəsi, ev 5, mənzil 73 ünvanda onun evdən çıxmağını tələb etmiş, çıxmadığı halda hüquq mühafizə orqanları ilə onu hədələmişdir. O, bu səbəbdən orada boşanma ərizəsini yazıb Bakıya gəldi, Marata bağışladığı evin təmirinə 30 min manat pul qoyub xx.xx.2024-cü ildə X8 ilə rəsmi nikaha daxil oldu. (Nikah şəhadətnaməsi qeydiyyat nömrəsi AZ-İİ 634817) ailə həyatı qurduqdan sonra özünə məxsus Masazırdakı 2 otaqlı həmin evdə yaşmağa başladı. Yoldaşı Qasımova-Əliyeva Bahar evə cehiz olaraq yeni mebellər aldı, lüstur, xalça, koridor üçün dolab, TV, soyuducu, xalça, pərdə və yataq mebeli 20000 manat dəyərində cehiş əşyalar gətirdi. O, isə öz növbəsində Qalina ilə birgə nikah dövründə əldə etdikləri əmlakla bağlı iddia qaldırmadı. Düşündü ki, münasibətlər pozulmuş və bir-birinə qarşı mülki iddia olmayacaq. Bakıdakı evini etibarnamə verəcəklər özünə qaytaracaq. O, da birgə nikah dövründəki RF-dakı evini tələb etməyəcək. Ona görə onu Qalina evdən qovanda da iddia qaldırmadı, düşündü ki, Mazasırda evi var və hər hansı əmlak bölgüsü etmək əvəzinə o, Azərbaycanda öz evində yaşayacaq, Qalina isə Marat və digər oğlu Ali ilə Lipetskdə. Lakin xx.xx.2025-ci il tarixdə Marat və Qalinanın tutduğu vəkil onlara zəng edərək evdən çıxmagı tələb etmiş, bu da öz növbəsində evdə yaşayan yoldaşını və uşaqları sarsıtmışdır. Onların yaşamağa başqa yeri yoxdur. Eyni zamanda ona məlum olmuşdur ki, Lipetskdə onu evdən qovandan sonra yazdığı boşanma ərizəsinə əsasən boşanma həyata keçirilməmişdir. Ona görə də Bakıda yenidən boşanma ərizəsi verdi. Ona görə o, bağışlanma müqaviləsinin ləğvi ilə eyni zamanda Yakubi Qalina ilə Lipetsk şəhərində bağlanmış nikahının pozulması ilə məhkəməyə müraciət etmişdir. Onun və ailəsinin başqa yaşayış yeri olmadığından Masazır kəndi, Yeni Bakı yaşayış kompleksi, bina 1B, ümumi sahəsi 68,20 olan 33 saylı mənzildə həyat yoldaşı Qasımova-Əliyeva Bahar yaşayır və heç bir digər yaşayış evi yoxdur.
Qarşılıqlı tələb:
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “müqavilənin ləğv edilməsi” tələbinin rədd edilməsi; iddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı istifadə hüququnun olmadığının müəyyən edilməsi; iddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçıya həmin mənzildən istifadədə yaradılan maneələrin aradan qaldırılması və gələcəkdə həmin mənzilə İddiaçı daxil olmasının qadağan edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı tələbin əsaslandırıldığı hallar:
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda icraatda İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair 2(007)-3475/2025 saylı məhkəmə işi vardır. İddia ərizəsi Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 xx.xx.2025ci il tarixində verdiyi vəkil müraciətinin təmin edilməsindən və onun sözügedən iş üzrə elektron məhkəmə portalında “vəkil” qismində əlavə edilməsindən sonra əldə edilmişdir. Hesab edir ki, aşağıda göstərəcəyi dəlillərə əsasən, iddiaçının iddia tələbi tamamilə əsassızdır, təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh (bundan sonra “iddiaçı” adlanacaq) qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, mənzil elə iddiaçı üçün nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixində cavabdeh İddiaçı ilə X10 arasında “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsi imzalanır. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən mənzil (bundan sonra - “mübahisəli mənzil” adlanacaq) Cavabdeh Əliyeviç üçün alınır. Alqı-satqıdan 5 gün sonra xx.xx.2019-cu il tarixdə tərəflər arasında “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsi imzalanır və həmin mənzil iddiaçı Cavabdeh Əliyeviçə bağışlanır. Nəticədə, iddiaçı Cavabdeh Əliyeviçə mübahisəli mənzilin tam mülkiyyətçisi kimi ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilir. Mənzilin çıxarışı əlavə olunur. Cavabdeh mənzilə daxil olmaqla yanaşı, icazəsiz digər şəxsləri də yerləşdirib. 2024-cü ilin sonlarında cavabdeh ilə iddiaçının anası – X6 arasında münaqişələr baş verir və bunun nəticəsi olaraq, cavabdeh Rusiya Federasiyasını tərk edərək Azərbaycana gəlir. Azərbaycana gəldikdən sonra, cavabdeh iddiaçının yazılı razılığı olmadan onlara naməlum yollar ilə həmin mənzilə daxil olur. Hətta elə həmin dövrdə cavabdeh, Qalina Yakubi ilə nikahda ola-ola, VVAQ orqanlarına yanlış məlumat verərək, başqa bir xanım ilə Azərbaycanda rəsmi nikaha daxil olur. Bu azmış kimi cavabdeh həmin xanımı (yeni arvadını) və onun qohumlarını iddiaçının mənzilinə yerləşdirir. Daimi olaraq, RF vətəndaşı olmaqla, RF-də yaşaması səbəbindən, iddiaçı bu hadisələr barədə məlumatsız olur. 2025-ci ilin avqust ayında iddiaçı Azərbaycana gəlir, lakin öz mənzilinə daxil ola bilmir. Binanın komendantından və qonşulardan öyrənir ki, cavabdeh iddiaçıya məxsus mənzildə digər şəxslər ilə birlikdə yaşayır. Bundan sonra iddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə vəkilə, daha sonra isə polisə müraciət edir. 25 avqust 2025-ci il tarixində cavabdehə “mənzildən çıxması” ilə bağlı xəbərdarlıq məktubu göndərilir, xəbərdarlıq məktubu cavabdeh tərəfindən alınmasına baxmayaq, cavabdeh məktuba məhəl qoymur. Xəbərdarlıq məktubu və poçt qəbzi əlavə edilir. Tərəflər arasında heç bir razılaşma imzalanmayıb. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin (“MM”) 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. İddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququna dair heç bir saziş imzalanmamış və reyestrdə qeydə alınmamışdır. Göründüyü kimi, cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçı ilə cavabdeh qohum deyillər. İddiaçının anası – X6 ilə cavabdeh İddiaçı xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Bununla belə, iddiaçı cavabdehin doğma oğlu deyil. Onlarda olan məlumata əsasən, cavabdeh hətta təzəlikcə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə həmin nikahın pozulması tələbi ilə müraciət etmiş. İddia ərizəsi icraata qəbul edilmiş 2(007)-3463/2025 saylı məhkəmə işi, hakim Həqiqət Əhmədovadır və iş üzrə növbəti hazırlı iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. İddiaçının cavabdehi saxlamaq vəzifəsi yoxdur, cavabdeh iddiaçı ilə birlikdə yaşamır. Beləliklə, cavabdehin Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə də mənzildən istifadə hüququ yoxdur.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ilk iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, cavabdehlə 2 il olar ki, münasibətləri pozulub. Onu 2019-cu ildə aldadıblar. 2024-cü ildə isə münasibətləri tamam pozulub. Onun aldadılmasından ona evin boşaldılması barədə pretenziya məktubu göndəriləndə xəbəri olub. Qeyd olunanlara əsasən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 ilk iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 ilk iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, hazırki halda İddiaçı istinad etdiyi hal və onun əsas dəlili mənzilinin Cavabdeh bağışlanmasında onun Yakubi Qalina tərəfindən aldadılmasıdır. Yakubi Qalinanın oğlu, Cavabdeh xəstə olması və evin Marata bağışlamasının onun sevinməsinə, sağlamlığına müsbət təsirini əsas gətirməklə “oğlumuz atasının evi ona bağışlamasını görüb sevinsin, “bizim Bakı ilə heç bir əlaqəmiz yoxdur”, “Mən sənə Maratdan etibarnamə alıb verərəm sonra yenidən öz adına evi keçirərsən” bəhənəsi ilə vəd verərək əsl niyyəti Elbrusu aldatmaq olmuşdur. Buna sübut 2019-cu ilin avqustun 21-də evi Marata bağışlayan kimi ev 1 gün müddətində Qalina Yakubi tərəfindən, yəni xx.xx.2019-cu ildə çıxarışı əldə edilir. Marata çıxarışın belə tezliklə alınmasına nə lüzum var idi? Bu isə öz növbəsində bağışlamanın aldatma nəticəsində baş verməsinin əyani sübutudur. İddiaçı yalnız 25 avqust 2025-ci ildə Cavabdeh vəkili və nümayəndəsi Leyla xanım Əkbərovanın evi tərk etməsi barədə xəbərdarlıq məktubundan sonra məhkəməyə müraciət edərək bağışlamanın etibarsız sayılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Elbrus Maratla danışdığı zaman sonuncu, ümumiyyətlə, Azrəbaycanda doğma atası kimi bildiyi İddiaçı qarşı yaşadığı mənzildən çıxarılması ilə bağlı vəkili tərəfindən xəbərdarlıq məktubu onun adından göndərilməsi, eləcə də məhkəmə mübahisəsi ilə bağlı hər hansı vəkilə etibarnamə verməklə məhkəmədə onu təmsil etməsindən xəbərsiz olduğunu bildirmişdir. Bu səbəbdən də Elbrus məhkəmədə bildirmişdir ki, əgər Marat məhkəməyə gəlib özü bildirsə ki, “evi səndən istəyirəm, mən evdən çıxacam”. Bu isə bir daha onun göstəricisidir ki, Marat yox, X9 evi almaq iddiasındadır. Hesab edir ki, evin Masazır kəndi, Yeni Bakı yaşayış kompleksi, bina 1B, ümumi sahəsi 68,20 olan, 33 saylı mənzilin bağışlanması aldatma nəticəsində bağlanmış əqddir. Aldadılma nəticəsində bağlanmış əqdlər iradə ifadəsinin zədələnməsi ilə müşayət olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. "Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, iradə ifadəsinə bağlı olan etibarsız əqdlərdən biri də aldatma nəticəsində bağlanmış əqddir. Mülki Məcəllənin 339.2-ci maddəsində əqdin aldadılmaq ilə bağlanması elə bir nəticəni nəzərdə tutur ki, bununla aldadan tərəf əqdin aldatma olmadan bağlana bilməyəcəyini aşkar bildiyindən şəxsə vədlər verməklə, yəni sonradan Marat həddi büluğa çatdıqdan sonra “etibarnamə verəcəm” “yenidən sənə qaytaracaq evi” “onsuz da bizim evimiz var deməklə” Elbrusun iradə ifadəsinin formalaşmasına nail olmuş olur. Marat bir dəfə də olsa bu mənzildə yaşamamış, Lipetskdən Bakıya gəlsə belə, mənzilin yerini tanımır və ümumiyyətlə həmin mənzilə də nə ehityacı var, nə də Elbursa dediyinə görə baş verən məhkəmə çəkişmələrindən xəbəri yoxdur. Rusiya Federasiyasının vətəndaşı Qalina Yakubinin faktiki mənzilə heç bir ehtiyacı və hüququ olmadığı halda Elbrusa mənzili onun əlindən alacağı ismarıclarını göndərməklə sonuncunun istifadəsində olan mənzili ondan almağa müvəffəq olmağa çalışır. İddiaçı bu mənzildə həyat yoldaşı Bahar Qasımova ilə yaşayır və həmin mənzildən çıxacaqları halda başqa yerdə yaşamaq üçün evləri yoxdur. İddiaçı mənzilin bağışlanmasına dair notarial qaydada razılıq verməsi və bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. Onun iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin, yəni Yakubi Qalinanın onu dilə tutmaqla aldatmaqla həyata keçirdiyinin təsdiqini tapır. Buna görə də bağışlamanın aldatma altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən halları hüquq normalarına uyğun hüquqi qiymət verilməsini məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmənin diqqətinə hüquqdan daha çox ədalətin pozulması meyarına cəlb etməyə yönəltmək istərdi. Elbrus oğlu kimi qəbul etdiyi X5 ev bağışlaması onun sevinərək sağalacağı inamı ilə haqlarının istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı, obyektiv vicdanlılığı nəzərdə tutan, dürüst, ədalətli bir insanın hərəkət tərzinin göstəricisidir. Lakin buna baxmayaraq iş üzrə barışığa nail olmaq üçün heç olmasa mənzilin birgə nikah dövündə alınması nəzərə alınaraq onun dəyərinin 50 faizinin Qalina Yakubiyə təklif zamanı o, bu təklifdən imtina etmişdir. Bu imtinanın əsl səbəbi Elbrusu aldatması həyata keçirdiyi mənzilin özgəninkiləşdirilməsi planının həyata keçirməsinin başa çatdırması niyyətinin olmasıdır. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Qeyd edilən faktiki hal onu deməyə əsas verir ki, Yakubi Qalinanın “Marata evi bağışla, o uşaqdır, xəstədir, qoy sevinsin, ona ev lazım deyil, həddi büluğa çatandan sonradan yenidən bizə qaytaracaq” təkidi bağışlanma müqaviləsinin bağlanılması zamanı niyyətin aldatma olduğunu bir daha təsdiqləyir. 2019-cu ilin avqustun 21-də evi Marata bağışlayan kimi 1 gün müddətində Qalina Yakubi tərəfindən, yəni xx.xx.2019-cu ildə evin çıxarışını əldə etməsi bu faktın təkrar sübutudur. İşin bütün faktiki halları onu deməyə əsas verir ki, cavabdehin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır.
9. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, Maratın 18 yaşı 2021-ci ilin oktyabr ayında tamam olur və İddiaçı etibarnamə vermir. Deməli kəsici müddət 2021-ci ildən başlayır. Yəni 1 il müddət ötürülmüşdür. Onların münasibətləri 2019-2020-ci illərdə pozulmuşdur. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi.
İş materialları:
10. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 ünvan 2 ünvanında yerləşən mənzili 75000 manata İddiaçı satmışdır.
11. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh Əliyeviçə bağışlamışdır.
12. İ-PД seriyalı 576209 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 24 dekabr 2005-ci il tarixdə Lipetsk şəhəri VVAQ İdarəsinin Sovetski şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 662 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Yaqubi” soyadında qalmışdır.
13. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində əcnəbi vətəndaş olan X4 və onun oğlu Cavabdeh ünvan 3 ünvanında xx.xx.2025-ci il tarixinə qədər müvəqqəti qeydiyyatları olsa da həmin ünvanda yaşaması faktı aşkar olunmadı.
14. Cavabdeh tərəfindən İddiaçı ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam pay ilə Rusiya Federasiyasının vətəndaşı olan Cavabdeh xüsusi mülkiyyətindədir. Bizdə olan məlumata əsasən Siz Cavabdeh (mülkiyyətçinin) razılığı olmadan həmin mənzilə daxil olmuş, mənzilə digər şəxsləri yerləşdirmiş, mənzili zəbt etmiş və hazırda da həmin mənzildə qanunsuz olaraq yaşamağa davam edirsiniz. Yuxarıda qeyd olunanlara əsasən, Sizdən tələb edirik ki, 07 sentyabr 2025-ci il tarixinədək Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzili əşyalarınız ilə birlikdə (əgər varsa) tərk edəsiniz. Əks halda, mənzildən məcburi qaydada çıxarılacaqsınız və əşyalarınıza görə heç bir cavabdehlik daşımırıq. Vacib qeyd: Sizdən tələb edirik ki, mənzili olduğu saz vəziyyətdə bizə təhvil verəsiniz. Əks halda, qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh dəymiş maddi və mənəvi ziyanın, o cümlədən əldən çıxmış faydanın Sizdən tutulması üçün tərəfimizdən müvafiq hüquqmühafizə orqanlarına müraciət olunacaqdır.
15. 24.10.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 100 manat dövlət rüsumu ödəmişdir.
16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********41-05320-093001 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh Əliyeviçin xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
İşin faktiki halları:
17. Məhkəmə iclasında müəyyən olundu ki, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 ünvan 2 ünvanında yerləşən mənzili 75000 manata İddiaçı satmışdır. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili keçmiş arvadı X1 Marat Əliyeviçə bağışlamışdır. İddiaçı yenidən ailə qurmuş və arvadı ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. Cavabdeh tərəfindən İddiaçı xəbərdarlıq məktubu ünvanlanaraq mənzili tərk etməsi tələb edilmişdir. Hazırda ilk iddia üzrə İddiaçı Sumqayıt Şəhəri “Asan xidmət” Mərkəzində (reyestr №-li 4Ə-2373 xx.xx.2019-cu il) tərəfindən onunla Cavabdehlə aralarında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qaldırılması ilə bağlı çəkilən xərclər, 50 manat mediasiya xərci, 100 manat dövlət rüsumu, hüquqi xidmətə görə ödənilən 550 manat cavabdehdən tutularaq ona qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı “müqavilənin ləğv edilməsi” tələbinin rədd edilməsi; iddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı istifadə hüququnun olmadığının müəyyən edilməsi; iddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçıya həmin mənzildən istifadədə yaradılan maneələrin aradan qaldırılması və gələcəkdə həmin mənzilə İddiaçı daxil olmasının qadağan edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulu ilə ödəməlidir. 338-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulu ilə ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
21. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları:
İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.
22.Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:
Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
23. Avropa Konvensiyasının 1 saylı protokolunun:
1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. 24.“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
26. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.
27. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
28. Göründüyü kimi tərəflər arasında 21 avqust 2019-cu il tarixdə bağlanmış müqavilə Plenum Qərarında qeyd olunan zəruri hallara riayət olunmaqla bağlanmışdır. Belə ki, qanunda nəzərdə tutulmuş formaya uyğun notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansı ki, tərəflər öz iradə ifadələri ilə notariat ofisində bağışlanma müqaviləsi bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
29. Belə olan halda məhkəmə hesab edir ki, 21 avqust 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir.
30. Həmçinin ilk İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Belə ki, müqavilə 21 avqust 2019-cu il tarixdə bağlanmışdır, iddiaçı isə 17 sentyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
31. Bundan əlavə iddiaçı tərəfindən ilk iddia ərizəsində qeyd edilir ki, “2019-cu ilin avqustun 21-də evi Marata bağışlayan kimi 1 gün müddətində Qalina, yəni xx.xx.2019-cu ildə evin çıxarışını əldə etdi. İlkin olaraq bu hal onun şübhələrini artırdı. Lakin bir daha düşündü ki, burada heç bir pis niyyət ola bilməz. Bundan sonra Qalina onunla əsassız mübahisələr etməyə başladı, hətta onu evdən çıxarmaqla hədələdi. Mənzilinin ehtiyat açarlarını ona verməkdən imtina etdi. Bir sözlə, açıq-aşkar onu evdən kənarlaşdırmaq niyyətində olduğunu anladı. Beləliklə, o, bu qənaətə gəlməyə başladı ki, həyat yoldaşı Qalinanın və onu oğlu Maratın məqsədi Masazırda olan evi ələ keçirmək olmuşdur. 2021- 2022-ci illərdə Qalina oğulları Marat və Ali qanunsuz spirtli içki satdıqlarına görə həbs edildilər. O, onlara kömək etmək məcburiyyətində qaldı, onların hər biri üçün ayrı-ayrılıqda vəkil tutdu, Lipetsk şəhəri,Yeletski rayonunda yerləşən şəxsi 1 otaqlı evini 4 milyona (onların pulu ilə 90000 manat) təcili satdı və onların pulu ilə 48000 manat istintaqın gedişi müddətində pul xərclədi. Lakin bunlar kifayət etmədiyindən 2024-cü il tarixdə həyat yoldaşı Qalina və oğlanları tərəfindən vurduqları ziyanın aradan qaldırılması məqsədi ilə bankdan pul götürərək 70000 manat ödəniş etdi. Lakin bütün bunlara baxmayaraq Qalina təkrar 2024-cü ildən etibarən onunla əsassız mübahisələr etməyə davam etmiş, birgə nikah dövründə aldıqları Lipetsk şəhərində, Politexnik küçəsi, ev 5, mənzil 73 ünvanda onun evdən çıxmağını tələb etmiş, çıxmadığı halda hüquq mühafizə orqanları ilə onu hədələmişdir. O, bu səbəbdən orada boşanma ərizəsini yazıb, Bakıya gəldi, Marata bağışladığı evin təmirinə 30 min manat pul qoyub xx.xx.2024-cü ildə X8 ilə rəsmi nikaha daxil oldu”.
32. Həmçinin ilk iddia ərizəsində “O, Masazır, Yeni Bakı kompleksində xx.xx.2019-cu ildə 2 otaqlı ev aldı. Alqı-satqı müqaviləsi Sumqayıt Asan Xidmət Mərkəzində baş tutdu. Həmin ev Masazır qəsəbəsində duz gölünün ətrafında yerləşir. Orada ev almağının səbəbi xəstəliyilə bağlı olmusdur. (Qalinanın dediyinə görə əqli geriliyə görə həkimlər həm də Maratın duz gölü ətrafında olan yerdə yaşamasını tövsiyə etmişdirlər.) Evə çıxarış aldıqdan sonra Qalina təkid edərək evini Marata bağışlamağı haqqında onu dilə tutmağa başladı. O, bunun nə səbəbdən etməli olduğunu soruşduqda o, bildirmişdir ki, “biz bir ailəyik, burada heç bir qəbahət yoxdur. Marat sevinsin və görsün ki, atası ona ev bağışlayıb. Onsuz da bu ev sənindir, onların Bakı ilə heç bir əlaqəsi yoxdur. Həm də Marat səni öz atası bilir. Qoy görsün ki, atası ona ev bağışlayıb. Sonra yenidən öz adına sənə verəcəyik. Sadəcə qoy oğlumuz müvəqqəti sevinsin. Mən sənə 18 yaşı olanda Maratdan etibarnamə alıb verərəm. Yenə də öz adına dəyişərsən”.
33. Göründüyü kimi İddiaçı məhkəmə iclasında əqdin etibarsız sayılmasına səbəb olan hal kimi onun aldadıldığını əsas gətirir. Lakin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, Yakubi Qalina ilə olan ər-arvad münasibətlərinin pisləşdiyi vaxtdan, yaxud da Cavabdeh 18 yaşı tamam olduğu vaxtdan aldadıldığını bilməli idi.
34. Eyni zamanda İddiaçı 2019-cu il tarixdə Qalinanın 2019-cu ilin avqustun 21-də evi Marata bağışlayan kimi 1 gün müddətində, yəni xx.xx.2019-cu ildə evin çıxarışını əldə etmək istəməsi zamanı onlardan şübhələnmişdir. Sonradan onların münasibəti 2020- 2024-cü illər ərzində pisləşmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********41-05320-093001 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh Əliyeviçin xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, bağışlanma müqaviləsinin icrasına başlandığı vaxt 2019-cü ildir.
35. Bundan əlavə 25 avqust 2025-ci il tarixində Cavabdeh tərəfindən İddiaçı “mənzildən çıxması” ilə bağlı xəbərdarlıq məktubu göndərilir, xəbərdarlıq məktubu İddiaçı tərəfindən alınmasına baxmayaq, məktuba məhəl qoymur.
36. Odur ki, qeyd olunanlara əsasən ilk iddia üzrə İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia tələbi təmin edilə bilməz.
37. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia təmin edilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
39. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
40. ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2019-cu ildə reyestrdə qeydə alınıb. İddiaçı mülkiyyətçinin anasının keçmiş əridir. Qanunun tələbinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Odur ki, İddiaçı Cavabdeh ailə üzvü deyil.
41. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilinə istifadə hüququ olmayan (itirilmiş) hesab edilməlidir.
42. Məhkəmə qarşılıqlı iddia tələbinin “iddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçıya həmin mənzildən istifadədə yaradılan maneələrin aradan qaldırılması və gələcəkdə həmin mənzilə İddiaçı daxil olmasının qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia qeyd edilən hissələrdə də təmin edilməlidir.
43. İddiaçı sözügedən mənzildə istifadə hüququ olmadığından həmin mənzildən çıxarılmalı, mənzil Cavabdeh təhvil verilməli, iddiaçıya həmin mənzildən istifadədə yaradılan maneələr aradan qaldırılmalı və gələcəkdə həmin mənzilə İddiaçı daxil olması qadağan edilməlidir.
Məhkəmə baxışının hədləri:
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
45. Məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edildiyindən, qarşılıqlı iddia tələbi təmin edilsə də qarşılıqlı iddia üzrə iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir.
Nəticə:
46. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilməli, iddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 4 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı istifadə hüququ olmaması müəyyən edilməli, ünvan 4 ünvanında yerləşən mənzildən İddiaçı çıxarılmalı, mənzil Cavabdeh təhvil verilməli, İddiaçı tərəfindən mənzildən istifadədə yaradılan maneələr aradan qaldırılmalı və İddiaçı mənzilə daxil olması qadağan edilməlidir.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 4 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı istifadə hüququ olmaması müəyyən edilsin. ünvan 4 ünvanında yerləşən mənzildən İddiaçı çıxarılsın, mənzil Cavabdeh təhvil verilsin, İddiaçı tərəfindən mənzildən istifadədə yaradılan maneələr aradan qaldırılsın və İddiaçı mənzilə daxil olması qadağan edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova