Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3666/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (birgə nikah dövrü, kredit borcu və s.) X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı “birgə nikah dövründə götürülmüş kredit borcunun 1/2 hissədə bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı “birgə nikah dövründə götürülmüş kredit borcunun 1/2 hissədə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş 20.000 (iyirmi min) manat kredit məbləğinin bölünməsinə, həmin kredit (borc) məbləği üzərində tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinə kredit müqaviləsi üzrə "xxxx" ASCyə hər ay ödənilən 753,50 manat pul vəsaitinin yarısının-376,75 manat hissəsinin Cavabdeh tutulmasına, birgə nikah dövründə xx.xx.2022-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş kredit kartından görə yaranmış 6335,55 manat borcun 1/2 hissədə bölünməsinə, həmin kredit (borc) məbləği üzərində tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinə Cavabdeh əsas borcun 1/2 hissəsi 2667,80 manat pulun tutulmasına, nikah pozulduqdan sonra, yəni xx.xx.2024-cü il tarixdən bu günə qədər 10 ay ödədiyi kredit məbləği 7530,50 manatın ½ hissəyə bölünməsinə, həmin kredit (borc) məbləği üzərində tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinə, kredit müqaviləsi üzrə 10 ay ödənilən 7530,50 manat pul vəsaitinin yarısının - 3765,25 manat hissəsinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş kredit kartından istifadəyə görə yaranmış 6335,55 manat borcun yarısını təşkil edən 3167.5 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş 20.000 (iyirmi min) manat kredit borcu üzrə nikaha xitam verildikdən sonra ödənilən 10549 manatın yarısının cavabdehdən tutulması və xx.xx.2026-xx.xx.2027-ci il tarixədək kredit qrafiki üzrə müəyyən edilmiş 753.5 manat ödənişin yarısının hər ay cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 noyabr 2018-cü ildə X2 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailəlik həyatlarının ilk günlərində cavabdehlə münasibətləri çox normal və səmimi olsa da, illər keçdikcə cavabdehlə aralarında olan səmimi məhəbbət, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət hissləri itirilməyə başlanmışdır. Cavabdehlə aralarında yaranmış soyuqluğu ailəni qorumaq məqsədi ilə aradan qaldırmağa çalışsa da, heç bir nəticəsi olmamışdır. Cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 4091 nömrə ilə qeyd edimiş nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsində iddia ərizəsinə baxaraq xx.xx.2024-cü il tarixli 2(007)-3226/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulmasına dair qətnamə çıxartmışdır. Belə ki, Cavabdeh ilə nikahda olan zaman ailə ehtiyaclarını ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən 36 ay ərzində qaytarmaq şərti ilə 20.000(iyirmi min) manat kredit (kreditin aylıq faiz dərəcəsi 1,75%) pul götürmüşdür.Hal-hazırda da hər ay 753,50 manat "xxxx" ASC-yə pul ödəyir. Bundan əlavə xx.xx.2022-cü il tarixdə "xxxx" ASC-dən kredit kartı götürmüşdür. Ailə ehtiyaclarını ödənilməsi üçün pul çıxararaq ailənin təlabatlarını ödənilməsinə xərcləmişdirlər. Hal-hazırda "xxxx" ASC 6335.55 manat borc yaranmışdır. Ancaq götürülən pulun faizini ödəyir. Hər ay 400.00 manat kredit ödəyir. Beləliklə hər ay ailə ehtiyaclarının ödənilməsi üçün bankdan götürülmüş kreditə görə o, 1153.50(səkkiz yüz altımış) manat kredit ödəyir. Qeyd etmişdir ki, aralarında olan bu mübahisəni mediasiya vasitəsilə həll etmək üçün Cavabdeh təklif göndərmişdir, Mediasiya Şurasına müraciət etmişdir, Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixə saat 11.00-12.00-a ilkin mediasiya sesiası təyin olunub, lakin, cavabdeh iclasda iştirak etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 18 noyabr 2018-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahdan 2 övladı doğulmuşdur: xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3. Cavabdeh ilə iddiaçı arasında olan ailə münasibətləri sonradan pozulmuş və Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-3226/2024 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydi kitabında 4091 nömrə ilə qeydiyyata alınmış nikaha xitam verilmişdir. Cavabdeh ilə iddiaçının ailə münasibətlərinin davam etdiyi dövr bütün dünyada olduğu kimi ölkəmizdə də yayılmış COVİD-19 virusunun qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən karantin müddətinə təsadüf etmişdir. Karantin dövrü ərzində müvafiq məhdudiyyətlərlə əlaqədar İddiaçı işsiz olmuş və hər-hansı gəlir mənbəyi olmamışdır. İddiaçı bu səbəbdən xx.xx.2022-cü il tarixdə "xxxx" ASC-dən kredit kartı götürmüş və ailə ehtiyaclarını ödənilməsi üçün həmin kartdan pul çıxararaq ailənin təlabatlarını ödənilməsinə xərcləmişdir. Hal-hazırda iddiaçının "xxxx" ASC-ə 6335.55 manat borcu yaranmışdır. Hazırda götürülən pulun sadəcə aylıq faizini ödəyir. Ümumi borc isə 6335.55 manat təşkil edir. Ailə həyatı qurduqdan sonra iddiaçı ilə cavabdeh İddiaçı ailəsi ilə birlikdə yaşamışlar. Bundan sonra Cavabdeh onun ailəsi ilə yola getmədiyinə görə onlar yeni evə köçməyə qərar vermişlər. Həmin dövrdə İddiaçı heç bir yerdə işləməmişdir. Yeni evə köçmək, ailə ehtiyaclarını qarşılamaq üçün pul lazım olduğuna görə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə müraciət edərək 20000 (iyirmi min) manat kreditə pul götürmüşdür. (36 ay müddətinə geri qaytarmaq şərti ilə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla). İddiaçı tərəfindən götürülən 20000 manatın bütün hissəsi ailə ehtiyacları üçün sərf edilmişdir. Belə ki, onlar kirayə mənzil götürərək həmin evə köçmüşlər. İddiaçı kredit götürdüyü vəsaitdən kirayə mənzilə görə 2 aylıq depozit pulu olan 1000 manat ödəmişdir. Bundan əlavə evə köçərkən daşınma xərclərinə görə 600 manat, kirayə evin tapılmasında köməklik göstərən şəxsə (makler) 150 manat ödəmişdir. Bundan əlavə İddiaçı cavabdehə 2700 manat dəyərində “İphone 15 pro” markalı mobil telefon almışdır. Daha sonra onlar gəzmək məqsədilə Türkiyənin Ankara şəhərinə getmişlər. Həmin vaxt 4300 manat pul xərcləmişdir. Həmin puldan iddiaçı 8000 manat götürərək uşaqların xəstəxana məsrəflərinə görə əvvəllər dostlarından aldığı 8000 manat borcu geri qaytarmışdır. Pulun qalan hissəsi isə kirayə evə köçdükdən sonra uşaqların və cavabdehin ailə-məişət xərcləri üçün sərf edilmişdir. İddiaçı tərəfindən birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş kredit kartı üzrə 6335.55 manat borcu mövcuddur. İddiaçı "xxxx" ASC-dən götürdüyü 20000 (iyirmi min) kreditə görə hər ay 753.50 manat pul ödəyir. İddiaçı ilə cavabdehin arasında olan nikaha xitam verildiyi gündən xx.xx.2024-xx.xx.2025 iddiaçı ümumilikdə həmin kredit üzrə 10549 manat pul ödəmişdir. Həmin kredit üzrə iddiaçının xx.xx.2026-xx.xx.2027-ci il tarixədək hər ay 753.5 manat olmaqla ümumilikdə 9795.5 manat kredit borcu mövcuddur. Ailə məcəlləsinin 41.2 maddəsinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr də yaradır. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Cavabdehin etiraz ərizəsini əsaslandırdığı hallar: Cavabeh Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tərəfindən birgə nikah dövründə götürülmüş kreditlərdən onun məlumatı olmamış, bu səbəbdən həmin iddiaya etiraz edir və təmin olunmamasını xahiş edir. Çox güman ki, bu pulları iddiaçı öz əyləncəsinə xərcləmişdir. Belə ki, EMİS-dən görmək olar ki, iddiaçı birgə nikah dövründə tez-tez ölkə xaricinə (BƏƏ,Türkiyə,Gürcüstan və s.) getmiş və hansı ki , bu iddia üzrə ondan tələb etdiyi kreditləri orada təkbaşına əyləncə məclislərinə xərcləmişdir. Belə ki, iddiaçının ölkə xaricinə hansı tarixlərdə getməsi ilə bağlı DSX-ə xx.xx.2025-ci il tarixli sorğu göndərsə də hələdə cavab gəlməmiş, bu səbəbdən iddiaçının hansı tarixlərdə hansı ölkələrə getdiyini EMİS-dən və ya sorğu ilə öyrənilməsini xahiş etmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MŞB/6-01762 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 60 manat dəyərində mediasiya xərcini ödəmişdir. Lakin cavabdeh X2 mediasiya sessiyasında iştirak etməmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-3226/2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Abdullayeva Kəmalə Nazı̇ m qızı arasında bağlanmış nikah pozulmuşdur. 23-MCR-1-9-24/1 saylı kredit verilməsinə dair müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarına xx.xx.2024-cü il tarixli 23-MCR-1-9-24/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə (kredit müqaviləsinin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəli) əlavə edilmişdir. İş materiallarına X7 ASC ilə İddiaçı arasında bağlanan müqavilə üzrə xx.xx.2021xx.xx.2025-ci il dövrü əhatə edən hesabdan çıxarış əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2026cı il tarixli, 3-38-33/2-83/26 saylı məktubunda İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024cü il tarixədək dövlət sərhədində giriş-çıxışları göstərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, əlavə olaraq izahatında bildirdi ki, сavabdeh ilə iddiaçının ailə münasibətlərinin davam etdiyi dövr bütün dünyada olduğu kimi ölkəmizdə də yayılmış COVİD-19 virusunun qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən karantin müddətinə təsadüf etmişdir. Karantin dövrü ərzində müvafiq məhdudiyyətlərlə əlaqədar İddiaçı işsiz olmuş və hər-hansı gəlir mənbəyi olmamışdır. İddiaçı bu səbəbdən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən kredit kartı götürmüş və ailə ehtiyaclarını ödənilməsi üçün həmin kartdan pul çıxararaq ailənin təlabatlarını ödənilməsinə xərcləmişdir. Hal-hazırda iddiaçının "xxxx" ASC-ə 6335.55 manat borcu yaranmışdır. Hazırda götürülən pulun sadəcə aylıq faizini ödəyir. Ümumi borc isə 6335.55 manat təşkil edir. Ailə həyatı qurduqdan sonra iddiaçı ilə cavabdeh İddiaçı ailəsi ilə birlikdə yaşamışlar. Bundan sonra Cavabdeh onun ailəsi ilə yola getmədiyinə görə onlar yeni evə köçməyə qərar vermişlər. Həmin dövrdə İddiaçı heç bir yerdə işləməmişdir. Yeni evə köçmək, ailə ehtiyaclarını qarşılamaq üçün pul lazım olduğuna görə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə müraciət edərək 36 ay müddətinə geri qaytarmaq şərti ilə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla 20000 manat kreditə pul götürmüşdür. İddiaçı tərəfindən götürülən 20000 manatın bütün hissəsi ailə ehtiyacları üçün sərf edilmişdir. Belə ki, onlar kirayə mənzil götürərək həmin evə köçmüşlər. İddiaçı kredit götürdüyü vəsaitdən kirayə mənzilə görə 2 aylıq depozit pulu olan 1000 manat ödəmişdir. Bundan əlavə evə köçərkən daşınma xərclərinə görə 600 manat, kirayə evin tapılmasında köməklik göstərən şəxsə maklerə 150 manat ödəmişdir. Bundan əlavə İddiaçı cavabdehə 2700 manat dəyərində “İphone 15 pro” markalı mobil telefon alınmışdır. Daha sonra onlar gəzmək məqsədilə Türkiyənin Ankara şəhərinə getmişlər. Həmin vaxt 4300 manat pul xərcləmişdir. Həmin puldan iddiaçı 8000 manat götürərək uşaqların xəstəxana məsrəflərinə görə əvvəllər dostlarından aldığı 8000 manat borcu geri qaytarmışdır. Pulun qalan hissəsi isə kirayə evə köçdükdən sonra uşaqların və cavabdehin ailə-məişət xərcləri üçün sərf edilmişdir. İddiaçı tərəfindən birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş kredit kartı üzrə 6335.55 manat borcu mövcuddur. İddiaçı "xxxx" ASC-dən götürdüyü 20000 kreditə görə hər ay 753.50 manat pul ödəyir. İddiaçı ilə cavabdehin arasında olan nikaha xitam verildiyi gündən xx.xx.2024xx.xx.2025 iddiaçı ümumilikdə həmin kredit üzrə 10549 manat pul ödəmişdir. Həmin kredit üzrə iddiaçının xx.xx.2026-xx.xx.2027-ci il tarixədək hər ay 753.5 manat olmaqla ümumilikdə 9795.5 manat kredit borcu mövcuddur. İddiaçı nikah dövründə işləmirdi, evin ehtiyaclarını isə atası ödəyirdi. Türkiyəyə getmiş, bununla bağlı sübutları da var. Türkiyəyə gedən zaman da qohumlarıgildə qalmışlar. O xərcləri də atası ödəyib. “Galatasaray” mağazasından 2000 manatlıq alış-veriş edib, şəkilləri də mövcuddur. Ailəsi ilə bir qalmışdırlar, kirayəyə çıxmamışdırlar. Həmin ərəfədə uşaqların heç bir xəstəliyi olmayıb. 2025-ci ilin sentyabr ayında yoxlanışa aparanda övladında praksisizm xəstəliyi aşkar edilib. Ondan əvvəl belə bir şey yox idi ki, hər hansısa bir xərc də çəkmiş olsun. Cavabdeh iddiaçının ailəsi ilə yola getməyib deyə kirayə çıxıblar, hətta iddiaçı evə depozit də veribmiş. Cavabdeh hər ay 500 manata yaxın uşaqlar üçün aliment və kredit borclarına görə 1000 manat ödəyir. Təqdim edilmiş yazışmalarda iddiaçının kirayə tutduğu ev üçün hər ay eyni şəxsə stabil məbləğdə ödədiyi qəbzlər əks olunduğunu qeyd etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tez-tez Dubaya gedir. Maşın, telefon gətirib satır, eyni zamanda cofeshopu da var idi. Onun kreditdən xəbəri olmayıb. Tez-tez kimlərləsə xaricə gedirdi, elə onun üstündə boşanıblar. 2 uşaqları var, uşaqlara tək baxır, işləmir. Uşaqlardan biri epilepsiyadır. Hazırda 1010 manat aliment borcu var. İddiaçı tez-tez xaricə gedirdi, evə baxmırdı və özünə bahalı şeylər alırdı. Ad günündə “İphone” telefon alıb hədiyyə etmiş, evdən çıxanda geri almışdır. Onsuz da qeydiyyatdan keçirilməmiş telefon idi. Evdən çıxanda heçnə götürməmişdir. Atasının aldığını qırdığı üçün təzəsini almışdır. Ailəsi ilə bir qalmışdırlar. Nənəsi, qardaşı, anası, atası ilə biryerdə yaşayırdılar. Onlar heç vaxt birlikdə kirayə evdə qalmamışdılar. Əmircanda valideynləri ilə birlikdə yaşamışdılar. Uşaqları da həmin evdə qeydiyyatdadırlar. İddiaçı başqa qadınla həmin kirayə evdə yaşamışdır. X8 şəhərinə onun dostunun nişanı üçün dostu ilə birlikdə 18 noyabr tarixində getmişdilər. Bundan başqa birlikdə xaricə çıxışları olmadıqlarını, götürdüyü kreditdən onun xəbəri olmadığını, heç biri ailə xərcləri üçün ödənmədiyini qeyd etdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 6.3.-cü bəndində göstərilmişdir ki, Nikah pozulduqdan sonra isə bir qayda olaraq qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur. 6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.37. həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. - 6.38. Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. - 6.39-cu bəndində göstərilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarına müvafiq olaraq qeyd edir ki, iddiaçı mübahisə predmeti olan kredit vəsaitinin ailə ehtiyacları üçün istifadə edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizəsində ailə ehtiyacları üçün 20000 manat kredit götürdüyünü, həmin məbləği kirayə mənzilə xərcləməsi, həyat yoldaşına yeni telefon alması və istirahətə getməsi ilə əsaslandırsa da, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Yəni iddiaçı iddia ərizəsində istinad etdiyi halları təsdiq edən mötəbər sübutlarını, məsələn kirayə mənzildə yaşaması barədə kirayə müqaviləsini və s. məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırki mübahisəyə formal yanaşmayaraq, xüsusilə qeyd edir ki, sözügedən kredit vəsaitinin birgə nikah dövründə əldə edilməsi, habelə nikah münasibətlərinə xitam verildikdən sonra iddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi heç də həmin vəsaitin birgə nikah dövründə ailənin mənafeyi üçün xərclənməsi demək deyil. Belə ki, kredit müqaviləsi bağlanan zaman yalnız şəxsin özü borclu tərəf kimi çıxış etmiş, həmçinin götürülən kredit vəsaiti hesabına hər hansı daşınar və ya daşınmaz əmlakın əldə edilməsi, həmin əmlakın tərəflər arasında bölünməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ər və ya arvadın özünün təkbaşına, ailə ehtiyaclarına aid olmayan vəsaiti əldə etməsi, xərcləməsi gələcəkdə nikah pozulduqdan sonra digər tərəfin həmin öhdəlik üzrə cavabdeh olması halını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mövqeyinə əsasən ərarvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Lakin yuxarıda sadalanan işin faktiki halları nəzərə alınmaqla, mübahisə predmeti olan və iddiaçı tərəfindən tələb edilən vəsaitin ailə ehtiyacları üçün istifadə olunması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbində istinad etdiyi halları sübut edə bilmədiyindən, habelə onun istinad etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı nikah dövründə götürülmüş kredit borcunun 1/2 hissədə bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı "birgə nikah dövründə götürülmüş kredit borcunun 1/2 hissədə bölünməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-3666/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3666/2025
12.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver