Məhkəmə qərarları › İş №2(007)-3672/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3672/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3672/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 50, mənzil 5-in təmiri ilə əlaqədar mənzilə qoyulmuş əşyaların dəyərinin yəni 15770 manat və məhkəmə rüsumu olaraq ödənilmiş 138 manat pul vəsaitinin iş üzrə Cavabdeh alınaraq iddiaçı olaraq ona, yəni İddiaçı verilməsi, dəyəri ödənilmədiyi halda isə iddia ərizəsində adı gedən əşyaların götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandırıldığı hallar :

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə Cavabdeh oğlu X1 ilə nikaha girərək, sözügedən mənzilə 1985-ci ildə gəlin getmişdir və 1987-ci ildən isə sözügedən mənzildə pasport qeydiyyatdadır. 6 övladının hamısı sözügedən evdə yaşadığı dövrdə dünya gəlib. Hamısı da dünyaya gəldikləri dövrdən həmin mənzildə pasport qeydiyyatındadırlar. İlkin olaraq sözügedən mənzilin kirayə müqaviləsi 15 noyabr 1971-ci il tarixli orderə əsasən iddiaçının qayınatası X2 adına olub. Qayınatasının vəfatından sonra isə hazırki mülkiyyətçiyə, yəni qayınanasına inanıb sözügedən mənzili Cavabdeh adına özəlləşməsinə razılıq vermişlər. Həyat yoldaşının vəfatına qədər həmin mənzildə yaşamaları ilə bağlı heç bir narazılıq olmayıb. Əksinə mənzil daimi olaraq onların istifadəsinə verilmişdir. Ona görə də mənzilin bütün təmiri, təmir ilə bağlı xərclər həmişə onlar tərəfindən edilib. Mənzildə olan bütün yenidən qurmalar hamısı onlar tərəfindən edilib. Həyat yoldaşı vəfat etdikdən sonra isə iddiaçının qayınanası əsassız mübahisələr yaradaraq onları evdən çıxarmağa çalışmış və nəticədə 25.000 AZN kompensasiya verilməklə mənzildən çıxarılmışlar. İddiaçının həyat yoldaşı sağ olanda mənzilin xərclərini ailə olaraq birlikdə, onun vəfatından sonra isə mənzilin bütün xərclərini tək iddiaçı qarşılamışdır. Mənzildə istismara yararsız olan əşyaların çoxunu dəfələrlə təzələmişdır. Etməyə də bilməzdi, belə ki, mənzildə hər hansısa bir əşya yararsız vəziyyətə düşəndə onu düzəltməyə, ya da əvəzinə yenisini almağa məcburdur. Çünki mənzillər bir-birinin üstündə olduğundan iddiaçının mənzilində olan nasazlıq onun mənzilindən aşağı yaşayan sakinə problem yarada bilir. Ona görə də şəxsi istəyindən aslı olmayaraq hər 5 ildən bir mənzildə əsaslı təmir işləri aparmışdır. Axırıncı dəfə 1 il 6 ay bundan qabaq mənzildə əsaslı təmir işləri görmüşdür. İşıq sistemində isə 10 gün olar ki, əsaslı təmir işləri gördürmüşdür. Bunun vacib səbəbi olub. Etmədiyi halda mənzildə qısaqapanma baş verə bilərdi. Onu da qeyd edim ki, yaşadığı mənzil ünvan 1 ünvanında yerləşir və 4 otaqlıdır. Onun təmirində istifadə olunan əşyalar və onların dəyəri aşağıda qeyd edildiyi kimidir:

1. Qonaq otağına qoyulmuş pəncərənin qiyməti 500AZN, onun montaj olunmasına sərf olunan suvaq və usta pulu 50 AZN, ümumi 550 AZN;

2. Qonaq otağında digər pəncərə, qapı ilə bitişik olan (veranda) qiyməti 500 AZN, onun da montaj olunmasına sərf olunan suvaq və usta pulu 50 AZN, ümümi qiyməti 550 AZN;

3. 10 top oboy qonaq otağına vurulub, qiyməti 400 AZN, usta pulu 350 AZN, ümumi 750 AZN;

4. Mənzilə tavan boyu və çilçıraq ətrafına lepka vurulub.Lepka 200 AZN, usta pulu 150 AZN, ümumi 350 AZN

Cəmi: 2200 AZN

Balaca yataq otağı:

1. Qapı, pəncərə ilə bitişik qiyməti (veranda) 500 AZN, usta pulu 50 AZN, cəmi 550 AZN;

2. Oboy 300 manat, onun vurulmasına sərf olunan usta pulu 250 AZN, cəmi 550 AZN;

3. 5 ədəd qapının hər birinə bir ədədininqiyməti 50 manatdan olmaqla 5 ədəd mat İ şüşə qoyulub, 50 manat da usta pulu olmaqla, cəmi 300 AZN. Cəmi: 1400 AZN Böyük yataq otağı:

1. Divara Suvaq vurulub 300 AZN;

2. Tavana suvaq (alçı) vurulub 200 AZN.

Cəmi: 500 AZN

Sanitar qovşağı: Yerin betonuna 300 AZN; Sanitar qovşağın kafelinə 1000 AZN; Sanitar qovşağa metlax 500 AZN ; Hamama lambrin və usta pulu 150 AZN; Mala 300 AZN; Hamamın kranti 150 AZN; Hamamın qapısı 250 AZN; Tualetin qapısı 250 AZN; Borulara 500AZN; Usta haqqı 1500 AZN. Cəmi: 4900 AZN

Çanaq 250 AZN; Unitaz 250 AZN; Kanalizasiya sisteminin çəkilməsinə 500 AZN; Tualetə Lambirin, tavan və taxta pulu 100 AZN; Su qızdırıcı (Pitiminutka) 200 AZN: 1 nəfəslik 100 AZN (tualet). Cəmi: 1400

1- ci koridor: Tavan, lambrin, taxta və usta pulu cəmi 500 AZN; Koridora vurulan lepka 200 AZN və usta pulu 100 AZN, cəmi 300 AZNGüzgü 200 AZN. Cəmi: 1000 AZN

2- ci koridor: Tavan, lambrin, taxta və usta pulu 400 AZN; Oboy 250AZN, usta pulu 100 AZN, cəmi 350 AZN; Süpürgəlik (Pilintus) 50 AZN. Cəmi: 800 AZN Beton 250 AZN; Usta pulu 100 AZN; Linoleum 100 AZN; Qapı, pəncərə 500 AZN; Tavan, taxta, lambrin 200 AZN, usta pulu 100 AZN, cəmi 300 AZN ^ Qapı 200 AZN; Moyka, Krant 100 AZN. Cəmi : 1550 AZN

İşiq sistemi, qəzalı vəziyyətin təmirinə: Usta pulu və kabelin xərci 500 AZN; Elektrik yuvası, usta pulu və suvaq pulu 200 AZN; İstilik sistemi boru bərpası250 AZN; Girişə qoyulan qardirob qiyməti 100 AZN; Blokda mərtəbənin metlak boya işi 250 AZN; Mənzilin giriş qapısı 350 AZN; Mənzilə internet çəkilişinə 100 AZN; Mənzilin blok qapısı 170 AZN; Məhəlləyə giriş tumiket pultu 100 AZN; Cəmi : 2020 AZN

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

3. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.

6. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində habelə iddiaçının tələbini təsdiq edən mötəbər sübutlar iddia ərizəsinə əlavə edilməmişdir.

7. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

8. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142211, GPP qəbz nömrəsi: **********, qəbz nömrəsi: 11972, Əməliyyat İD: 336191888, tarix: xx.xx.2023, saat: 14:51) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

Nəticə :

9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

10. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142211, GPP qəbz nömrəsi: **********, qəbz nömrəsi: 11972, Əməliyyat İD: 336191888, tarix: xx.xx.2023, saat: 14:51) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar