Məhkəmə qərarları › İş №2(007)-3546/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3546/2021

08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3546/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək qabiliyyəti olmayan uşağa görə əlavə xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı əmək qabiliyyəti olmayan uşağa görə əlavə xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı X2 müalicə xərcləri üçün cavabdehdən 500 manat məbləğində müalicə xərclərinin tutulmasını xahiş edir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o 12 noyabr 1993-cü il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 11 avqust 1994-cü il təvəllüdlü X3 və 11 oktyabr 1997-ci il təvəllüdlü X4 anadan olub. 07 avqust 2017-ci ildə Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah qeydiyyatı pozulub. Nikah pozulduqdan bu günə kimi ailənin bütün maddi ehtiyaclarını o özü ödəmişdir. Qızı Ləman əlildir, eşitmə əngəlliyi var. 2016-cı ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 3-cü dərəcəli əlillik verilib, buna görə də, 110 manat təqaüd alır. 19 oktyabr 2019-cu il tarixdə xəstəliyi ilə əlaqədar Respublika Diaqnostika Mərkəzində koxlear protez cihazının impolantasiyası məqsədi ilə koxlear implant əməliyyatı icra olunub. Əməliyyatdan sonra evə buraxılan qızı Ləmana antibiotik və analgetik müalicə təyin olunub. Təyin olunan müalicənin tətbiq edilməsi üçün isə hər ay təxminən 700 manat məbləğində vəsait lazım olur. İlqar ilə rəsmi nikah pozulduqdan sonra cavabdeh bir ata kimi övladı Ləmanın səhhəti ilə maraqlanmayıb, müalicəsi üçün heç bir iş görməyib. O özü Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində kompüter operatoru vəzifəsində işləyir. Aldığı əmək haqqı komunal ödənişlərə, ərzaq məhsullarına, eləcə də digər sərf olunan xərclərə yetmir. Maddi vəsait çatışmamazlığı Ləmanın müalicəsində müəyyən çətinliklər yaradır, bu da onun səhhətinin daha da pisləşməsinə səbəb olur. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, Aslanov hazırda hərbi təqaüdçüdür və təxminin 1100-1200 manat məbləğində təqaüd alır. Bundan başqa Azərbaycan Respublikası Dəniz İnspeksiyasında məsul vəzifədə işləyir, təxminən 1200- 1300 manat məbləğində əmək haqqı alır, maddi vəziyyəti normaldır. Qeyd olunanlara əsasən iddianın təmin olunması və X2 müalicəsi üçün cavabdehdən hər ay 500 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi. Cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Qarşı tərəf onu söyüb təhqir edir, sonra da, ondan pul tələbi edir. Onun ödəniş etmək fikri yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı 14484891 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11.10.1997-ci il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının 25.04.2016-cı il tarixli 5L1PVDS0003 nömrəli arayışından görünür ki, 11.10.1997-ci il təvəllüdlü X4 anadangəlmə lal-kar diaqnozu ilə üçüncü dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublika Diaqnostika Mərkəzinin Epikrizindən görünür ki, 11.10.1997-ci il təvəllüdlü X4 eşitmənin neyrosensor tipi iki tərəfli itirilmısi diaqnozu ilə xəstəxanaya daxil olmuş, şikayəti hər iki qulaqda olan eşitmə azlığındandır. Anadan gəlmə xəstədir. Tətbiq olunacaq müalicə planı 20.98koxlear rpotez cihazının implantasiyası və ya dəyişdirilməsidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2708/2017 saylı 07.08.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 12 noyabr 1993cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İşin hallarından görünür ki, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş X4 anadangəlmə lal-kar diaqnozu ilə üçüncü dərəcəli əlildir.Onun reabilitasiyası üçün mütəmadi olaraq kifayət qədər bahalı müalicə tələb olunur. Bu səbəbdən məhkəmə cavabdehin əlavə xərclərə cəlb olunması barədə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçı cavabdehin 1100-1200 manat məbləğində təqaüd aldığını, bundan əlavə Azərbaycan Respublikası Dəniz İnspeksiyasında məsul vəzifədə işləyərək təxminən 1200- 1300 manat əmək haqqı aldığını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddianın qismən, 100 manat həddində təmin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.10.1997-ci il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.10.1997-ci il təvəllüdlü X4 nın müalicə xərcləri üçün hər ay 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar