Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3542/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi Qurbanov Ramil Firdun oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı “İddiaçı Cavabdeh1,Bakı çəhəri 52 Saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1,Bakı çəhəri 52 Saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsu olub, mənzilə dair mülkiyyət hüququ 10.06.2011-ci ildə dövlət qeydiyyatına alınıb. İslam-zadə Elxan Sadıx oğlunun iki övladı var - İddiaçı və cavabdeh İslam-zadə Oktay. Elxan İslam-zadə arvadı vəfat etdikdən sonra qeyd edilən mənzildə tək yaşayıb, 2016-cı ildən Şahxanım Əmirova ona baxıb, 2019-cu ilin oktyabr ayından etibarən Elxan İslam- Zadənin səhhətindən problemlər əmələ gəlməyə başlayıb, sonuncu özünü idarə etməkdə çətinlik çəkdiyi üçün Şahxanım Əmirova oğlu ilə birlikdə Elxan lslam-zadənin baxımını həyata keçirib, noyabr ayının ikinci ongünlüyündə isə Elxan İslam-zadənin səhhəti kəskin pisləşib, 19 noyabr 2019-cu il saat 10:30 radələrində vəfat edib.İslam-zadə Elxan Sadıx oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən Elxan İslam-zadə mənzili oğlu Oktay İslam-zadəyə bağışlayıb. Notariat hərəkəti həmin tarixdə saat 14:20 rədələrindən qeyd edilən mənzildə aparılıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 20.08.2020-ci il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Oktay Elxan oğluna məxsusdur.Tərəfindən cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, 30.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən 18.11.2019-cu il tarixli 4Ə- 1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019-cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməyib. Həmin qətnamədən apellyasiya şkayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5004/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasından ibarət mövqeyini onunla əsaslandırıb ki, “göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bldirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquq dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi"-nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi öz mövqeyini belə əsaslandırıb ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulub. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilib ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddələ bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırır.Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlf motivlə sağikən verilən sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunanlara əsasən kollegiya iddiaçıya izah edir ki, o, məcburi paylarının tamamlanması tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüquqi ilə məhdudlaşmış olmasın. Konstitusiya məhkəməsinin yuxarda qeyd edilən qərarında göstərilir ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulan hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanan şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanan əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmayan hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göriındüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı, - əşya bağışlama yolu ilə üçüncü şəxsin həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Beləliklə, hesab edir ki, işin yuxarıda qeyd edilən əsaslarına görə bağışlama müqaviləsi ilə məcburi pay hüququndan iddiaçı məhrum olduğundan, məcturi payın tamamlanmasını tələb etmək hüququ yaranıb, bunun üçün ilk növbədə müqavilə və çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilən qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 3 edilmiş.18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli,İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin mənzilə dair İslam-zadə Oktay Elxan oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi və məcburi payın tamamlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,İddiaçı iddia ərizəsi Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsus olan, mənzilə dair mülkiyyət hüququ 10.06.2011-ci ildə dövlət qeydiyyatına alınıbr.Eyni zamanda İslam-zadə Eixan Sadıx oğluna məxsus Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair 18 noyabr 2019-cu il tarixli, bağışlanma müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən Elxan İslam-zadə mənzili oğlu Cavabdeh1 bağışlayıb. Notariat hərəkəti tam qanuni aparılıb.Eyni zamanda cavabdeh qanuna müvafiq olaraq mülkiyyətini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilən 20.08.2020-ci il tarixdə qeydiyata alıb. Əlavə olaraq həmin mənzilin mülkiyyətini təsdiq edən arayışda qeyd olunur ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İddiaçı hazırkı cavabdehlərə qarşı, iddia qaldırıb və tələbi tam əsassız olduğundan məhkəmə qətnaməsilə rədd edilib. Hazırkı iş üzrə iddiaçı yenidən məhkəməyə eyni tələb üzrə müraciət edib.Hesab edir ki, belə bir tələblə və eyni faktlara və xüsusatlara istinad edərək məhkəməyə müraciət edilməsi qanunsuzdur. Məhkəmənin diqqətinə və nəzərinə çatdırmaq istərdi ki, iddiaçı Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən 18.11.2019-cu il tarixili, 4Ə-1066 reyestr nömrəli, X2 ilə Cavabdeh1 arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.Bu barədə hal-hazırda məhkəmə qətnaməsi vardir. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saytı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “Bakı şəhəri, Nizami rayon uy ünvan 4 ünvanda yerləşən 22 saytı mənzilə dair ünvan 2ilən 18.11.2019-cu il tarixli, 4Ə-1066 reyestr nömrəli, islam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019-cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması" tələbinə dair iddiası təmin edilməyib. Eyni zamanda həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilib və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5004/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti tam əsassız olduğundan təmin edilmədən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılıb. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilinəsi"-nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunub ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Qanunun bu şəkildə oxunması və başa düşülməsi vərəsəliyin qəbulu ilə bağlı müddətə etiva etməkdədir. Eyni zamanda istər qanunu islərsə də vəsiyyət üzrə vərəsələrin onlara çatası paydan məcburi payın tələbi ilə bağlıdır. Amma bu məsələ ilə bağlı məhkəmə qətnaməsi olduğundan eyin zamanda məhkəmələr bağışlama müqaviləsini tam qanunu hesab etdiyindən təzədən bu hallara istinad etməklə məhkəmə müraciət edilməsi tam əsassızdır.Mlilki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulub. Qaununu ruhu və mövqeyi şəxsin sağlığında Kanustutsİya hüququnun icrasına təsir edə bilməz belə ki, hər kəsin öz əmlakının üzərində sərəncam vermək hüququ vardır.Bu hallar məhkəmə qaydasında tam araşdırılıb və məhkəmə qətnamələri mövcuddur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilib ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qanun qeyd etmək istəyir ki, əmlakın üzərində cərəncam verilməsi ər-arvadın ümumi mülkiyyəti ilə bağlı mövqeyi sərgiləyir və qeyd edir. Qanunun bu norması bir mənalı olaraq qeyd edir ki, maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməyib. Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin ruhi və mənası vərəsəlik hüququnun prinsipləri ilə bağlı iddiaçının tələbinə uyğun deyildir.Yuxarıda qeyd olunanları qarşılıqlı təhlil edən zaman hüquq düşüncəsi onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırır. Yəni vəsiyyətnamə alan şəxslər qanunu üzrə vərəsələrin tələbi olduqda onlara çatası payı tələb etmək hüququnun olduğunu bildirməlidir.Mülki Məcəllənin 1193- maddəsini oxumaq yetərdi. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını bildirir. Amma həmin əmlaka dair məhkəmə qətnaməsilə yenidən təkrar məhkəmə müraciəti qəbul etmir. Məhkəmə, vicdansızcasına əsassız iddia verən və ya iddiaya qarşı mübahisə edən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədən tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.Yuxarıda qeyd edilən halları və məhkəmə qətnamələri ilə müəyyən edilən faktları, eyni tələblə eyni tərəf arasında qüvvədə olan məhkəmə qətnamələrinin olduğunu nəzərə alaraq məhkəmədən xahiş edir ki, iddia tam əsassız və qərəzli olduğundan iddianın rədd edilməsi, vicdansızcasına, əsassız iddia verən və ya iddiaya qarşı mübahisə edib, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədən iddiaçıdan dövlətin xeyrinə 10000 manat, cavabdehin i xeyrinə 5000 manat tutulması barədə qətnamə qəbu edilsin. Cavabdeh Bakı şəhəri 52 Saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən 3cü şəxs- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə öz nümayəndələrini göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, 30.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçının verdiyi apellyasiya şkayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində baxılmış və İİ instansiya məhkəməsinin 2(103)-5004/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuşdur ki, İslamzadə Elxan Sadıx oğlu mülkiyyətində olmuş Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili oğluna bağışlarkən hər hansı qanun pozuntusuna və ya əqdin etibarsızlığına əsas verən hallara yol verilməmişdir. Belə olan halda mübahisəyə vərəsəlik münasibətlərini tənzimləyən maddi-hüquq normalarının tətbiq olunması yol verilməzdir. Belə ki, İslam-zadə Elxan Sadıx oğlu vəfat edərkən mənzil onun deyil,başqa bir şəxsin mülkiyyətində olmuşdur. İddiaçı İslam-zadə Elxan Sadıx oğlu tərəfindən təsdiq olunan bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğvini tələb etməklə yanaşı həm də İslam-zadə Oktay Elxan oğluna münasibətdə məcburi payın tamamlanmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin maddənin məzmunundan görünür ki,mirasdan məcburi pay və ya onun tamamlanması o halda tələb oluna bilər ki,mirasqoyan vərəsələrdən birinin (bir neçəsinin) və ya vərəsə olmayan şəxsin və ya dövlətin xeyrinə vəsiyyətnamə qoysun.Hazırkı halda bu hal baş verməmişdir.Belə ki,mülkiyyətçi öz əmlakını ölümündən əvvəl özgəninkiləşdirmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsində miras kütləsinin anlayışı verilib.Həmin maddəyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, İslam-zadə Elxan Sadıx oğlu vəfat etməzdən əvvəl öz əmlakını qanunla müəyyən olunan qaydada özgəninkiləşdirmişdir.Bu səbəbdən mübahisələndirilən mənzil miras əmlak deyil və İslamzadə Elxan Sadıx oğlundan qalmış miras kütləsinə aid oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Onun tərəfindən təqdim olunmuş sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalı,iddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “İddiaçı Cavabdeh1,Bakı çəhəri 52 Saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3542/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3542/2021
29.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver