Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3578/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “03 sentyabr 2018-ci il tarixli, CAİCE 136758/18 saylı X2 ləğv olunması, 03 sentyabr 2018-ci il tarixli CAİCE 136758/18 saylı Zaminlik müqaviləsinin ləğv olunması, 29 mart 2021-ci il tarixli CALiz 136773/18 nömrəli 1 saylı əlavə razılaşmanın ləğv olunması, lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “03 sentyabr 2018-ci il tarixli, CAİCE 136758/18 saylı X2 ləğv olunması, 03 sentyabr 2018-ci il tarixli CAİCE 136758/18 saylı Zaminlik müqaviləsinin ləğv olunması, 29 mart 2021-ci il tarixli CAİCE 136773/18 nömrəli 1 saylı əlavə razılaşmanın ləğv olunması, lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, iş üzrə iddianı təmin tədbiri barədə çıxarılmış 13.08.2021-ci il tarixli, 2(007)-3578/2021 saylı qərardadın ləğv olunması barədə ərizələr təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X4 ərizələrin məzmununa uyğun izahat verərək cavabdehlərlə aralarında razılıq əldə olunmasını bildirərək məhkəmədən ərizələrin təmin olunmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin nümayəndəsini dinləyib, iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması və 13.08.2021-ci il tarixli, 2(007)-3578/2021 saylı qərardadın ləğv olunması barədə ərizələrini mülki işin sənədləri ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, mülki işin icraatı baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iş üzrə iddianın təmin tədbiri barədə qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “03 sentyabr 2018-ci il tarixli, CAİCE 136758/18 saylı X2 ləğv olunması, 03 sentyabr 2018-ci il tarixli CAİCE 136758/18 saylı Zaminlik müqaviləsinin ləğv olunması, 29 mart 2021-ci il tarixli CAİCE 136773/18 nömrəli 1 saylı əlavə razılaşmanın ləğv olunması, lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatı baxılmamış saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, iddiaçının ərizəsinə əsasən iddianı təmin etmək üçün tədbirlər görülmüş, məhkəmənin 13 avqust 2021-ci il tarixli qərardadına əsasən, “Audi A7” minik markalı, **-PU-*** dövlət nömrə nişanlı avtonəqliyyatın üzərinə həbs qoyulmuş və İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin saxlancına yerləşdirilməsi qərara alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi əsasında iş üzrə icraat baxılmamış saxlanıldığından, iddianı təmin etmək üçün görülmüş tədbirlər də ləğv edilməlidir. Hazırkı qərardad iş üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “03 sentyabr 2018-ci il tarixli, CAİCE 136758/18 saylı X2 ləğv olunması, 03 sentyabr 2018-ci il tarixli CAİCE 136758/18 saylı Zaminlik müqaviləsinin ləğv olunması, 29 mart 2021-ci il tarixli CALiz 136773/18 nömrəli 1 saylı əlavə razılaşmanın ləğv olunması, lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(007)-3578/2021 saylı qərardadı ləğv edilsin və həmin qərardadla “Audi A7” minik markalı, **-PU-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə və Nizami rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardad İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3578/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3578/2021
07.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver